Əli Məhəmməd oğlu Rəcəbli (1927[1], Göyəm, Zaqatala rayonu – 12 noyabr 2022, Bakı) — tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi-fond şöbəsinin şöbə müdiri.[2]
Əli Rəcəbli | |
---|---|
Əli Məhəmməd oğlu Rəcəbli | |
Doğum tarixi | 1927[1] |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 2022 |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | numizmat-arxeologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi |
Tanınır | numizmat alim |
Mükafatları |
|
Professor Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur.[3] Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə "numizmatika" ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur.
Əli Rəcəbli 12 noyabr 2022-ci ildə uzunsürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Azərbaycan numizmatikasının layiqli nümayəndəsi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Əli Məhəmməd oğlu Rəcəbli respublikamızda numizmatika elminin və numizmatika fondunun əsasını qoymuş məşhur numizmat-arxeoloq, prof. Yevgeni Aleksandroviç Paxomovun yeganə yetirməsi olaraq bu elmin inkişafı üçün bütün səy və bacarığını sərf etmişdir. Əli Rəcəbli 1951-ci ildə S.М.Кirov adına Azərbaycan Dövlət universitetinin (hazırda Bakı Dövlət universiteti) "şərqşünaslıq" fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Tarixi Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) sabiq direktoru, məşhur arxeoloq, professor Saleh Qazıyevin təklifi ilə muzeyin aspiranturasına ("numizmatika" ixtisası üzrə) daxil olmuşdur. 1963-cü ildə Qəbələ rayonunda aşkarlanmış dəfinədəki (158 ədəd) sikkələri təyin və tədqiq edən t.e.d., professor Əli Rəcəbli II Bəhram dövrünə aid çoxsaylı gümüş dirhəmlərin əksəriyyət təşkil etdiyini (154 ədəd) müəyyən etmişdir. 1968-ci ildən hal-hazıradək Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" şöbəsinin müdiri vəzifəsində çalışan Əli Rəcəbli Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı respublikamızda diyarşünaslıq işinin təşkili sahəsində də xüsusi yeri olan aparıcı mütəxəssislərdəndir. Məhz onun səyləri nəticəsində mühafizi olduğu və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidəsinin saxlanıldığı Muzeyin Milli Numizmatika Fondu Azərbaycanın yeganə va zəngin sikkə xəzinəsi, numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapmışdır. Ə. M. Rəcəbli monoqrafiya və çoxsaylı elmi məqalələrin müəllifidir. Onun "Azərbaycan numizmatikası" (Bakı, "Elm və həyat", 1997, rus dilində, 15 ç. v.) monoqrafiyası Azərbaycan dövlətçiliyinin ən bariz rəmzi olan Azərbaycan sikkəsinin ikiminillik tarixini dolğun və yığcam şəkildə əks etdirir.
1953-cü ildən etibarən muzeydə kiçik elmi işçi, baş elmi işçi, Numizmatika fondunun mühafizi, bir müddət direktor müavini və direktor əvəzi vəzifələrində çalışmış Əli Rəcəbli hazırda Milli Azərbaycan Tarixi Muzeyində Numizmatika və epiqrafika şöbəsinin müdiridir.
1963-cü ildə "Səfəvilər dövlətində məskukat işi (XVI–XVIII əsrlər)" mövzusunda namizədlik dissertasiyasını[4], 2000-ci ildə isə "Azərbaycan numizmatikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli müəllim muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, elmi ekspozisiyasının yaradılmasında əsas iştirakçılardan biri olmaqla yanaşı, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) eksponatlarının təyini və tədqiqi işində də bilavasitə iştirak etmişdir.
1970-ci ildə "Fədakar əməyə görə" medalı ilə təltif olunmuş, 1972-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş Əli Rəcəbli Azərbaycan numizmatik abidələrinin toplanılması, pasportlaşdırılması, öyrənilməsi və nəşri sahəsində xüsusi xidmətləri ilə seçilir.[5] Onun səyi nəticəsində rəhbərlik etdiyi və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan muzeyin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılır.[6] AMEA-nın Azərbaycan Tarixi Muzeyinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şuralarının üzvü olan, respublikamızda və xaricdə keçirilən elmi simpozium və konfranslarda müntəzəm iştirak edən, numizmatika fənnini tədris edən hörmətli professor bir sıra dissertasiyalara opponentlik etməklə yanaşı elmi məsləhətçi kimi də biliyini əsirgəmir. 18 – 22 aprel 2017-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" elmi-fond şöbəsinin müdiri, t.e.d., prof. Əli Rəcəbli Rusiya Federasiyasının Veliki Novqorod şəhərində keçirilən XIX Ümumrusiya Numizmatika Konfransında iştirak edərək "Şirvanşahların nadir sikkələri" adlı məruzə ilə çıxış etmişdir. Məruzədə V Məhəmməd ibn Əhməd (981–991), Qubad ibn Yəzid (1043–1049) və Burhan Əlinin (1540 – 1549) nadir sikkələrinə əsaslanaraq Azərbaycan tarixinin qeyd edilən dövrü ilə əlaqədar məlumatlara yenidən nəzər salmağın vacibliyi diqqətə çatdırılmışdır.[7].
Erməni saxtakarlığına qarşı mübarizəsi
2018-ci il 26 – 29 sentyabr tarixlərində Ermitajda keçirilmiş II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A. Akopyanın və P. Petrovun bir məruzəsi daxil edilmişdir :"Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747–1827). Şərqi Ermənistan xanlıqları sözündən sonra mötərizədə İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqları yazılmışdır. Bununla bağlı muzeyin Elmi Şurası Ermitajın direktoru M. Piotrovskiyə və konfransın təşkilat komitəsinə etiraz məktubu göndərilmişdir. Məktubda saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma "Şəri Ermənistan" adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilmiş və A. Akopyanın və P. Petrovun məruzəsinin konfransın proqramından çıxarılması tələb edilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində erməni təxribatının qarşısı alınmış, məruzədən "Şərqi Ermənistan xanlıqları" ifadəsi çıxarılmış, həmçinin muzeyin "Numizmatika və Epiqrafika" şöbsinin müdiri, professor Əli Rəcəblinin konfransda çıxış etməsi təmin olunmuşdur[8].
Əli Rəcəblinin yetirdiyi tarix üzrə fəlsəfə doktorları və elmi işlər:
1. 2007-ci il — Qasımova Sənubər Abbas-Ağa qızı. "Azərbaycan dövlətçilik rəmzləri tarixi qaynaq kimi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)". İxtisas: arxeologiya.
2. 2013-cü il — Məmmədova Aygün Musa qızı. "Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi". İxtisas: arxeologiya.
3. 2015-ci il — Cəfərov Mayis Vəliməmməd oğlu. "Azərbaycan Respublikasının cənub-şərq regionunda numizmatik tapıntılar Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi". İxtisas: Vətən tarixi.
Yarıməsirlik ömrünü Azərbaycan numizmatikasına həsr etmiş elmi -tədqiqat və pedaqoji fəaliyyətində yüksək elmi səviyyəsi ilə fərqlənən, mütəxəssis və dəyərli alim -Əli Rəcəbli ömrünün sonuna qədər elmi fəaliyyətilə məşğul olub.[9]
Azərbaycan dövlətçiliyinin mühüm atributlarından biri olan pul tarixinin öyrənilməsi, numizmatik materialın toplanması və tədqiqi[10] kimi mühüm problemlərin öyrənilməsi ilə məşğul olmuşdur.
1.Нумизматика Азербайджана. Баку, Элм ва хаят, 1997, 232 с.
2."Azərbaycan sikkələri" (Azərbaycan, rus və ingilis dillərində). Bakı: Xalqbank, 2012, 357 s.
3.Монетное дело азербайджанского государства Сефевидов. Bakı: Ziya, 2014, 231 s.
4. Şirvanşahlar dövlətində sikkə zərbi (Azərbaycan, rus və ingilis dillərində). Bakı; Elm və təhsil, 2015, 240 s.
5. Qafqaz pulları (Azərbaycan, rus, ingilis dillərində). Bakı: Elm, 2016, 337 s.
6. Sikkə və dövlətçilik (Azərbaycan və rus dillərində). Bakı, AFpoliqrafAF, 2017, 182 s.
7."Qaraqoyunlu və Ağqoyunlu sikkələri". Bakı: 2019, 118 s.
1. Qədim pullar silinməz tarixdir: (Tariximiz sikkələr güzgüsündə) /Ə.Rəcəbli./Kredo.-2010.- 13 noyabr.- S. 8.
2.Tək odur fələk taclı, Süleyman üzüklü şah[Mətn]/Ə.Rəcəbli.//Mədəniyyət.-2011.- 16 sentyabr.- S. 12.
3. Dəfinənin gümüş dirhəmləri [Mətn] /Ə.Rəcəbli.//Panorama.-1998.- 4 avqust.
4.Azərbaycan sikkəsi və dövlətçilik [Mətn] /Ə.Rəcəbli.//Elm.-2012.- 5 iyun.- S. 6-7.
5. Görkəmli alim, tarixçi - numizmat [Mətn] /Ə.Rəcəbli.//Xalq qəzeti.-2005.- 10 mart.- S.5.
6. "Sikkə çox vacib dövlətçilik rəmzidir":Elm, təhsil və həyat.-2009.- 10 iyul.- S. 1; 5.
1. Fədakar əməyə görə medalı (1970)
2. "Əməkdar mədəniyyət işçisi" fəxri adı (1972)
3. Tərəqqi medalı (2010).
4. AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə tərəfindən A. A. Bakıxanov adına medalla təltif olunmuşdur. (2017)[11]
5. V Filexpo sərgisinin qızıl medalla təltif olunmuşdu (2018).