Əhmədiyyə Məmmədov

Əhmədiyyə Məmmədov – müəllim, dövlət xadimi, Qəbələ Rayon İcra Hakimiyyəti Başcısının sabiq müavini, YAP Qəbələ Rayon Təşkilatının Qurucusu, "Vətənə xidmətə görə" ordeni laueratı.

Əhmədiyyə Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun 1937(1937-06-25)
Doğum yeri
Vəfat tarixi 7 dekabr 2007(2007-12-07) (70 yaşında)
Partiya
Təhsili

Əhmədiyyə Həşim oğlu Məmmədov 25 iyun 1937-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. 1952-ci ildə Bum kənd orta məktəbini bitirmiş və Şəki Dövlət İkiillik Müəllimlər İnsitutunun Fizika-Riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1954-cü ildə insitutu bitirdikdən sonra Qəmərvan kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1954–1956-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1956-cı ildən Xırxatala Kənd Yeddiillik Məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, 1962-ci ildə isə bitirmişdir.

Əhmədiyyə Məmmədov 7 dekabr 2007-ci ildə vəfat edib. Qəbələ rayonu Xırxatala Kənd Qəbiristanlığında dəfn olunub.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhmədiyyə Məmmədov Xırxatala kənd orta məktəbində 1957–60-cı illərdə müəllim, 1960–62-ci illərdə dərs hissə müdiri, 1962-ci ildən 1983-cü ilə qədər isə direktor işləyib.21 illik direktorluğu dövründə Xırxatalanın maarif tarixində əhəmiyyətli işlər görüb. Direktorluğunun ilk illərində köhnə məktəb binasında otaqlar kifayət qədər olmadığı üçün öz təşəbbüsü ilə müəllimlərin və kənd camaatının köməkliyi ilə 2 əlavə bina, tədris emalatxanası, yeməkxana tikdirib. Onun rəhbərlik etdiyi dövrdə 7 illik məktəb 8 illiyə (1962), 8 illik məktəb isə 10 illik orta məktəbə (1970) çevirilib. Şəxsi təşəbbüsü ilə 1977–1979-cu illərdə Xırxatala kəndində Qəbələ rayonunun 3-cü müasir tipli 2 mərtəbəli məktəb binasını tikdirib. Əhmədiyyə müəlliminin direktorluğu dövründə Xırxatala kənd orta məktəbi ölkənin "istinad" və "günü uzadılmış" məktəbi kimi tanınıb. Çünki məhz onun direktorluğu dövründə məktəbin müəllim və şagird kollektivinin möhkəm nizam-intizamı və tədrisin yüksək keyfiyyəti nümunə göstərilirdi.Həmin illərdə rayonda müxtəlif sahələrdə keçirilən yarışlarda Xırxatala kənd orta məktəbi xüsusi fərqlənir və öncül sıralarda olurdu .Əhmədiyyə müəllim məktəbdə mədəni tədbirlərin keçirilməsinə çox diqqətlə yanaşırdı belə ki ,o, özfəaliyyət dram və xor kollektivləri yaratmışdı.1983-cü ilin mayında BakıdaQəbələdə keçirilən festival və mahnı bayramında Xırxatala məktəbinin xor kollektivi xüsusi fərqlənib.Əhmədiyyə Məmmədov qabaqcıl məktəb direktoru kimi rayon təhsilinin inkişafında böyük rol oynayırdı.Tez-tez digər məktəblərdə təcrübə mübadiləsində yoxlamalarda olurdu.Eyni zamanda rayon və respublika tədbirlərində fəal iştirak və çıxışlar edirdi.Onun məktəb direktoru işlədiyi dövrdə məktəb müxtəlif təşkilatlar tərəfindən dəfələrlə fəxri fəmanlarla təltif olunub.

Mədəniyyət Sahəsində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhmədiyyə Məmmədov 1983-cü ildən 1994-cü ilə qədər Qəbələ Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu illərdə rayonun mədəni həyatında əsaslı yeniliklərə nail olub. Məhz onun rəhbərliyi ilə Azərbaycanda ilk dəfə Qəbələdə Şəhidlərin Xatirəsi Muzeyi yaradılıb. Həmçinin,bu vəzifədə çalışdığı illərdə Qəbələ Rayon Mədəniyyət Evi binası tikilib. Azərbaycanın realist nəsrinin banisi görkəmli Azərbaycan yazıçısı və generalı İsmayıl bəy Qutqaşınlının Xatirə Muzeyi yaradılması təklifini irəli sürüb və rayonda 1985-ci ildə İsmayıl Bəy Qutqaşınlının Xatirə Muzeyi yaradılıb.

Əhmədiyyə Məmmədov tarixi abidələrimizin qorunmasına,ötən əsrlərə dair eksponatların qorunub gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət ayırırdı.Özünün şəxsi fəaliyyətilə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binada ekzpozisiyası qurulub. Həmçinin,o,rayonda bədii özünüfəaliyyətin inkişafına yer ayırırdı.Bum kənd mədəniyyət evinin məşhur "Zopu-zopu " folklor ansamblı da bu illərdə yaranıb.Tarix və mədəniyyət abidələrinin bərpası və qorunması,bir sıra kənd mədəniyyət evlərinin orijinal tərtibatı Əhmədiyyə müəllimin fəaliyyətinin bəhrəsidir.Mədəniyyət şöbəsinin müdiri olduğu dövrdə Qəbələdə musiqi festivalları,konsert proqramları yüksək səviyyədə təşkil olunmuşdur.Bu kimi tədbirlər nəticəsində rayon Mədəniyyət Şöbəsi respublika rayonları arasında qabaqcıl yerlərdən birini tutmuşdur.Əhmədiyyə Məmmədov Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasında da iştirak edib.Moskva, Volqoqrad,Başqırdıstan, Qorki və digər şəhərlərdə keçirilən Azərbaycan mədəniyyəti ongünlüklərində dəfələrlə nümayəndə heyətinin başcısı və üzvü olaraq iştirak etmiş və müxtəlif təltiflərə layiq görülmüşdür.

YAP Qəbələ Rayon Təşkilatının quruluşu
[redaktə | mənbəni redaktə et]

1980-ci illərin sonu,1990-ci illərin əvvəlləri Azərbaycan tarixinin ən təlatümlü illəridir.Xalqımızın bu çətin dövründə Əhmədiyyə Məmmədov bu hadisələrdən kənarda qalmamışdır.Bu illərdə Əhmədiyyə müəllim qabaqcıl bir ziyalı kimi öz səsini ucaldır,mitinqlərdə,mətbuatda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasıyla bağlı tutarlı çıxışlar edir,Ümumittifaq rəhbərliyinin qərəzli mövqeyini kəskin şəkildə tənqid edirdi.Azərbaycanın bölünmə təhlükəsiylə üzləşdiyi  belə bir dövrdə uzaqgörən ziyalılarımız kimi o da Heydər Əliyevə böyük siyasətinə qayıtmasıyla bağlı müraciət etdi.1992-ci ilin noyabrında Heydər Əliyevin başcılığı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Əhmədiyyə Məmmədov Yeni Azərbaycan Partiyasını alqışlayanların ilk sırasında oldu.Tezliklə,1992-ci ilin dekabrında onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təşəbbüs qrupları yaradıldı.Təşəbbüs qrupları Əhmədiyyə müəllimin səyi ilə günü-gündən yeni üzvlər hesabına genişlənirdi.1993-cü ilin sentyabr ayında Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının birinci təsis konfransı keçirildi və Əhmədiyyə Məmmədov rayon təşkilatının sədri seçildi.Bundan sonra partiyanın rayon təşkilatının ardıcıl olaraq 6 konfransında da o sədr seçildi.Ömrünün sonunadək partiyanın  rayon təşkilatının sədri kimi fəaliyyət göstərdi.Onun partiyaya rəhbərliyi dövründə partiyanın üzvləri sayı 150 nəfərdən 3500 nəfərə qədər çatdı.Yeni Azərbaycan Partiyasının bütün qurultaylarında fəal iştirak etmişdir.Yüksək təşkilatçılıq qabiliyyəti,istedadı nəzərə alınaraq Əhmədiyyə Məmmədov 1994-cü ilin sentyabr ayında Qəbələ Rayon İcra Hakimiyyəti Başcısının I müavini təyin edildi. O,ömrünün sonunadək YAP Qəbələ Rayon Təşkilatına rəhbərliklə bərabər bu vəzifəni də icra etmişdir.Bu vəzifədə olduğu dövrdə daim o,vətəndaşları qəbul edir,onların ərizə və şikayətlərinə ciddi yanaşılmasına diqqət ayırırdı.Onların qaldırdıqları məsələlərin həlli üçün müvafiq tapşırıqları verirdi.Əhmədiyyə Məmmədov YAP Qəbələ Rayon Təşkilatının sədiri və Rayon İcra Hakimiyyəti Başcısının I müavini kimi rayonun ictimai-siyasi həyatında bğyük rol oynadı.Rayonda keçirilən bütün ictimai-siyasi,mədəni xarakterli tədbirlərinin fəal təşkilatçısı və iştirakçısı olmuşdur..Əhmədiyyə Məmmədov rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsi,onların vətənpərvərlik tərbiyəsi üçün də çalışırdı.Azərbaycan Gənclərinin IV Forumuna hazırlıq məqsəsədilə Qəbələ Gənclərinin Ümumrayon Toplantısının təşkilatçısı olmuşdu.Həmin tədbirdə bu nitqlə çıxış etmişdi:

"Müstəqil Azərbaycan dövlətinin ziyalılarını,alimlərini,mütəxəsislərini yetişdirək.Məhz bu mütəxəsislər sizlər olmalısınız.Gələcək nəsillər sizin nəvələriniz,sizin övladlarınız olmalıdır.Bu gənclər Azərbaycanı idarə etməlidirlər,Azərbayacan dövlətçiliyində çalışmalıdırlar.Bu gənclər Azərbaycanın sərhədlərini qorumalıdırlar,bu gənclər Azərbaycanın müstəqilliyini,Azərbaycan xalqının sağlamlığını qorumalıdırlar.Bu gənclər Azərbaycan xalqının milli adət və ənənələrini,dilini,dinini qorumalıdırlar."

2003-cü ildə prezident seçkiləri zamanı,Əhmədiyyə Məmmədov Prezident İlham Əliyevin Respublika Seçki Qərargahının üzvi ,seçkiqabağı təbliğat tədbirinin aparıcısı olmuşdur.İşlədiyi bütün sahələrdə o,özünü bacarıqlı təşkilatçı,istedadlı rəhbər işci kimi göstərmişdir.Rayon ictimaiyyəti arasında bğyük nüfuz sahibi olmuşdur. Əhmədiyyə Məmmədov dövlət qulluğunda uzun müddət qüsursuz və səmərəli fəaliyyət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2006-cı il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Xatirəsinə İctimai TV tərəfindən "Yaşamaq Yanmaqdır" filmi həsr olunmuşdur. Həmçinin respublikamızının "İki Sahil","Respublika","Yeni Azərbaycan" və.s kimi məşhur qəzetlərində dəfələrlə xatirəsinə məqalələr dərc olunmuşdur.'

  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni − 22.06.2006

.https://azertag.az/xeber/yap_qebele_rayon_teskilatinin_v_konfransi_kechirilmisdir-316340

.https://qebele-ih.gov.az/az/yap-qebele-rayon-teskilati.html

.https://azertag.az/xeber/qebelede_naxchivan_mr_in_80_illiyi_ile_bagli_tedbir_kechirilmisdir-314070

.Xırxatala

."Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlərin siyahısı

https://respublika-news.az/az/news/qebele-xatirelerden-silinmez-insan