Əsgər Abdullayev (general-leytenant)

Əsgər Həsən oğlu Abdullayev (26 iyul 1963, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (2006–2022), gömrük xidməti general-leytenantı (2007), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.

Əsgər Abdullayev
21 iyun 2006 – 27 dekabr 2022
SədrAydın Əliyev
Səfər Mehdiyev
Şahin Bağırov (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 26 iyul 1963(1963-07-26) (61 yaş)
Doğum yeri
Rütbəsi
Gömrük xidməti general-leytenantı

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2013 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2011 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2010

Əsgər Həsən oğlu Abdullayev 1963-cü il iyulun 26-da Naxçıvan MSSR Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1980-ci ildə orta təhsilini Nehrəm kəndindəki məktəbi qızıl medalla başa vurmuşdur. Ali təhsilini Kiyev İnşaat Mühəndisləri İnstitutunda alaraq buranı 1985-ci ildə bitirmişdir.[1]

Əsgər Abdullayev 1985–1996-cı illərdə Yaşıllaşdırma Müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləmiş, 1996–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində idarə rəisi və və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmiş[1] və 27 dekabr 2022-ci ildə azad edilənədək bu vəzifədə işləmişdir.[2]

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əsgər Abdullayevə 23 yanvar 2006-cı ildə gömrük xidməti general-mayoru[3], 24 yanvar 2007-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir.[4]

Ailəlidir və 2 övladı var.

  1. 1 2 "Abdullayev Əsgər Həsən oğlu". Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi. 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  2. Ə. H. Abdullayevin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 12. 2022. S. 3890. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan. № 14. 24 yanvar 2006. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan. № 15. 25 yanvar 2007. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 21. 29 yanvar 2015. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  6. Azərbaycan Respublikası Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. № 1. 2013. S. 115–116. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 18. 26 yanvar 2011. S. 1. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. № 21. 28 yanvar 2010. S. 2. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.