Məhərrəm Şura oğlu Ayvazov (18 fevral 1980, Faxralı, Bolnisi rayonu) — Aşina Türk Qarapapaq Xanı[1], Gürcüstanın tanınmış ictimai-siyasi xadimi, Gürcüstan Türkləri Konfederasiyasının Baş katibi[2]. Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının üzvü.
Məhərrəm Ayvazov | |
---|---|
Məhərrəm Şura oğlu Ayvazoov | |
Doğum tarixi | 18 fevral 1980 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşaqları |
Nəbi Ayvazov Sevinc Ayvazova |
Atası | Şura Ayvazov |
Milliyyəti | Azərbaycan türkü |
İxtisası | Hüquqşunas |
Təhsili |
1) Gürcüstan Dövlət Texniki Universiteti 2) Qafqaz Siyasi Texnologiyalar İnstitutu (2012) |
Fəaliyyəti | Gürcüstan Türkləri Konfederasiyasının Baş katibi |
Məhərrəm Ayvazov 18 fevral 1980-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Faxrali kəndində dünyaya gəlib. Uşaqlığı əsasən Faxralı kəndində keçib. 1986-cı ildə Faxralı Azərbaycandilli orta məktəbinə daxil olub və həmin məktəbi 1997-ci ildə bitirib 2002-ci ildə Gürcüstan Dövlət Texniki Universitetinin Hüquq fakultəsini Hüquqşünas ixtisası üzrə bitirib. 2012-ci ildə Qafqaz Siyasi Texnologiyalar İnstitutunun "Konfliktologiya" kursunu başa vurub.
Məhərrəm Ayvazov ictimai-siyasi fəaliyyətə gənc yaşlarından başlayıb. 1999-2003-cü illərdə, E.Şevardnadzenin rəhbərlik etdiyi Gürcüstan Vətəndaşlar İttifaqı siyasi hərakatının fəal üzvlərindən biri olub. 2003-cü ilin sentyabrında M.Saakaşvilinin rəhbərliyi ilə başlayan "Qızıl gül" İnqilabını qəbul etməmiş və ona qarşı çıxmışdır.
2004-cü ildə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasına daxil olmuş və Gürcüstanın Bolnisi rayonunda azərbaycan türklərinin hüqularının qorunması istigamətində iş aparmışdır.
2008-2011-ci illərdə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının Ali Məclisinin üzvü olmuşdur. 2 noyabr 2011-ci ildə Gürcüstan Türkləri Konfederasiyasının, Azərbaycanın Gəncə şəhərində keçirilən Təsis Qurultayında, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının nümayəndəsi kimi iştirak etmişdir.
30 noyabr 2011-ci ildə Gürcüstan Türkləri Konfederasiyasının Humanitar məsələlər üzrə katibi təyin edilmiş və bu vəzifəni yanvarında 2013-cü ilə qədər icra etmişdir.
14 fevral 2012-ci ildə Moskvada keçirilən, Rusiya Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin iclasında Rusiya Qarapapaq Türkləri Milli Şurasının (RGTMŞ) Rəyasət heyətinin üzvü seçilmişdir.
5 may 2012-ci ildə Gürcüstan Türkləri Konfederasiyası Ali Şurasının qərarı ilə, Ali Şuranın tərkibinə daxil edilmişdir. yanvar 2013-cü ildə Gürcüstan Türkləri Konfederasiyasının Baş katibi təyin edilmişdir.