Ənvər Mansurov (tarzən)

Ənvər Mirzə Mansur oğlu Mansurov (19 dekabr 1917, Bakı – 1941, Brest) — Azərbaycan tarzəni.

Ənvər Mansurov
Ümumi məlumatlar
Doğum tarixi 19 dekabr 1917(1917-12-19)
Doğum yeri Bakı, Bakı qəzası
Vəfat tarixi 1941
Vəfat yeri
Vətəndaşlığı
Uşağı
Atası Mirzə Mansur Mansurov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti tar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ənvər Mansurov 1917-ci il dekabr ayının 19-da Bakıda musiqiçilər ailəsində doğulmuşdur. Ənvər Mansurov öz dövrünün ən mahir tarzənlərindən idi. Onun tarda ifası başqa tarzənlərdən yüksək texnika ilə fərqlənirdi.

1938-ci ildə Ənvər Mansurov Azərbaycan mədəniyyəti və incəsənətinin Moskva şəhərində keçirilən ongünlüyündə xalq çalğı alətləri orkestrinin tərkibində iştirak edir. Elə həmin günlərdə "Noginski" qrammafon valları istehsalı fabrikində "Çahargah" və "Segah" muğamlarını vala yazdırır. Sonralar, vala yazılmış bu iki muğam Ənvər Mansurovdan gələcək nəsillərə xatirə qalan yeganə səs yaddaşına çevrilir.

Ongünlükdən bir il sonra Ənvər Mansurov ordu sıralarına çağırılır. O, əvvəlcə fin müharibəsində, sonra isə böyük vətən müharibəsində şücaətlə vuruşur. İkinci dünya müharibəsinin lap əvvəlində 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşur və həlak olur. Onu da qeyd edək ki, Azərbaycanın ən yaxşı tarzənlərindən biri — Əhsən Dadaşov məhz Ənvər Mansurovun ən sevimli tələbəsi idi.

Nəsil şəcərəsi

[redaktə | mənbəni redaktə et]