Əli Bədir oğlu Babayev (1957, Puşkin – 5 iyun 2022) — Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Əli Babayev | |
---|---|
27 iyun 1994 – 25 iyul 2001 | |
Əvvəlki | Valeh Səfiyev |
Sonrakı | Əlibala Məmmədov |
1991 – 1992 | |
İcra başçısı | Sabir Xammədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyun 2022 |
Vəfat səbəbi | insult |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Əli Bədir oğlu Babayev 1957-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Biləsuvar 19 nömrəli SMD-də çilingər kimi başlamışdır. Daha sonra, 1980–1981-ci illərdə rayon Kənd Təsərrüfatı İdarəsində çalışmışdır.[1]
Əli Babayev 1987-ci ildən "Türkmənistan", 1990-cı ildən isə "Səməd Vurğun" adına kolxozların sədri, 1993–1994-cü ildə "Şəfəq" kolxozunun sədri işləyib. O, 2002-ci ildən ölümünədək "Biləsuvar-Quşçuluq" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini daşımışdır.[1]
2022-ci ilin iyun ayında Biləsuvar Rayon Ağsaqqallar Şurasının iclasından sonra insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdir. O, 5 iyun 2022-ci ildə ölmüşdür.[2]
Əli Babayev 1981–1985-ci illərdə Rayon Komsomol Komitəsində məsul vəzifələrdə, 1985-ci ildən isə Rayon Partiya Komitəsinin Təşkilat şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır.[1]
Əli Babayev 1991–1992-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 27 iyun 1994-cü il tarixli 166 nömrəli fərmanı ilə Əli Babayev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[3] O, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyul 2002 tarixli 997 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[4]
Əli Babayev 2021-ci ilin may ayından Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini daşımağa başlamışdır.[1]