Əliəsgər Bahari (fars. علیاصغر بهاری; 1905[1][2], Tehran – 10 iyun 1995[2], Tehran) - Azərbaycan əsilli musiqiçi və kamança ifaçısı.[3]
Əliəsgər Bahari | |
---|---|
fars. علیاصغر بهاری | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1905[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyun 1995[2] |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, universitet müəllimi[d] |
Musiqi aləti | skripka |
O, 1905-ci ildə Tehran şəhərində anadan olmuşdur. Onun valideynləri Həmədan ostanının Bahar şəhristanından olmuşdurlar.[4]
O, ilk kamança təhsilini babası Məhəmməd Tağı Xandan almışdır. 3 ildən sonra isə atası onu dayılarının yanına təhsilini daha da inkişaf etdirmək üçün göndərmişdir. Onun 3 dayısının üçü də o dövrün məşhur kamança ustalarından idilər.
Əliəsgər Baharinin ilk böyük uğuru hələ 18 yaşında İbrahim xan Mənsurinin orkestrində çıxış etməsi olmuşdur.
Məşhəddə özünün musiqi məktəbini açmış, lakin sonradan Tehrana köçmüşdür. Burada Ruhulla Xaliqinin rəhbərliyi altında Hünəristanda kamança müəllimi kimi çalışmışdır. İranın Hüseyn Tehrani, Əhməd İbadi və Əbülhəsən Səba kimi məşhur musiqiçiləri ilə birgə fəaliyyət göstərmişdir. Həmçinni uzun müddət Tehran Universitetində professor vəzifəsində çalışmışdır.[4] Bir sıra məşhur şəxslərin müəllimi olmuşdur. Bunlara misal olaraq Məzdək Tehranini və Mürtəza Vərzini göstrəmək olar.
Fransada, Belçikada, Almaniyada, İtaliyada, İngiltərədə və ABŞ-də konsertlər vermişdir.