Kamal Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1857[1][2], Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – bilinmir) — Azərbaycan maarifçi publisisti, naşir, şəriət müəllimi, "Məzhər" qəzetinin naşiri və redaktoru (fasilə ilə 1908–1917[3]).[4][5]
Kamal Ünsizadə | |
---|---|
Doğum tarixi | 1857[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Atası | Əbdürrəhman əfəndi Ünsi |
Fəaliyyəti | jurnalist, redaktor[d] |
"Kəşkül" qəzetində əməkdaşlıq etmiş, onun mətbəəsində işləmişdir. 1891-ci ilin sonlarında, qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə çıxan və XIX əsr milli mətbuatımızın ən uzun (1883–1891-ci illər) ömürlü nümunəsi sayılan "Kəşkül" nəşrini dayandırandan iki ay sonra Kamal Ünsizadə Qafqaz Senzura Komitəsinə "Azərbaycan" adlı həftədə iki dəfə çıxacaq ictimai-siyasi, ədəbi-mədəni və iqtisadi qəzetin çapına icazə verilməsi xahişi ilə bağlı müraciət etmiş və ərizəsinə gələcək nəşrin, yanılmıramsa 8 bənddən ibarət izahlı proqramını da əlavə etmişdi.[6][7]
Daha sonra Azərbaycan və rus dillərində "Uçan yarpaq" (rus. "Летучий листок"; 1896) (Q.Klimovski ilə), "Danış" (1896), "Yerli elanlar" (1900) qəzetlərinin nəşrinə təşəbbüs göstərmiş, lakin icazə ala bilməmişdir. 1908-ci ildə "Məzhər" qəzetinin nəşrinə icazə almış, 1917-ci ilədək cəmi 31 nömrəsini[3][8] buraxa bilmişdir.[5]