Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır.
Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi.
10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi. Sülh danışıqları gərgin və mürəkkəb bir şəraitdə iki mərhələdə — 1829-cu il 30 avqust-3 sentyabr və 12–14 sentyabr tarixlərdə aparılmışdır.
Kiçik Qaynarca müqaviləsindən sonra imzalanmış şərtləri ən ağır müqavilələrdən biri olan Ədirnə müqaviləsi ilə Osmanlı dövləti Yunanıstanın qurulmasını qəbul etdi. Bu müqaviləni Rusiya tərəfindən Aleksey Fyodoroviç Orlov və Dunay knyazlığında müvəqqəti rus idarəçiliyinin başçısı Fyodor Petroviç Palen, Osmanlı tərəfindən Osmanlı imperiyasının baş maliyyə qoruyucusu (dəftərdarı) Mehmet Sadıq əfəndi və Anadolu ordusunun şəriət hüququ üzrə ali hərbi hakimi Abdulqədir bəy arasında imzalanmışdır.[2] Bu müqavilə 16 maddədən, Rusiyanın Moldaviya və Valaxiyada ustünlünün tanınmasına dair aktdan və təzminat haqqında izahedici aktdan ibarət idi.
Gələcək sülhün əsas şərtləri Rusiya tərəfindən Osmanlı sultanına 14 (26) aprel 1828-ci ildə müharibənin elan edilməsi ilə eyni vaxtda göndərilmişdir. Bu şərtlərə aşağıdakılar daxil idi:
Bunlarla yanaşı, Osmanlı imperiyası Gürcüstanı ilhaq etməsini (İmeretiya, Minqreliya və Quriya ilə birlikdə) və Türkmənçay sülhü ilə Naxçıvan və İrəvanı özünə birləşdirməsini rəsmən tanıdı.[4]
Osmanlı imperiyası Ahalsıx paşalığının (Axısqa türklərinin yaşadığı ərazi, indiki Gürcüstanın Samtsxe Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedilmiş və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verilmişdir. Birləşdirilmiş ərazinin əhalisi əsasən gürcülərdən, azərbaycanlılardan (o dövrün terminologiyasına uyğun olarak Tatarlar) türklərdən, ermənilərdən və kürdlərdən ibarət idi. Hərbi əməliyyatlardan bitdikdən sonra Rusiyaya yenidən birləşdirilən ərazilərdən türklər və kürdlər Osmanlıya getmiş, onların yerinə isə Ərzurum və Qars paşalıqlarından 30.000 errməni yerləşmişdir. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirildi.[5] Bundan əlavə, Osmanlı imperiyası tərəfindən Rusiyanın Qacarlarla apardığı müharibənin (1826–1828) yekunları — Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmən tanınmışdı.
The Turks recognize Russian possession of Georgia and the khanates of Yerevan (Erivan) and Nakhichevan that had been ceded by Persia to Russia the year before.