Ənvər İsmayılov (memar)

Ənvər Ələkbər oğlu İsmayılov (10 aprel 1916, Tiflis25 aprel 1988, Bakı) — Azərbaycan-sovet memarı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsi sədrinin birinci müavini (1959–1988), müavini (1955, 1955–1957, 1958–1959), Azərbaycan SSR tikinti nazirinin müavini (1957–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi (1951–1953, 1953–1955), Azərbaycan SSR kommunal təsərrüfatı və mənzil-mülki tikinti nazirinin müavini (1953), SSRİ Arxitektorlar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan SSR əməkdar mühəndisi (1962), SSRİ Nazirlər Sovetinin mükafatı laureatı (1972).

Ənvər İsmayılov
10 noyabr 1959 – 25 aprel 1988[a]
SədrHəsən Məcidov
Tofiq Əhmədov
Yaqub İsmayılov
Cavanşir Hüseynov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi sədrinin müavini
bayraq2
15 yanvar 1958 – 10 noyabr 1959[b]
14 oktyabr 1955 – 9 iyun 1957[c]
1 aprel 1955 – 14 oktyabr 1955[d]
bayraq
Azərbaycan SSR tikinti nazirinin müavini
bayraq2
9 iyun 1957 – 15 yanvar 1958
NazirNurulla Ağayev
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi
bayraq2
1 dekabr 1953 – 1 aprel 1955
1951 – 1953
bayraq
Azərbaycan SSR kommunal təsərrüfatı və mənzil-mülki tikinti nazirinin müavini
bayraq2
1 iyun 1953 – 1 dekabr 1953
NazirSadıq Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1916(1916-04-10)
Doğum yeri
Vəfat tarixi 25 aprel 1988(1988-04-25) (72 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti memar

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Əmək veteranı" medalı
SSRİ Nazirlər Sovetinin mükafatı Azərbaycan SSR əməkdar mühəndisi

Ənvər Ələkbər oğlu İsmayılov 10 aprel 1916-cı ildə Tiflis şəhərində anadan olmuşdur. O, 1928–1933-cü illərdə texnikumda təhsil almış, 1933–1939-cu illərdə Azərbaycan Sənaye İnstitutunun memarlıq-tikinti fakültəsində təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra memar kimi əmək fəaliyyətinə "Azərdövlətlayihə" institutunda başlamışdır. Qısa müddət ərzində o, əvvəlcə layihə institutunun baş mühəndisi, sonra isə yaşayış-mülki binaların layihələndirilməsi şöbəsinin müdiri vəzifələrinə çalışmışdır.[1]

1942–1944-cü illərdə Ənvər İsmayılov Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının idarə rəisi olmuşdur. 1944–1945-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yanında Arxitektura İşləri İdarəsinin yaşayış-mülki binalar və yaşayış məskənləri tikintisi şöbəsinin rəisi işləmişdir. Ənvər İsmayılov 1945-ci ildə "Azərdövlətarxitekturalayihə" institutuna qayıtmış, 1951-ci ilədək bu müəssisənin müdiri olmuşdur.[1]

Ənvər İsmayılov 1951–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir. O, 1953-cü ilin iyunun 1-dən dekabrın 1-dək Azərbaycan SSR kommunal təsərrüfatı və yaşayış-mülki tikinti nazirinin müavini vəzifəsində çalışmış, 1 dekabr 1953 – 1 aprel 1955-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsinin rəisi olmuşdur. O, 1 aprel 1955-ci ildən 14 oktyabr 1955-ci ilədək fəaliyyətini Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi rəisinin müavini vəzifəsində davam etdirmişdir.[1]

Ənvər İsmayılov 14 oktyabr 1955-ci ildən 9 iyun 1957-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin müavini olmuş, 9 iyun 1957-ci ildən 15 yanvar 1958-ci ilədək Azərbaycan SSR tikinti nazirinin müavini vəzifəsində işləmişdir. 15 yanvar 1958-ci ildən 10 noyabr 1959-cu ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi rəisi vəzifəsində çalışmış, 10 noyabr 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.[1]

Ənvər İsmayılova 1962-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir. O, 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür. Dəfələrlə SSRİ Arxitektorlar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir.[1] 1941-ci ildən ÜİK(b)P (Sov. İKP) üzvü olmuşdur.[2]

Ənvər İsmayılov 25 aprel 1988-ci ildə vəfat etmişdir.[2]

2017-ci ildə buraxılmış poçt markası

Memar Ənvər İsmayılov həyata keçirilmiş bir çox memarlıq layihələrinin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 1947–1950-ci illər arasında Bakının Moskva (hazırkı Heydər Əliyev) prospektində və Nizami küçəsində, eləcə də GəncəSumqayıt şəhərlərində yaşayış evlərinin, Naxçıvan şəhərində dram teatrı binasının (1949–1952-ci illər), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin inzibati binasının (1951–1956-cı illər), Gəncədə Şəhər Partiya Komitəsinin və Şəhər İcraiyyə Komitəsinin inzibati binasının, Bakı Dövlət Sirki binasının (1958–1960-cı illər, memar Faina Leontyeva ilə birlikdə), "Neftçilər" metrostansiyasının (1965), Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin heykəlinin (1968), Bakıda Mirzə Ələkbər Sabirin heykəlinin (1958), şairə Xurşidbanu Natəvanın heykəlinin (1959) layihələri hazırlanmışdır.[1][2]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ənvər İsmayılov çoxuşaqlı ailədə (6 qardaş) doğulmuşdur. Onun böyük qardaşı Heydər İsmayılov ədəbiyyatçı-alim, Üzeyir Hacıbəyovun "Koroğlu" operasının libretto müəllifi olmuşdur. Digər böyük qardaşı Həbib İsmayılov isə kinorejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi idi.

Ailəli idi, bir qızı və bir oğlu olmuşdur.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Әнвәр Исмајылов. Азәрбајҹан ССР-дә сәнаје вә мүлки тикинтиләрин инкишафы. Бакы: Азәрнәшр. 1959. 32 сәһ.
  • Әнвәр Исмајылов. Азәрбајҹан ССР шәһәрләринин план гурулушу. Бакы: Азәрнәшр. 1974. 65 сәһ.
  1. 10 noyabr 1959-cu ildən Azərbaycan SSR Nazirlər Soveti Dövlət Tikinti və Arxitektura İşləri Komitəsi sədrinin, 17 iyun 1963-cü ildən Azərbaycan SSR Nazirlər Soveti Dövlət Tikinti İşləri Komitəsi sədrinin, 4 oktyabr 1978-ci ildən isə Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsi sədrinin birinci müavini kimi
  2. 15 yanvar 1958-ci ildən 13 fevral 1959-cu ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi rəisinin müavini kimi
  3. Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin müavini kimi
  4. Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi rəisinin müavini kimi
  1. 1 2 3 4 5 6 Müsəddin Namazov, Elçin Əliyev. Ənvər Ələkbər oğlu İsmayılov // Azərdövlətlayihə. Bakı: Şərq-Qərb. 2015. S. 40–42. ISBN 978-9952-8280-3-0.
  2. 1 2 3 Ә. Ә. Исмајылов // Коммунист. № 98 (20566). 26 апрел 1988-ҹи ил. С. 3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]