Əlikram Həsən oğlu Hüseynov (20 aprel 1926[1], Bakı – 18 avqust 2006, Bakı) — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (1991)[2]
Əlikram Hüseynov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1926[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 2006 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | tarzən, musiqiçi |
Musiqi aləti | tar |
Təhsili |
|
Mükafatları |
Əlikram Hüseynov 20 aprel 1926-cı ildə Bakıda doğulub.[3] 1942–1946-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşdur. Oxuduğu müddətdə Əhməd Bakıxanov və Adil Gəraydan dərs almışdır. 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun iştirakı ilə keçirilən musiqi müsabiqəsində Orta Mahuru çalmış, birinci yerə çıxmışdır. 1947-ci ildə həmçinin Praqada keçirilən Festivalda da orta mahuru çalmışdır.
1959, 1960, 1961-ci illərdə konsert və tədbirlərdə Azərbaycan opera müğənnisi Bülbülü müşayət etmişdir.
Əlikram Hüseynovun ilk təyinatı Şəkiyə verilmişdir. 1957-ci ildən 2006-cı ilə qədər isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır.
Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Zeynalova, Arif Babayev, Baba Mahmudoğlu, Mənsum İbrahimov kimi sənətkarlarla çalışmışdır. Milli opera sənətinin inciləri olan "Leyli və Məcnun"da, "Əsli və Kərəm"də, "Şah İsmayıl"da və "Aşıq Qərib"də ifa etdiyi muğamlar onu bir tarzən kimi tamaşaçılara sevdirmişdir.
2006-cı il aprelin 19-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.[4]
18 avqust 2006-cı ildə 80 yaşında Bakıda vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.
Əlikram Hüseynov Sürayə xanımla ailə həyatı qurmuş, Məxfirət adlı qızı və Yaşar adlı oğlu olmuşdur.