Əbu Həmid əl-Qərnati (ərəbcə: أبو حامد الغرناطي ; 1080[1][2][…] və ya 1080[3], Qranada – 1170[1][2][…], Dəməşq[4]) — Əndəluslu səyyah və coğrafiyyaçı.[5] Tam adı Əbu Məhamməd bin Əbdülrəhim bin Süleyman əl-Mazəni əl-Qəlisi əl-Qərnati əl-Əndəlusidir (ərəbcə: أبوعبدالله محمد بن عبد الرحيم بن سليمان المازني القليسي الغرناطي الأندلسي). Əbu Həmid əl-Qərnati hicri 473-cü ildə (1080–1081-ci il)
Əbu Həmid əl-Qərnati | |
---|---|
ərəb. أبو حامد الغرناطي | |
Doğum tarixi | 1080[1][2][…] və ya 1080[3] |
Doğum yeri | |
Vəfat tarixi | 1170[1][2][…] |
Vəfat yeri | |
Elm sahələri | fiqh, səyahət |
Qranada şəhərində anadan olmuş və ilk təhsilini də bu şəhərdə almışdı.[5] Bu zaman şəhər Əlmoravilər İmperiyasına daxil olan Qranada əmirliyinin mərkəzi idi. Elm və təhsil almaq, müxtəlif ölkələri gəzib-görmək məqsədiylə ölkəsi Əndəlusdan şərqə üz tutan sayyahın hayatı haqqında bilinənlər onun özünün əsərlərində özü barəsində verdiyi məhdud məlumatlara söykənir. Hicri 508-ci ildə (1114–1115-ci il) Misirə gedən Əbu Həmid bir müddət sonra ölkəsinə dönmüşdü. 1117-ci ildə Siciliyaya getmək üzrə ölkəsindən ayrılmış, Sardiniya və Sicilya adalarında olmuş, oradan isə İsgəndəriyyə şəhərinə getmişdi.[5] İsgəndəriyyədən Qahirəyə gəlmiş Əbu Həmid burada əndəluslu məşhur alim Əbu Bəkr Məhəmməd ət-Turtuşi ilə görüşmüş və dərslərinə qatılmışdı. 1122-ci ildə Dəməşq, Bəəlbək və Tədmur şəhərlərini gəzdi. 1123-cü ildə Bağdada yollandı. Burada iki Abbasi vəzirindən (Avnəddin ibn Hübeyrə əş-Şeybani[6] və onun oğlu) maddi və mənəvi dəstək gördü. Bir müddət sonra Bağdaddan Asiya və Şərqi Avropa istiqamətində səyahətinə davam etdi. 1130-cu ildə indiki İran ərazisindən keçərək Qafqaza, oradan da yuxarı Volqaboyu ərazilərə getdi. 1135–1136-cı illərdə buradakı Bulqar torpaqlarını və Macar hakimiyyəti altında olan Başqırd bölgəsini dolaşdı, bu torpaqlarda yaşayan müsəlmanlara dini məlumatlar öyrətdi. Geriyə, Bağdada dönmək üçün yola düşdü, istiqamətini dəyişərək dönüş yolunu Xorəzmdən saldı. Buxara və və Mərvi gəzdikdən sonra, Nişapura oradan Reyə, İsfahana və Bəsrəyə getdi. Bağdada dönmədən Həcc ziyarəti üçün Məkkəyə yollandı, bu şəhəri və Mədinəni gəzdi. Daha sonra şimala doğru Nəcd çölünü keçib cənubdan İraqa daxil oldu.