Əlisəfdər Hüseynov

Əlisəfdər Mürsəl oğlu Hüseynov (1 iyul 1959[1], Göyçay) — jurnalist-tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2016). "Qızıl qələm" mükafatı laureatı, ehtiyatda olan polkovnik- leytenant

Əlisəfdər Hüseynov
Əlisəfdər Mürsəl oğlu Hüseynov
Doğum tarixi 1 iyul 1959(1959-07-01)[1] (65 yaş)
Doğum yeri Göyçay
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2016
"Tərəqqi" medalı — 2019
Üzvlüyü

Əlisəfdər Hüseynov 1 iyul 1959-cu ildə Göyçay şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Bakı", "Yeni fikir", "Müstəqil qəzet", "Ülfət" qəzetlərində, Dövlət Teleradio Verilişləri Şirkətində işləyib. 1993–2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi jurnalistika sahəsində fəaliyyət göstərib.

"Azərbaycan ordusu" qəzetinin və "Hərbi Nəşriyyat"ın baş redaktoru vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. "Qüsursuz xidmətə görə" III dərəcəli medal, "Silahlı Qüvvələrin 10 illiyi", "Silahlı Qüvvələrin 90 illiyi","Silahlı Qüvvələrin 95 illiyi","Silahlı Qüvvələrin 100 illiyi" yubiley medalları ilə təltif olunub.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dövri mətbuatda ötən əsrin 80-ci illərinin əvvəllərindən mediada bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edir. İlk kitabı — "Həsən Məmmədov" 1990-cı ildə çap olunub. 1996-cı ildə "Döyüş havası", 1998-ci "Kino: yuxudan reallığa", 2000-ci ildə "Kino və poeziya", 2009-cu ildə "Tanış mövzuda variasiyalar" və 2012-ci ildə "Səhnədən o yana, yaxud sözün şəkli", 2015-ci ildə "Kinomuzda Anar fenomeni" və "Kino terminlətinin izahlı lüğəti", 2019-cu ildə i"Kinonun fəlsəfəsi" , 2021-ci ildə isə " Sevgimizdən usanmayaq" və " Vaqif Mustafayev: baxın, gülün və düşünün", 2022-ci ildə " 5 zirvə" və " Bu kino ki var…", 2023-cü ildə "Sadəcə Niyazi", 2024 -cü ildə " Xəyalım dolanar, gəzər..." adlı kitabları işıq üzü görüb. Ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olur. Kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu və s. mövzularda yazdığı "Kino haqqında iki paradoks", "Söz… səs… təsvir", "Nəsrin ekran imkanları", "Qoy sözümü şeir desin…", "Misra və kadr", "Şeir obrazlarından ekran obrazlarına", "Bir dəqiqədən əbədiyyətə qədər", "Təsvirsiz kliplər", "Poetik mətnlərin ekran interpretasiyası", "Tutuşdu qəm oduna…", "Tanış mövzuda variasiyalar" , "Ömür sonsuz bir yoldur", "Mətnin gizlinləri" və s. məqalələr "Ulduz", "Qobustan" jurnallarında, "Kino +" qəzetində və digər mətbuat orqanlarında çap olunub, oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. "Kino və poeziya" monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırıb, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut edib. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Kino sahəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə" müsabiqəsinin qalibi olub. "Qızıl qələm" mükafatı laureatıdır. Rumın mənşəli fransız dramaturqu E. İoneskonun "Borc qurbanları" pyesini, X. Kortasarın, A. Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə edib. Elmi axtarışlarının nəticəsi olaraq 2007-ci ildə dissertasiya müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[2] 31 iyul 2019-cu il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.[3] "Qızıl qəıəm" mükafatı lauretıdır.

  • Həsən Məmmədov. (1990)
  • Döyüş havası. (1996)
  • Kino: yuxudan reallığa. (1998)
  • Kino və poeziya. (2000)
  • Tanış mövzuda variasiyalar. (2009)
  • Səhnədən o yana, yaxud sözün şəkli.(2012)[4]
  • Kino terminlərinin izahlı lüğəti. (2015)[5][6]
  • Kinomuzda Anar fenomeni.(2015)[7]
  • Kinonun fəlsəfəsi (2019)
  • Sevgimizdən usanmayaq (2021)
  • Vaqif Mustafayev: baxın, gülün və düşünün (2021)
  • 5 zirvə (2022)
  • Bu kino ki var…(2022)
  • Sadəcə Niyazi (2023)
  • Xəyalım dolanar, gəzər...(2024)
  1. 1 2 https://www.qanun.az/author/673.
  2. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
  3. President.Az. "Azərbaycan kino sahəsi işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-07-31. 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.
  4. http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=5279
  5. "Kino terminlərinin izahlı lüğəti" çapdan çıxıb: [kinoşünas Əlisəftər Hüseynovun eyniadlı kitabı haqqında] //Mədəniyyət.- 2015.- 24 iyul.- S.7.
  6. "Arxivlənmiş surət". 2015-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-16.
  7. http://azertag.az/xeber/Kinomuzda_Anar_fenomeni_adli_kitab_isiq_uzu_gorub-914677

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]