Əli Məmmədrza (Məşədrza) oğlu Rzayev (1908, Təbriz, Cənubi Azərbaycan – 1984, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982).
Əli Rzayev | |
---|---|
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 1984 |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1936–1984 |
Mükafatları |
Əli Rzayev 1908-ci ildə Təbrizdə anadan olmuşdur. O, 1936–1947-ci illərdə Tiflisdəki Tbilisi Dövlət Azərbaycan Teatrında, 1951–1984-cü illərdə isə Kirovabad Dövlət Dram Teatrında işləyib.[1]
Əli Rzayev 1984-cü ildə Kirovabadda vəfat edib.[1]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Dönməz | Od gəlini | Cəfər Cabbarlı |
Şeyx Sənan | Şeyx Sənan | Hüseyn Cavid |
Eldar | Vaqif | Səməd Vurğun |
Müstəntiq Larsev | Üzləşdirmə | Lev Şeynin və Tur qardaşları |
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Əsgər bəy | Hacı Qara | Mirzə Fətəli Axundov |
Səlim bəy | Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov |
Hacı Səməd ağa | Bəxtsiz cavan | Əbdürrəhim bəy Haqverdiyev |
Niyaz | Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev |
Vali | Səyavuş | Hüseyn Cavid |
Şeyx Sədra | Şeyx Sənan | Hüseyn Cavid |
Doktor Dalbanezo | Kəllə | Nazim Hikmət |
İsgəndər | Ölülər | Cəlil Məmmədquluzadə |
Rüstəm | Böyük ürək | İmran Qasımov və Həsən Seyidbəyli |
Cümşüd bəy | Qaçaq Nəbi | Süleyman Rüstəm |
Surxay | Aydın | Cəfər Cabbarlı |
Cəmaləddin Əfqani | Nəsrəddin şah | Cəfər Cabbarlı |
Rövşən bəy | Komsomol poeması | İsgəndər Coşqun[a] |
İmran | Anacan | Yusif Əzimzadə |
Rəşid | Kəndçi qızı | Mirzə İbrahimov |
Osman | Dağlı qızı | Rəsul Həmzətov |
Leo Landiya | Həyətdə qapan it var | Kita Buaçidze |
Aslan bəy | Qatır Məmməd | Zeynal Xəlil |
Rəşid Məğrur | Küləklər | Sabit Rəhman |
Yaqafar Muratşin | Aygül diyan | Mustay Kərim |
Yaqo | Otello | Uilyam Şekspir |