10 (ədəd)

Onsay sistemində ədədlərdən biridir. Doqquzdan sonra, on birdən əvvəl gəlir. Ən kiçik ikirəqəmli ədəddir.

10
on
 8 · 9 · 10 · 11 · 12 
Faktorizasiya 2 · 5
Rum rəqəmi X
İkili 1010
Səkkizlik 12
Onaltılıq A
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İki əl barmaqlarının cəmi olan on sayı on iki sayının yaranmasına qədər çoxluq bildirmişdir. İstisna hallar nəzərə alınmazsa, on sayının mifoloji aləmlə elə bir dərin bağlılığı yoxdur. İstisna hallar deyəndə dünya tarixində "müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuş" Göytürklərin nəsil artımı, şəcərəsi, boy düzümü ilə əlaqəsi olan on sayını nəzərdə tuturuq. Əslən hun soyundan gələn Göytürklərin var olmasında "Qurddantörəmə" mənşə mif-əfsanəsi önəmlilik təşkil edir. Bu mif-əfsanədən bəlli olur ki, Aşina ailəsindən artıb çoxalan Göytürklər Lin dövlətinin soyqırım hücumuna düçar olurlar. Lin ordusu Göytürklərin hamısını qırır. Əsgərlər yalnız on yaşlı bir Göytürk oğlanını öldürmürlər. Elə bu on yaşlı oğlanın nəslindən sonrakı sayı on olan Göytürk boyları yaranır. "Kitabi-Dədə Qorqud"da da on sayının işlənmə məqamı marağı çəkir. Burada yüz və üç yüz on saylarının deyilişi belədir. 10 rəqəmini romalılar əllərini yuxarı qaldırmaq və aşağı salmaqla göstərirlər X.

Gerçəkliklərin üç otuz on yaşını doldursa yey.
On otuz on yaşınız dolsun, haqq sizə yaman göstərməsin.

Göründüyü kimi, yuvarlaq say vasitəsi tək on sayının mövqeyi danılmazdır və bu sayın da az-çox simvolik anlamı vardır.