Əzəmət Gəray (krımtat. Azamet Geray)(bilinmir – 24 iyun 1632, Bağçasaray, Krım xanlığı) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddini və kalqayı.[1][2]
Əzəmət Gəray | |
---|---|
13 noyabr 1631 – 24 iyun 1632 | |
Əvvəlki | Dövlət Gəray |
Sonrakı | Mehmed Gəray |
1610 – 1623 | |
Əvvəlki | Dövlət Gəray |
Sonrakı | Çoban Dövlət Gəray |
1625 – 1627 | |
Əvvəlki | Çoban Dövlət Gəray |
Sonrakı | - |
1628 – 13 noyabr 1631 | |
Əvvəlki | - |
Sonrakı | Mübarək Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 24 iyun 1632 |
Vəfat yeri | |
Atası | I Səlamət Gəray |
Ailəsi | Gəraylar |
Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın böyük oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından Osmanlı sultanı I Əhməd tərəfindən kalqay Canıbəy Gərayı xan təyin etdi. Yeni xanın kalqayı qardaşı Dövlət Gəray, nurəddini isə Əzəmət Gəray seçildi. Bu vəzifədə ikən 1615-ci ilin yazında cənubi Lehistan torpaqlarına hücum edən Əzəmət Gəray Ukraynanın sağ sahilini darmadağın etdi. 1617-1619-cu illər ərzində Canıbəy Gərayla birlikdə davam edən Osmanlı-Səfəvi müharibəsinə qatıldı. Ancaq bu səfər Osmanlılar üçün məğlubiyyətlə nəticələndi.
1621-ci ildə Canıbəy Gərayın Lehistan səfərinə qatıldı və bu səfər Hotin döyüşündəki məğlubiyyətlə nəticələndi. 1623-cü ildə Osmanlı sultanı II Osmanın taxtdan endirilməsi və I Mustafanın yenidən hakimiyyətə gəlməsinin ardından Canıbəy Gəray taxtdan endirildi və yerinə üsyankar III Mehmed Gəray xan elan olundu. Beləcə, nurəddin ünvanı əlindən alınan Əzəmət Gəray qaçaraq İstanbula sığındı. Ancaq III Mehmed Gərayın Osmanlı əleyhdarlığı və Krımda tayfalararası mübarizəni qızışdırması nəticəsində Osmanlı sultanı IV Murad 1624-cü ildə Canıbəy Gəray və Əzəmət Gərayı hərbi birliklə Krıma yolladı. Burada III Mehmed Gəray və kalqay Şahin Gərayla döyüşdə məğlub olan Canıbəy Gəray geri çəkildi. Ancaq Əzəmət Gəray tərəf dəyişərək Bağçasaraya getdi və burada III Mehmed Gəraya tabeliyini bildirdi. Mükafat olaraq 1625-ci ildə nurəddin təyin edildi.
Həmin ilin payızında və 1626-cı ilin avqustunda Lehistanın cənub torpaqlarına basqın tərtibləyən Əzəmət Gərayın bu səfərləri uğursuzluqla nəticələndi. 1627-ci ildə Əzəmət Gəray yenidən qaçaraq bu dəfə Osmanlılara sığındı. Nurəddin ünvanı əlindən alınan Əzəmət Gəray İstanbulda bir müddət həbs saxlandıqdan sonra bağışlandı. Uzun mübarizənin ardından Canıbəy Gəray 21 iyun 1628-ci ildə yenidən xan, qardaşı Dövlət Gəray isə kalqay təyin edildi. Əzəmət Gəray isə yenidən nurəddin ünvanı aldı. 1631-ci ilin noyabrında kalqay Dövlət Gərayın ölümündən sonra Əzəmət Gəray onun vəzifəsinə təyin edildi. Ancaq çox keçmədən Canıbəy Gərayla münasibətləri yenidən pisləşən Əzəmət Gəray 24 iyun 1632-ci ildə edam olundu.