Göyəm — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Göyəm | |
---|---|
41°36′58″ şm. e. 46°35′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 407 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4.157 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6222[1] |
Ərazidə 3 orta məktəb, 1 həkim məntəqəsi, 2 feldşer-mama məntəqəsi, 1 klub, 4 kitabxana, 2 mədəniyyət evi, 1 körpələr evi-uşaq baxçası, 4 məscid, 1 futbol meydançası vardır.
Tarixi abidələr: 4 məscid, qədim qəbristanlıq.
Göyəm ərazi nümayəndəliyi, rayon mərkəzindən cənubda, Tala çayın sağ sahilində yerləşir və dörd kəndi (Göyəm, Çökək, Sumaylı, Dardoqqaz) özündə birləşdirir.
Nümayəndəliyin ərazisi 3368,6 hektardir.
Əhalisi 4157 (Göyəm - 1914, Çökək - 935, Sumaylı - 656, Dardoqqaz - 652) nəfər, əsasən azərbaycanlılar, avarlar, saxurlardır. Dini mənsubiyyəti müsəlman.
Ərazi nümayəndəliyi, RİHB-nin ərazi İcra nümayəndəsi və Göyəm Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kənddə Göyəm kənd məscidi dini icması fəaliyyət göstərir[2].
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |