Əhməd Salahlı

Əhməd Musa oğlu Məmmədov (Salahlı) (1897, Tiflisaprel 1953, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).

Əhməd Salahlı
Əhməd Salahlı 1931-ci ildə
Əhməd Salahlı 1931-ci ildə
Doğum adı Əhməd Məmmədov
Doğum tarixi
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1916–1953
Teatr Tiflis Dövlət Türk Dram Teatrı (1922–1930; 1941–1947);
Bakı Türk İşçi Teatrı (1930–1932);
Gəncə Dövlət Dram Teatrı (1933–1941);
Azərbaycan Dram Teatrı (1947–1953)
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940
"Əmək igidliyinə görə" medalı — 1949

Əhməd Məmmədov 1897-ci ildə Tiflisdə Şeytan-bazar məhəlləsində dəmirçi ailəsində anadan olub. O, üçsinifli məktəbdə oxumuş, təhsil aldığı müddətdə, 1911-ci ildən başlayaraq teatr sənətinə maraq göstərib. İlk vaxtlarda epizodik və sözsüz rollarda səhnəyə çıxan aktyor 1916-cı ildən başlayaraq sözlü və irihəcimli obrazlarda çıxışlar edib. 1922-ci ildə isə Tiflis Dövlət Türk Dram Teatrının truppasına qəbul edilib. 1930-cu ilədək burada çalışan aktyor Bakıya gələrək burada Bakı Türk İşçi Teatrının truppasına daxil olub.[1]

Əhməd Salahlı 1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının kollektivi Gəncəyə gələrkən truppa ilə birlikdə buraya gəlib və səkkiz ildən artıq bu teatrın səhnəsində aktyor kimi çalışıb. O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Tiflis şəhərinə qayıdaraq yenidən Tiflis Dövlət Azərbaycan Teatrına gəlib. 1947-ci ildə bu teatr fəaliyyətini dayandırdığından o, yenidən Bakıya gələrək Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dram Teatrının truppasına qəbul olunub.[1][2]

Əhməd Salahlı həmçinin quruluşçu rejissor kimi də fəaliyyət göstərib. O, 1953-cü ilin aprelində Bakıda vəfat edib.

İfa etdiyi əsas rollar

[redaktə | mənbəni redaktə et]
Tiflis teatrında
Tamaşa Müəllif Rol
Ölülər Cəlil Məmmədquluzadə Şeyx Əhməd və İsgəndər
İblis Hüseyn Cavid Arif və İblis
Uçurum Hüseyn Cavid Əkrəm
Şeyx Sənan Hüseyn Cavid Platon
Topal Teymur Hüseyn Cavid Topal Teymur
Knyaz Hüseyn Cavid Knyaz
Sevil Cəfər Cabbarlı Balaş
Vaqif Səməd Vurğun Vaqif
Müfəttiş Nikolay Qoqol Osip
İki yetirmə Adolf D'Enneri və Kermon De Ponti
Gəncə teatrında
Tamaşa Müəllif Rol
Babək Əbil Yusifov Babək
Həyat Mirzə İbrahimov Akif
Vaqif Səməd Vurğun Vaqif
Bahar Məmmədhüseyn Təhmasib Qaya
Toy Sabit Rəhman Dəmirçi Musa
Otello Uilyam Şekspir Yaqo
Günahsız müqəssirlər Aleksandr Ostrovski Murov
Daş qonaq Aleksandr Puşkin Don Juan
Müfəttiş Nikolay Qoqol Bələdiyyə rəisi
Qaçaqlar Fridrix Şiller Karl Moor
Azərbaycan Dram teatrında
Tamaşa Müəllif Rol
Vaqif Səməd Vurğun İbrahim xan
Od içində Ənvər Məmmədxanlı Əli Boyaqçı
Köhnə dudman Əbdürrəhim bəy Haqverdiyev Sadıq bəy
Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Niyaz
Otello Uilyam Şekspir Baş Senator
Amerikanın səsi Boris Lavrenyov Brested
Türkiyədə Nazim Hikmət Əhməd
  1. 1 2 Bürcəliyev, 2018
  2. Rəhimli, 2016. səh. 330–331
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
  • Bürcəliyev, Anar. ""Unudulan sənət fədaisi" – respublikanın əməkdar artisti Əhməd Salahlı haqqında". "Cumhuriyyət" qəzeti. № 20 (1013). 2 fevral 2018. səh. 14.