Ərəb ölkələrində etnik azlıqlar

Etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər.

Misirdə etnik azlıqlar

[redaktə | mənbəni redaktə et]

Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər.Tunisde Misirde Elcezairde Liviyada məskunlaşıblar.

Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz allahına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi.

Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər. Bədəvi əyanlarının böyük mal-qara sürüləri vardı. Onların dəvələri və cins at ilxıları suya yaxın olan ən yaxşı örüşlərdə otlayırdılar. Tayfa başçıları və onların yaxın qohumları əsirləri qul kimi işlədirdilər. Onlar vahələrdə tarlaları suvarmaq üçün kəhrizlər və kanallar qazır, çöllərdə sürüləri otarırdılar.

Dini baxımdan Qibtilərin tarixi ərzində baş vermiş ən önəmli hadisələrdən biri 416-cı ildə keçirilmiş IV Okuman kilsə məclis hesab edilir. Digər məzhəblər Qibtilərin heç bir kilsə məclisinə çağrılmamaları və onlarla bir yerdə ibadət edilməsinin qadağan edilməsi barədə təklif irəli sürürlər. Qısa zaman ərzində Qibtilərin Xristianlıq dininin əsas inancalarını şəxsi məqsədlərə görə dəyişdirilməsi adı ilə digər məzhəblər onlarla olan əlaqələrini kəsirlər. Qibtilərlə Katoliklər arasında olan mənfi münasibət o qədər kəskin olmuşdur ki, hətta Ərəb Xilafəti ilə Bizans İmperiyası arasında baş vermiş müharibələr zamanı Qibtilər eyni dindən olan Katoliklərə heç bir yardım etməmişdilər.

Qibtilər 300 yüz il ərzində Ərəblərin rəhbərliyi altında yaşamışdılar. Tarixi mənbələrdə bu illərdə qibtilərin xilafət tərəfindən təziqə məruz qalmadıqları və sakit həyat tərzi keçirdikləri qeyd edilmişdir. Ərəblərlə olan normal münasibətlər Xaç yürüşləri zamanı pozulmuşdur. Ərəblər səlibçilərlə qibtilərin eyni dindən olduqlarını əsas qətirərək, onların əlbir fəaliyyət göstərdiklərini iddia etmişdilər. Qısa zaman ərzində Ərəbistan yarımadasındayaşayan Qibtilərə münasibət dəyişmişdir. Hal-hazırda dünyada 7 milyondan çox Qibti yaşayır.

Makedoniyalı İsgəndərin Misiri işğal etdiyi zamanlarda Qibtilər Misir əhalisinin bir qismini təşkil edirdilər. Qədim tarixə malik olan Qibti dili dilinin yaranması Qədim Misir zamanında baş vermişdir. Bu dilin yazılmasında yunan əlifbasında olan həriflərdən istifadə edilir. Tarixən Qibtilər dini inancalarına görə müxtəlif təziqlərə məruz qalmışlardır.

ƏlcƏzairdƏ etnik azliqlar

[redaktə | mənbəni redaktə et]

Tuareqlər yaşadıqları şəhərin adı Timbuktu şəhəridir. Ən çox gözə çarpan rəng isə göydür. Açıq göy rəngli əbaları burada yalnız tuareqlər geyinirlər. Elə şəhərin yaranması da bu qəbilənin adı ilə bağlıdır.

Yarım əfsanəvi məlumatlara görə, şəhərin əsasını XI əsrdə tuareq qəbiləsindən olan Buktu adlı bir qadın qoyub. Buktunun məskunlaşdığı yer Səhranın lap cənubunda, Niger çaylağından 12 km aralıqda yerləşirdi.

Köçəri tayfalar üçün bu yer gözəl istirahət məkanı idi. Tuareqlər adətləri üzrə yağış fəsli başlayanda səhralığa gedərdilər ki, yoluxucu xəstəliklərə tutulmasınlar. Lakin mal-qaranı səhralıqda dolaşdırmaq təhlükəli idi, ona görə də, onlara mal qranın saxlanılması üçün təhlükəsiz yer lazım idi. Buktunun yaratdığı kənddə isə bu şərait var idi. Kənddə su quyuları (bərbərcə — "tin") olduğundan bura "Tin-Buktu" deyilməyə başladı.

Tədricən kəndə tuareqlərlə yanaşı Qərbi və Şimali Afriakda yaşayan ərəb, vanqara, sonqai, soninke, fulani qəbilələri də üz tutdular. Bura müxtəlif qəbilələrin görüş yerinə çevirildi ki, bu da öz növbəsində ticarətə böyük təkan verdi. Qəbilələr brada bir araya gəlir, istehsal etdiyi malları qızıla və yaxud lazımlı məmulatlara dəyişib qayıdardılar. Tegaza mədənlərindən çıxarılan duz, Boure və Bambuk mədənlərindən çıxarılan qızıl da Timbuktuya gətirilirdi. Beləcə, bir çox tacirlər burada məskunlaşır, kənd böyük bir şəhərə çevirilir. Timbuktu sakinləri əsasən Qao, Cenne, DiaKabura kimi Niger ətrafındakı böyük şəhərlərdən köçən Marka, Vanqara, SarakoleMandika xalqlarının nümayəndələri idi. Onlar palçıqdan orijinal evlər tikərdilər, tuareqlər isə çadırlar salardılar. Beləcə, Timbuktunun özünəməxsus arxitekturası yaranırdı. Regionda yaşayan müsəlman alimlərinin şəhərə köçməsi ilə burada ilk məscidlər inşa olunmağa başladı, əhali isə islamlaşırdı.

Qala gavuru (Kale gavuru) — İraqda yaşayan xristian inanclı türkmanlar. Kərkükda təxminən 30 min qala gavuru yaşayır.

Suriyada azliqlar

[redaktə | mənbəni redaktə et]

Assuriyalılar, Aysorlar və ya Asorular- Yaxın Şərqdə xalq. Əsasən İraqSuriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min nəfər olduğu ehtimal olunur. Asoru dilində danışırlar.

Suriya turkmenleri — Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniyaFələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqilərin zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir.

Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır.

Hazırda Suriya türkmanları Hələb, Qüneytrə, Lazkiyə, Hims, Tərtus, Həma, Dəməşq, İdlib, Ər-Rəqqə, Dəra mühafazlarında və Dəməşq şəhərində yaşayırlar. Lazkiyə mühafazlığında yaşan Türkmənlərə Bayır-Bucaq türkləri də deyirlər. Suriyada 523 Türkmən kəndi vardır.

Levantilər (digər adları – latınlar, firənglər) — Yaxın Şərq ərazisində keçmişdə yaşayan italyanfransız əsilli katolik əhaliyə aid edilən termindir.

Cənubi Avropalı tacir və mühacirlər Səlib yürüşlərindən bəri Aralıq dənizinin şərq sahillərində məskunlaşmağa başlamışdılar. XIX əsrdə bu qrupa dissidentlər, əhli-sənət, mühəndis və gəmiqayırma üzrə mütəxəssislər də daxil olmuşdur. Levantilərin əcdadı əsasən GenuyaVenesiya, həmçinin Piza, Qırım, Azovyanı və Aralıq dənizi boyu digər xristian məkanlardan köçmüşdülər. XVI əsrdə Osmanlı sultanı italyan tacirlərinə imtiyazlar bəxş edərək onları faktiki olaraq italyan şəhərləri ilə Şərq arasında ticarət monopoliyasını əllərinə keçirən xüsusi təbəqəyə çevrilməsinə imkan vermişdi. XIX əsrin sonunda bu təbəqə artıq levantilər adıyla tanınmışdır.. Osmanlı imperiyasının levanti icması uzun müddət milli kimliyini qoruyub, katolik xristianlığa etiqad edən və italyan dilində danışan başqa millətlərlə qarışmayan bir qrup kimi tanınırdı. XIX əsrin əvvəlində italyan ana dili fransız dili ilə əvəz olunmağa başlamışdır.

2007-ci ildə Livanda 4,3 min italyan əsilli insan yaşasa da, onların çoxsu artıq mədəni özünəməxsusluğunu itirmiş və ərəb dilini ana dili kimi qəbul etmişdir.

Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897–1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər

Ehqaqilər bir qrup Azərbaycan Türkləridirlər ki şiə məzhəbinin Şeyxiyyə təriqətininEhqaqiyə qoluna bağlıdırlar ki əksəriyyəti Küveytdə və bir azıda İraqın Kərbəla şəhərində və İranda yaşayırlar. Azərbaycanlı şeyxilərin başçısı bu soydan seçilər. Ehqaqilərin mənşələriİranın Şərqi Azərbaycan ostanında olan Üskü şəhristanıdır.