Əlirza Fərşi

Əlirza Fərşi (az.-əski. الیرزا فرشی‎; 17 oktyabr 1978, Mərənd şəhristanı, Şərqi Azərbaycan ostanı) ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu.

Əlirza Fərşi
Doğum tarixi (46 yaş)
Doğum yeri Dizəc Yekan, Mərənd
Milliyyəti Azərbaycan türkü
Təhsili Şərif Texnologiya Universiteti
Tehran Universiteti
Fəaliyyəti aktivist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib[1]. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs[2]Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib.

Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib[3].

O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur[4].

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əlirza Fərşi 1979-cu ildə Mərəndin Dizəc Yekan kəndində anadan olub. Atası İran-İraq müharibəsində dünyasını dəyişib[5]. 1998-ci ildə Şərif Texnologiya Universitetinə daxil olub[6][7].Burada kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Daha sonra Tehran Universitetində magistr təhsili alıb. Universitetdə təhsil aldığı dövrdə Tehran Universitetində Azərbaycan türkcəsində yayımlanan "Yol" jurnalının redaksiyasında fəaliyyət göstərib. Təhsilini bitirdikdən sonra bir il Təbrizdə yaşayıb. Sonradan Culfa şəhərində yerləşən Azad Universitetində dərs keçməyə başlayıb[8]. Müəllimlik fəaliyyəti ilə yanaşı Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Vəqfini qurub[9]. Və şəxsən özü kitabların çatdırılmasında iştirak edib[10]. Kəndimiz Vəqfi fəaliyyət göstərdiyi illər ərzində onlarla yaşayış məntəqəsində minlərlə kitabı orada yaşayan uşaqlara hədiyyə edib[11][12][13][14].

Həbs edilməsi və sonrakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2009-cu ilin may ayında Təbrizdə El gölü meydanında ana dilində təhsil üçün keçirilmiş etiraz aksiyasında[15][16] həyat yoldaşı Sima Didar ilə birlikdə həbs edilib[17]. Məhkəmə onları bir il müddətinə həbsə məhkum etsə də ikinci instansiya məhkəməsi həbsin müddətini 6 aya endirib[18]. 2010-cu ildə Culfa şəhərində yerləşən "Azad" Üniversitindən müəllimlikdən azad edilib[18]. Təbriz həbsxanasına köçürüldükdən sonra vəsiqə qarşılığında müvəqqəti azad olunur. 2011-ci ildə yenidən həbs edilərək Təbriz həbsxanasına köçürülüb.

2014-cü ildə Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün Əkbər Azad, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı, Mahmud Ocaqlı, Rüstəm Kazımpur, Mənsur Fəthi və Əziz Fərşi ilə birlikdə həbs edilib[19]. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib[20][21][22]. Tehranın Evin zindanında saxlanan fəallar Əkbər Azad və Əlirza Fərşini həbslərindən 2 ay keçdikdən sonra həbsxananın daha sərt korpusu olan 305-ci korpusa köçürüblər[23].

2021-ci il sentyabrın 22-də Əlirza Fərşi İran İslam Respublikasının məhkəmələrində olan hakimlərin qəddar və ədalətsiz hökmlərinə və həmçinin məktəblərdə türklərin ana dilində təhsildən məhrum edilmələrinə etiraz olaraq 3 gün müddətinə aclıq aksiyası keçirəcəyini bildirib. Sonradan siyasi məhbus Abbas Lisani və başqa 7 məhbus da Əlirza Fərşiyə dəstək olmaq məqsədilə həmin aksiyaya qatılıb[24][25][26].

2021-ci ilin noyabr ayında məzuniyyət hüququndan məhrum olunması ilə əlaqədar məhkəmə rəsmilərinə açıq məktub yazıb. O, məktubunda xəstəliklərinin ağırlaşması, göz əməliyyatına ehtiyacının zəruriliyini və 2-ci tip şəkərli diabet xəstəliyinə tutulmasını izah edərək, məzuniyyətə buraxılmasını və həbsxanadan kənarda müalicə olunmasını tələb edib. Həmçinin məktubunda 20 ay həbs müddəti ərzində sadəcə 3 günlük məzuniyyətə buraxıldığını qeyd edərək Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil edilən mərasimdə iştirak etmək və qanun çərçivəsində türk dili və etniklərin hüquqları mövzusunda göstərdiyi fəaliyyətə görə həbsə məhkum edilməsini tənqid edib[27].

2021-ci il dekabrın 12-də Böyük Tehran Həbsxanasında cəza çəkən Əlirza Fərşi 3 günlük aclıq aksiyasına başlayıb. Həbsxanadan göndərdiyi açıq məktubda bu aclığı ətraf mühitin çirkləndirilməsi, o cümlədən Urmiya gölünün quruması, Araz çayına tullantıların tökülməsi, fəhlə və müəllim sinfinin dolanışıq vəziyyəti, Azərbaycan bölgəsində olan işsizlik problemi, habelə azərbaycanlı milli fəallara qarşı qeyri-qanuni təzyiqlərə etiraz olaraq etdiyini qeyd edib[28].

Tutulmasına qarşı etirazlar

[redaktə | mənbəni redaktə et]

Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və dərhal azad edilməsi tələb olunub[3].

2021-ci ilin may ayında "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti "Azərbaycanlı mədəni məhbusların vəziyyətinin monitorinqi" başlığı altında BMT-yə məktub ünvanlayıblar. Bu məktubda onlar Əlirza Fərşinin vəziyyətindən narahat olduqlarını qeyd ediblər. Əlirza Fərşi həbsdə olduğu müddətdə şəkər xəstəliyinə tutulub və müalicə imkanları olmadığı üçün vəziyyəti daha da ağırlaşıb. Bundan başqa görmə qabiliyyəti zəifləsə də, gözlərinin əməliyyata ehtiyacı olsa da onun müalicə və əməliyyatı üçün heç bir şərait yaradılmayıb[29].

2021-ci iyulun 5-də milli mədəni fəallar siyasi məhbus Əlirza Fərşiyənin azadlıq tələbi ilə Təbriz küçələrində vərəqələr paylayıblar. Fəallar üzərində "Əlirza Fərşi, insan azadlığa məhkumdur", "Azərbaycan türk millətinin milli qəhrəmanı ata Babəkin doğum günü qutlu olsun" şüarlar yazılmış afişa və vərəqələri Təbrizin əksər bölgələrində divarlara yapışdırıb, əhali arasında paylayıblar. Bununla yanaşı iyulun 5-də Mərənd şəhərində də Əlirza Fərşiyə dəstək və ona qarşı haqsızlıqlara qarşı aksiya keçirilib. Mərənd şəhərinin milli-mədəni fəalları "Əlirza Fərşinin həyatı təhlükədədir", "azərbaycanlı siyasi dustaqlar bizim qırmızı xəttimizdir" məzmunlu afişalar yayıb, şəhərin körpüsü üzərində baner asıblar[30][31].

2021-ci il iyul ayının 16-da 18 insan haqları qrupu birlikdə Əlirza Fərşiyə dəstək bəyanatı yayımlayıblar. Onlar öz bəyanatlarında Əlirza Fərşinin həbsxanada qəddar, qeyri-insani və aşağılayıcı rəftara məruz qaldığını, ehtiyacı olduğu tibbi yardımı almamasını qeyd ediblər. Bu baş verən hadisələrə görə onlar İran İslam Respublikası rəsmilərini Əlirza Fərşinin həyatı və sağlamlığını qorumaq üçün lazımi addımları atmağa və ehtiyacı olan ixtisaslaşdırılmış tibbi yardımı təmin etməyə çağırıblar. Bundan başqa Əlirza Fərşinin dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını, habelə ona qarşı qanunsuz ittihamlar irəli sürən və pis rəftar tətbiq edənlərin mühakimə olunmasını tələb ediblər[32][33].

2021-ci ilin avqust ayında BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda baş verən hüquq pozuntuları ilə bağlı növbəti hesabatını BMT-nin Baş Assambleyasına təqdim edib. O, təqdim etdiyi 25 səhifəlik hesabatda İran Azərbaycanında fəaliyyət göstərən Abbas Lisani və Əlirza Fərşi kimi türk vətəndaş cəmiyyəti fəallarının azlıqların hüquqlarını müdafiə etdikləri üçün hədəf alındıqlarını, həbsxanada Əlirza Fərşinin fiziki zorakılıq və pis rəftara məruz qaldığını qeyd edib[34]

2021-ci ilin oktyabr ayında milli mədəni fəallar Təbriz küçələrində üzərində "Azadlıq", "Əlirza Fərşi", "insan azadlığa məhkumdur", "Ver əlini əlimə, uçmağından qovulmuş həsrətində yanıram — 43 ildir uzaqda qara yerdə yatıram" şüarları yazılmış banerlər asıblar[35][36].

  1. "Non-Persian Mother Languages Treated as "National Security Threat" in Iran" (ingilis). iranhumanrights.org. 26.02.2021. 27.02.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  2. "Caught in a web of repression: Iran's human rights defenders under attack" (ingilis). Amnesty International. 29.09.2017. 11.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2021.
  3. 1 2 "Iran: Defender beaten and denied health care: Alireza Farshi" (ingilis). Amnesty International. 20.07.2021. 22.07.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2021.
  4. "Güneydə 'Kəndimiz Vəqfi' hər ay bir kəndə türkcə kitablar hədiyyə edir" (az.). Amerikanın səsi. 13.06.2018. 04.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2021.
  5. "Ali Məhkəmə Əlirəza Fərşinin işinə yenidən baxılması tələbini rədd etdi" (az.). iranwire.com. 06.08.2021. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  6. "Əlirza Fərşi ilə görüş; güneyli milli-mədəni fəalın qısa bioqrafiyası" (az.). sozcu.az. 08.02.2021. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  7. GünAz TV. "Əlirza Fərşi haqqında" (az.). YouTube. 20.02.2021. 2022-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  8. "Əlirza Fərşi universitetdən uzaqlaşdırıldı" (az.). GünAz TV. 24.09.2010. 14.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  9. "İranda fəallara qarşı amansız münasibət" (az.). aznews.tv. 14.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  10. "Əlirza Fərşinin hansı ittiham üzrə saxlandığı barədə yayılan xəbərlər təkzib edilir / Təhlükəsizlik qüvvələri fəala qarşı kobud davranıb" (az.). gamac.info. 22.01.2020. 14.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  11. ""Kəndimiz Vəqfi" Mərənd kəndlərinə yüzlərcə türkcə kitab bağışlayıb" (az.). GünAz TV. 12.06.2018. 14.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  12. "Ərdəbildə "hər uşağa türkcə bir kitab" kampaniyası" (az.). Amerikanın səsi. 25.09.2019. 13.02.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  13. "Güneydə 'Kəndimiz Vəqfi' hər ay bir kəndə türkcə kitablar hədiyyə edir" (az.). Amerikanın səsi. 13.06.2018. 16.12.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  14. "Urmiyada mədəni fəallar məktəblərin açılışı ərəfəsində türkcə kitablar paylayır" (az.). Amerikanın səsi. 16.09.2021. 14.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  15. "Təbrizdə dövlət bayramında etirazlar" (az.). Azadlıq Radiosu. 22.05.2009. 26.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  16. "Təbrizdə qan töküldü" (az.). musavat.com. 23.05.2009. 16.12.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2021.
  17. Bijan Baharan. The Hidden Side of Iran: Discrimination against ethnic and religious minorities (PDF). Paris: Beynəlxalq İnsan Hüquqları Federasiyası. 2010. səh. 15. Archived from the original on 2021-02-08. İstifadə tarixi: 2021-12-16.
  18. 1 2 Insafəli Hidayət. "İran azərbaycanlı fəal Əlirza Fərşi üniversitet müəllimliyindən azad edilib" (az.). Amerikanın səsi. 17.10.2010. 03.03.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2021.
  19. "Tehranda həbsdə olan türk fəalların durumu ağırdır" (az.). Amerikanın səsi. 14.04.2014. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  20. "2017 Country Reports on Human Rights Practices: Iran" (ingilis). ABŞ Dövlət Departamenti. 2018. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-15.
  21. "İranda 4 azərbaycanlı fəal 45 il həbs və 8 il sürgünə məhkum edildi" (az.). musavat.com. 22.02.2017. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  22. "Beynəlxalq Ana Dili Günündə saxlanılan güney azərbaycanlı fəalların həbs qərarı icraya qoyulur" (az.). GünAz TV. 18.03.2020. Archived from the original on 2022-01-05. İstifadə tarixi: 05.01.2022.
  23. "Azərbaycanlı fəallar Evin zindanının daha sərt korpusuna köçürülüb" (az.). Amerikanın səsi. 22.04.2014. 23.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  24. Hamid Məlikoğlu. "Əlirza Fərşi və Abbas Lisani aclıq aksiyasına başlayıb" (az.). Amerikanın səsi. 25.09.2021. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  25. "Two jailed Azeri rights activists begin hunger strike in Iran" (ingilis). middleeastmonitor.com. 24.09.2021. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  26. "2021 Country Reports on Human Rights Practices: Iran" (ingilis). ABŞ Dövlət Departamenti. 2022. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-15.
  27. Hamid Məlikoğlu. "Əlirza Fərşi məhkəməyə açıq məktub ünvanlayıb" (az.). Amerikanın səsi. 17.11.2021. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  28. Hamid Məlikoğlu. "Əlirza Fərşi 3 günlük aclıq aksiyasına başlayıb" (az.). Amerikanın səsi. 12.12.2021. 12.12.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.12.2021.
  29. "Azərbaycanlı siyasi məhbusla bağlı yenidən Birləşmiş millətlər təşkilatına müraciət edildi" (az.). aznews.tv. 14.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.01.2022.
  30. "Milli fəallar Təbrizdə aksiya keçirdi: Əlirza Fərşiyə azadlıq tələb olunub" (az.). sozcu.az. 06.07.2021. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  31. "Mərənddə azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə dəstək məqsədilə böyük banner asıldı" (az.). gadtb.com. 06.07.2021. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  32. "Press Release Regarding the Situation of Mr. Alireza Farshi, the imprisoned Azerbaijani Turks' Human and Civil Rights Activist in Iran" (ingilis). united4iran.org. 16.07.2021. 16.07.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  33. "18 insan haqları qrupundan Əlirza Fərşiyə dəstək bəyanatı" (az.). Amerikanın səsi. 17.07.2021. 17.07.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  34. "BMT-nin xüsusi məruzəçisi yeni hesabatında Abbas Lisani və Əlirza Fərşinin vəziyyətinə diqqət çəkib" (az.). Amerikanın səsi. 23.08.2021. 24.08.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022..
  35. "Təbrizdə türk dili fəalı Əlirza Fərşiyə dəstək aksiyası keçirilib" (az.). GünAz TV. 14.10.2021. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.
  36. Hamid Məlikoğlu. "Təbrizdə siyasi məhbus Əlirza Fərşinin azadlığı tələb edilib" (az.). Amerikanın səsi. 14.10.2021. 05.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.01.2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]