Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin.(fevral 2023)
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Adil Məmmədov.
Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub.
1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir.
15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir.
10 fevral 1982-ci il tarixdən 10 fevral 1988-ci il tarixədək Xaçmaz kəndi "Lenin" adına kolxozun idarə heyətinin sədri, 10 fevral 1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi "Komsomol" kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
A. Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir.
Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır.
26 aprel 2011-ci ildə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Qeyd 1: Oğuz rayonu 8 avqust 1930-cu ildə Vartaşen rayonu adı ilə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Şəki rayonu ləğv edilərək Vartaşen rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə isə yenidən müstəqil Şəki rayonu təşkil olunmuşdur. 7 fevral 1991-ci ildə Vartaşen rayonunun adı Oğuz rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Qəbələ rayonu 8 avqust 1930-cu ildə Qutqaşen rayonu adı ilə təşkil olunmuşdur. Qutqaşen rayonu 4 yanvar 1963-cü ildə Ağdaş rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə isə yenidən müstəqil rayon olmuşdur. 7 fevral 1991-ci ildə rayonun adı Qəbələ rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Biləsuvar rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1938-ci ildən etibarən Puşkin rayonu olaraq adlandırılmışdır. Puşkin rayonu 26 may 1964-cü ildə ləğv olunaraq Astraxanbazar rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə isə Puşkin rayonu yenidən müstəqil rayon olaraq təşkil olunmuşdur. 1991-ci ildə rayonun adı Biləsuvar rayonu olaraq dəyişdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Qobustan rayonu 8 oktyabr 1943-cü ildə Mərəzə rayonu adı ilə təşkil olunmuşdur. 4 dekabr 1956-cı ildə ərazisinin bir hissəsi hesabına Xızı rayonu təşkil edilmişdir. 4 dekabr 1959-cu ildə Mərəzə rayonu ləğv edilmiş, ərazisi isə Şamaxı rayonuna birləşdirilmişdir. 24 aprel 1990-cı ildə müstəqil Qobustan rayonu təşkil edilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.