Əsgər Abdullayev (general-leytenant)

Əsgər Həsən oğlu Abdullayev (general-leytenantı) (26 iyul 1963, Nehrəm, Babək rayonu, Naxçıvan Muxtar Respublikası) - Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin Sədrinin sabiq müavini, gömrük xidməti general-leytenantı.

Əsgər Abdullayev (general-leytenantı)


Həyatı[redaktə | mənbəni redaktə et]

Əsgər Həsən oğlu Abdullayev, 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Əsgər Abdullayev 1980-cı ildə orta təhsilini Nehrəm kəndindəki məktəbdə alıb, həmin məktəbdən qızıl medal ilə məzun olmuşdur. O, ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alaraq, 1985-ci ildə buranı qızıl diplomla başa vurmuşdur. Əsgər Abdullayev gömrük orqanlarındakı fəaliyyətinə 1985-1996 –cı illər ərzində Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı olaraq başlayıb, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrinə qədər yüksəlməyə nail olmuşdur. Bundan sonra, 1996-2006-cı illər ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi və İdarə rəisi vəzifələrində çalışmışdır. 2006-cı il iyunun 21-də Prezident İlham Əliyəv in imzaladığı sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Əsgər Abdullayev, əlavə olaraq, 2011-ci il yanvarın 25-də Prezidentin sərəncamı ilə gömrük xidmətlərindəki üstün fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni [1] , 2013-cü il yanvarın 31-də 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni [2] və 2015-cı il yanvarın 28-də Prezidentin həmin adlı sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.[3] 2018-ci il aprelin 23-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komtəsinin sədri Səfər Mehdiyevin sədrliyi ilə müavin vəzifəsini icra edib.[4] 2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilib.[1]


Ailəlidir və 2 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,

3. Dövlət Gömrük Komitəsinin əməkdaşları orden, medal və ali xüsusi rütbələrlə təltif edildi

4. Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

  1. "Prezidentin işdən çıxardığı gömrük generallarının DOSYESİ". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.