Əfşar Temuçin (31 avqust 1939, Akhisar[d], Manisa ili – 26 iyul 2024, İstanbul) — azərbaycanəsilli Türkiyə filosofu, şairi, yazıçısı, tərcüməçisi.[1]
Əfşar Temuçin | |
---|---|
türk. Afşar Timuçin | |
Doğum tarixi | 31 avqust 1939 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 iyul 2024 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Elmi dərəcəsi | Professor |
Elmi adları | Kocaeli Universiteti, Fəlsəfə fakültəsi dekanı |
İş yeri | Kocaeli Universiteti |
Təhsili | İstanbul Universiteti, Montreal Universiteti |
Mükafatları |
Türkiyə Radio və Televiziya Qurumu 1970 Sənət Mükafatı Türk Dil Qurumu Tənqid mükafatı 1997 Troya Mədəniyyət və Sənət Mükafatı 2003 Kocaeli qəzeti ilin təhsilçisi mükafatı 2004 Homer Əmək Mükafatı 2015 PEN Türkiyə Şer Mükafatı |
Əfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olmuşdur. Kökəni Bakı və Batumiyə dayanan Temuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir.[2] Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlamışdır. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya getmişdir. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamladı. 1968–1970-ci illər arasında Fransızca tərcüməçiliyi etdi. 1981-ci ildə dosent, 1992-cii ldə professor oldu. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı oldu. Kocaeli Universitetindən 2006-cı ildə pensiyaya çıxmışdır.
"Ataç", "Dönəm", "Millət Sənət", "Papirus", "Soyut", "Yazko", "Yelkən", "Yeni Ədəbiyyat", "Yeni Üfiqlər", "Varlıq" jurnallarında şerləri yayımlanmışdır.[1]
Əfşar Temuçin Tuncer Tuğçu ilə birlikdə hazırladıqları ilk sayı 1972-ci ilin oktyabrında çıxan "Fəlsəfə" jurnalının baş redaktorudur.[1]
26 iyul 2024-cü ildə vəfat etmişdir.[3]