Şura Nəbi oğlu Ayvazov (4 yanvar 1957, Faxralı, Bolnisi rayonu) — Gürcüstanın ictimai-siyasi xadimi, Gürcüstan Qarapapaq Türkləri Birliyi Rəyasət Heyətinin Sədri, Gürcüstan Türkləri Konfederasiyası Ali Şurası Sədrinin birinci müavini[1][2].
ŞURA AYVAZOV | |
---|---|
Şura Nəbi oğlu Ayvazoov | |
Doğum tarixi | 4 yanvar 1957 (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşaqları |
Məhərrəm Ayvazov Sahib Ayvazov |
Atası | Ayvazov Nəbi Məhərrəm oğlu |
Milliyyəti | Qarapapaq Türkü |
İxtisası | Mühəndis-mexanik |
Təhsili |
1) Şimai Osetiya Qorski Dövlət Aqrar Universiteti 2) Qafqaz Siyasi Texnologiyalar İnstitutu (2012) |
Fəaliyyəti | Gürcüstan Türkləri Konfederasiyası Ali Şurası Sədrinin birinci müavini |
Şura Ayvazov 4 yanvar 1957-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Faxrali kəndində dünyaya gəlib. Uşaqlığı əsasən Faxralı kəndində keçib.
Şura Ayvazov Gürcüstan türklərinin hələ SSRİ zamanından ictimai-siyasi xadimi kimi tanınıb. 1972-1978-ci illərdə Ümumittifaq Lenin Kommunist Gənclər ittifaqının Bolnisi rayon Komitəsində aparıcı rol oynayıb. 1978-ci ildə Sovet ittifaqı Kommunist partiyasının üzvlüyünə daxil olub və Gürcüstan Kommunist Partiyası Bolnisi rayon Komitəsinin üzvü vəzifəsini tutb.
Şura Ayvazov 1991-ci ilə qədər, yəni Sov.İKP rəsmən buraxılana qədər onun fəal üzvü olub. 1989-1993-cü illərdə Rusiya Federasiyası, Şimali Osetiya Alaniya Respublikasında kənd təssərüfatı sahəsində müxtəlif xidməti vəzifələrdə çalışıb. Şura Ayvazov 1993-1998-ci illərdə Rusiya federasiyası Dövlət Gömrük Xidmətinin əməkdaşı olub.
2002-ci ildə Gürcüstana dönən Şura Ayvazov Eduard Şevardnadzenin rəhbərlik etdiyi Gürcüstan Vətəndaşlar İttifaqı siyasi hərakatına daxil olub.
2002-2004-cü illərdə Gürcüstan Respublikası Maliyyə Nazirliyi Vergilər Departamentində xidməti vəzifə icra edib. 5 may 2012-ci ildə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının sessiyasında kooptasiya yolu ilə Ali Şuranın tərkibinə daxil edilmişdir.
10 yanvar 2013-cü ildə isə GTK Ali Şurasının sessiyasında Gürcüstan Türkləri Konfederasiyası Ali Şurası Sədrinin 1-ci müavini vəzifəsinə seçilmişdir. 22 yanvar 2013-cü il tarixdə Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin ilk iclasında GQTB Rəyasət Heyətinin Sədri seçilmişdir
Şura Ayvazov Gürcüstan Türkləri Konfederasiyasının Baş katibi Məhərrəm Ayvazovun atasıdır.