Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15 mart 1911, Bakı – 5 oktyabr 1961, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1960).
Əlihüseyn Qafarlı | |
---|---|
Digər adları |
Əli Hüseyn Qafarlı Əli Qafarlı |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1927–1961 |
Teatr |
Bakı Türk İşçi Teatrı, Gəncə Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı |
Mükafatları |
|
Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı 15 mart 1911-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. Yeddiillik təhsil alıb. On altı yaşında Bakı Dənizçilər Evinin nəzdindəki dram dərnəyinə üzv olub. 1929-cu ilin payız teatr mövsümündə Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Yeni forma və üslub, məzmun və ifadə vasitələri sorağı ilə eksperimentlər aparan, həm uğur qazanan, həm müvəffəqiyyətsizliyin acısını dadan teatr bütün təzadlara baxmayaraq formalaşmaya doğru inamla addımlayırdı. Teatrın repertuar simasını müəyyənləşdirən tamaşalarda Əlihüseyn Qafarlı da oynayırdı. Bu kollektiv 1933-cü ildə Gəncə şəhərinə köçürülüb.
Əlihüseyn Qafarlı on ilə yaxın Gəncə Dövlət Dram Teatrında çalışıb. 1942-ci ildən ömrünün sonuna qədər (az fasilə ilə) Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və kollektivin ansambl kimi fəaliyyət göstərdiyi truppada aktyor işləyib.
Aktyor 5 oktyabr 1961-ci ildə Bakıda vəfat edib.[1]
Gəncə Dövlət Dram Teatrında
Musiqili Komediya Teatrında