Azərbaycan 2007-ci ildən bəri "Ən yaxşı xarici film üzrə Oskar mükafatı"na öz filmlərini təqdim edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan dialoqlardan təşkil olunmuş bədii filmlərə verilir.[1] 2021-ci il etibarilə 8 Azərbaycan filmi "Ən yaxşı xarici film" üçün təqdim edilib, ancaq heç biri Oskara namizəd ola bilməyib. [2][3][4]
2006-cı ilin yayında Azərbaycan Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Ən yaxşı xarici film" kateqoriyasında film təqdim etmək üçün dəvət edildi.[5] və Azərbaycan 2007-ci ilin payızında ilk dəfə mükafat üçün film təqdim etdi.
İl | Nominasiyada istifadə edilən film başlığı | Orijinal ad(lar)ı | Dil(lər) | Rejissor | Nəticə |
---|---|---|---|---|---|
2007-ci il | Caucasia | Qafqaz, Кавказ | Rus dili | Fərid Hümbətov | Namizədliyi qəbul edilməyib. |
2008-ci il | Fortress | Qala | Azərbaycan dili | Şamil Nəcəfzadə | Namizədliyi qəbul edilməyib. |
2010-cu il | The Precinct[6] | Sahə, Участок | Azərbaycan dili, rus dili | İlqar Safat | Namizədliyi qəbul edilməyib. |
2012-ci il | Buta[7] | Buta | Azərbaycan dili | İlqar Nəcəf | Namizədliyi qəbul edilməyib. |
2013-cü il | Steppe Man[8] | Çölçü | Azərbaycan dili | Şamil Əliyev | Namizədliyi qəbul edilməyib. |
2014-cü il | Nabat[9][10] | Nabat | Azərbaycan dili | Elçin Musaoğlu | Namizədliyi qəbul edilməyib. |
2017-ci il | Pomegranate Orchard[11] | Nar bağı | Azərbaycan dili | İlqar Nəcəf | Namizədliyi qəbul edilməyib. |
2021-ci il | The Island Within[12] | Daxildəki ada | Azərbaycan dili | Rüfət Həsənov | Namizədliyi qəbul edilməyib. |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |