Əzizə Rəsul qızı Həsənova - AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aparıcı elmi işçisi, fizika-riyaziyyat elimlər namizədi, dossent, ŞAR Dissertasiya Şurasının Elmi katibi, Həmkarlar Təşkilatı bürosunun üzvü.
Əzizə Həsənova | |
---|---|
azərb. Həsənova Əzizə Rəsul qızı | |
Doğum tarixi | |
Doğum yeri |
Gülablı k, Ağdam r Azərbaycan SSR |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycanlı |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Əliqulu Xəlilov |
Elm sahələri | Astrofizika və ulduz astronomiyası |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru |
İş yeri | Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası |
Təhsili | BDU |
25 oktyabr 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Gülablı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin "Qurban Primov" adına məktəbinin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib BDU – nun fizika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə universiteti astrofizika ixtisası üzrə bitirərək təyinatla AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamışdır.
1982 – 1983-cü illərdə keçmiş SSRİ EA Krım Astrofizika Rəsədxanasında akademik A. A. Boyarçukun rəhbərliyi ilə praktik astrofizika sahəsində təcrübə keçmişdir[1].
20.02.1984-cü ildə kiçik elmi işçi, 15.03.2002-ci ildən elmi işçi, 23.11.2007-ci ildən böyük elmi işçi və 13.05.2011-ci ildən etibarən isə aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
Bu illər ərzində ŞAR-ın 2m teleskopunda "A "və "F" tipli ifratnəhəng ulduzların, o cümlədən Qalaktikanın kimyəvi təkamülünün öyrənilməsində mühüm yer tutan və yüksək enlikdə yerləşən, ifratnəhəng 89 Her ulduzunun müntəzəm müşahidələrini aparmış və bu obyektin tədqiqi sahəsində bir sıra yeni maraqlı elmi nəticələr əldə etmişdir.
2021-ci ilə qədər ŞAR-ın 2m teleskopunda quraşdırılmış müasir işıq qəbulediciləri vasitəsi ilə elmi-tədqiqat işlərini davam etdirmişdir[1].
Bir sıra MDB ölkələrinin alimləri ilə elmi əlaqələr qurmuş, onlarla əməkdaşlıq edir. Elmi nəticələr ŞAR-ın seminarlarında, BDU-nun Astrofizika kafedrasında, müxtəlif konfranslarda, Ukraynanın Krım Rəsədxanasında, Moskvada Beynəlxalq " Astronomiya cəmiyyəti " tərəfindən keçirilən " Astronomiya və astrofizika XXI əsrin başlanğıcında " elmi konfransında, həmçinin Ukraynada – Kirovqradda keçirilən beynəlxalq konfransda müzakirə edilmişdir.
15 oktyabr 2005-ci ildə 01.03.02 – "astrofizika, radioastronomiya" ixtisası üzrə "A" və "F" tipli ifratnəhəng ulduz atmosferlərinin spektrofotometrik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi diplomunu almışdır.
49 elmi məqalənin müəllifidir. Bu məqalələr keçmiş SSRİ və Azərbaycan elmi jurnallarında nəşr olunmuşdur. ŞAR-ın ictimai həyatında fəal iştirak etmişdir. HT bürosunun üzvü, həmçinin ŞAR-da fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi olmuşdur[1]. Əzizə Həsənova 15 fevral 2022-ci ilə vəfat etmişdir[2]
Əzizə Həsənova, Qalaktika müstəvisində və yüksək enlikdə yerləşən nəhəng və ifratnəhəng ulduzların müşahidəsi və onların atmosferlərində baş verən qeyri-stasionar proseslərin fiziki təbiətinin aydınlaşdırılması, bu tip ulduz atmosferlərinin fiziki və fundamental parametrlərinin, həmçinin kimyəvi tərkibinin təyin olunması və təkamül xüsusiyyətlərinin tədqiqi ilə məşğuldur.
Əzizə Həsənova 15 oktyabr 2005-ci ildə 01.03.02 – "astrofizika, radioastronomiya" ixtisası üzrə "A" və "F" tipli ifratnəhəng ulduz atmosferlərinin spektrofotometrik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi diplomunu almışdır. O, yeni işıqqəbuledicilərinin — CCD matrislərinin tətbiqi ilə alınmış spektrlərin işlənməsi metodikasının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Ə. R. Həsənova B, A və F tipli ifratnəhəng ulduzların spektral tədqiqi sahəsində aparıcı mütəxəssisdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiysı 28 mart 2016-cı il tarixli qərarı ilə Əzizə Rəsul qızı Həsənovaya astrofizika və ulduz astronomiyası ixtisası üzrə DOSENT elmi adı verilmişdir.[1]
Bakı Dövlət Universiteti
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində olan FD.01.241 Dissertasiya Şurasının Elmi katibi,
Həmkarlar Təşkilatı bürosunun üzvü.[1]