Xüsusi nisbilik nəzəriyyəsi |
---|
Ətalət hesablama sistemi — Nyutonun mexanika qanunlarının ödənildiyi hesablama sistemi. Bu sistemə nəzərən düzxətli bərabərsürətli irəliləmə hərəkəti edən hesablama sistemi də ətalət hesablama sistemidir. Bu səbəbdən sonsuz sayda ətalət hesablama sistemi ola bilər.
Nyutonun ikinci qanunu, hərəkət miqdarının saxlanması, hərəkət miqdarı momenti və ətalət mərkəzinin hərəkət qanunları xarici təsirlərə məruz qalmayan ixtiyari ətalət hesablama sistemində doğrudur. Hesablama sistemi həmişə bir cisim (məsələn, Yer, gəmi, təyyarə) ilə bağlanır. Belə sistem müəyyən xəta ilə ətalət hesablama sistemi qəbul edilə bilər. Oxları üç ulduza yönəldilmiş və başlanğıcı Günəşdə yerləşən sistem dəqiq ətalət hesablama sistemidir. Bu, göy mexanikası və kosmonavtikada işlədilir. Bir çox texniki məsələnin həllində yüksək dəqiqlik tələb olunarsa, başlanğıcı Yerin mərkəzində yerləşən, oxları isə üç ulduza yönəldilmiş ətalət hesablama sistemindən istifadə edilir.
Bir ətalət hesablama sistemindən digərinə keçdikdə koordinatlar və zaman fəzası üçün Nyutonun klassik mexanikasında Qaliley çevirmələrindən, relyativist mexanikada isə Lorents çevirmələrindən istifadə olunur.
Ətalət hesablama sistemi – elə sistemlərə deyilir ki, cismə digər cisimlər təsir etmədikdə və ya onların təsirləri bir-birlərini tarazlaşdırdıqda, həmin sistemlərdə cisimlər öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
Ətalət – cismə digər cisimlər təsir etmədikdə öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlaması xassəsidir. Ətalət xassəsini XI əsrdə Əbülhəsən Bəhmənyar əl-Azərbaycani "İdrak" əsərində cismin təbii halı adlandırmışdı. 1632-ci ildə italyan fiziki Qalileo Qaliley bu ideyanı belə ifadə etdi: " Xarici təsir olmadıqda cisim öz sükunət ,və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayar". 1687-ci ildə qüvvə anlayışı daxil etməklə ingilis alimi İsaak Nyuton həmin ideyanı belə ifadə edir: "Cismə digər cisimlər təsir etmədikdə o əvvəlki sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır". Buna Nyutonun ətalət qanunu deyilir.
Ətalət hesablama sistemi – Nyutonun birinci qanununun ödənildiyi sistemdir. Bir ətalət hesablama sisteminə nəzərən düzxətli bərabərsürətli hərəkət edən ixtiyari sistem də ətalət hesablama sistemi adlanır. Laboratoriya hesablama sistemi Yerlə bağlı olduğundan, Yer isə öz oxu və Günəş ətrafında fırlanma hərəkətlərində iştirak etdiyindən ətalət hesablama sistemi ola bilməz. Lakin Yerin hərəkət təcili çox kiçik olduğundan, Yerlə bağlı olan ətalət sistemlərini təqribi olaraq ətalət hesablama sistemi hesab etmək olar. Günəşə bağlı hesablama sistemi Yerə bağlı hesablama sistemindən daha dəqiqdir.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |