Əbdürrəhman Əfəndi Ünsi

Əbdürrəhman əfəndi Ünsizadə (Ünsi) — XIX əsr Azərbaycan şairi və maarifpərvəri.[1][2]

Əbdürrəhman əfəndi Ünsizadə (Ünsi)
Təxəllüsü "Ünsi"
Doğum tarixi XIX əsr
Doğum yeri Şamaxı, Şirvan xanlığı
Vəfat tarixi bilinmir
Vəfat yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Uşaqları Səid Ünsizadə, Cəlal Ünsizadə, Kamal Ünsizadə
Təhsili Dini təhsil
Fəaliyyəti Şair, müəllim
Vikimənbənin loqosu Əbdürrəhman Əfəndi Ünsi Vikimənbədə

Şamaxı hakimi şair Cəfərqulu xanın şeirlərinin birində Hacı Səidin atası Əbdürrəhman əfəndinin adı çəkilir. O, alim bir şəxs kimi təqdim olunur. Əbdürrəhman əfəndi "Ünsi" təxəllüsü ilə şeirlər yazır, həmçinin Şamaxı mədrəsəsində müəllim işləyirmiş. Onun üç oğlu – Hacı Səid Ünsizadə, Cəlal ÜnsizadəKamal Ünsizadə ataları vəfat etdikdən sonra Ünsizadə soyadını götürmüşlər.[2][3]

  1. Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ Arxivləşdirilib 2016-08-11 at Archive.today. "Ozan dünyası" jurnalı, №1(22). 2015.
  2. 1 2 "Əbdürrəhman əfəndi Ünsizadə" (azərb. ‎). 6 may 2019 tarixində arxivləşdirilib.
  3. A.B. Şahverdiyev. "Azərbaycan mətbuatı tarixi". Bakı: "Təhsil". 2006.