Dariuş Pirniakan (fars. داریوش پیرنیاکان; 1955, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran musiqiçisi, tarzəni, setar ifaçısı və musiqi tədqiqatçısı.[1]
Dariuş Pirniakan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1955 |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Musiqi aləti | tar |
Təhsili | |
daryushpirniakan.com |
Dariuş Pirniakan 1955-ci ildə İranın Şərqi Azərbaycan ostanının Hadişəhr bölgəsində anadan olmuşdur.
Dariuş Pirniakan klassik İran musiqisi üzrə ixtisaslaşmış bəstəkar və musiqiçidir. O, tar və setar musiqi alətlərində ifa etməyi Məhəmməd Həsən Ozaridən, Əliəkbər Şahanzidən, Dr. Dariuş Səfvətdən, Yusif Forutandan, Səid Hürmüzidən və Mahmud Kərimidən öyrənmişdir. O, Əliəkbər Şahnazinin yanında tələbə olarkən Mirzə Hüseynquludan rədifdə ifa etməyi də öyrənmişdir.
Tehran Universitetinin İncəsənət fakültəsini bitirmişdir.
Universiteti bitirdikdən sonra Dariuş Pirniakan İran Klassik Musiqisini Qoruma və Təbliği Mərkəzində çalışmağa başlamışdır. 1979-cu ildən etibarən uzun müddət Qremmi mükafatı namizədi, maestro Məhəmməd Rza Şəcərianla birlikdə çalışmışdır. Onlar birlikdə İranda, ABŞ-də, Kanadada, Böyük Britaniyada, Fransada, İsveçrədə, İsveçdə, Norveçdə, Danimarkada, Niderlandda, İtaliyada və BƏƏ-də 220-dən çox konsert vermişdirlər. O, həmçinin pərviz Meşkatianın rəhbərlik etdiyi Aref Ansamlında da fəaliyyət göstərmişdir.
O, həmçinin Tehran universitetinin Dramatik İncəsənət fakültəsinin dekan müavini və professoru, İran Musiqi Evinin isə nümayəndəsidir. Dariuş Şahanzi Ansamblının yaradıcısıdır və müğənni Həmid Rza Nurbaxşla uzun müddət birgə çalımşışdır.[2]