9 (ədəd)

9 (doqquz) — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Səkkizdən sonra, ondan əvvəl gəlir. Ən böyük bir rəqəmli ədəddir.

9
doqquz
 7 · 8 · 9 · 10 · 11 
Faktorizasiya 32
Rum rəqəmi IX
İkili 1001
Səkkizlik 11
Onaltılıq 9
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat: Türk xalqlarının önəmli sayı doqquzdur. Amma bu, o demək deyil ki, doqlara yaddır. Bütün dünya xalqlarının mif, folklor örnəklərində, məişət institutunda doqquz sayı vardır və bu saya münasibət də fərqli-fərqlidir.

Dünyada türk xalqlarından sayılan altaylıların mifik təsəvvüründə göy doqquz qatdan ibarətdir. Göyün doqquzuncu qatında oturan Tanrı Yeri yaratdıqdan sonra doqquz adam xəlq eləyir və bütün insan nəsli də bu doqquz adamın törəməsidir. Dünyanın sonunun, yəni qiyamət gününün də doqquz sayı ilə bağlılığı haqqında xəbərlər vardır.

Deyilənə görə, qiyamət günü göy guruldayıb şimşək çaxacaq. Qar, yağış yağacaq. Sellər-sular daşıb qanlı axacaq. Dağlar-qayalar parça-parça olub ətrafa səpələnəcək. Təlatümə gəlmiş dənizlərin dibindən doqquz qara daş üzə çıxacaq. Bu doqquz qara daş parçalanacaq. İçlərindən doqquz dəmir donlu, dəmir atlı bahadır çıxacaq. Doqquz dəniz atının qabaq ayaqlarında doqquz qılınc, dal ayaqlarında doqquz nal parlayacaq. Doqquz dəmir donlu bahadır mindikləri doqquz dəmir atları çapdıqca qarşıya çıxan ağacları, canlıları doqquz qılınc doğrayacaq, doqquz nal tapdayıb məhv edəcək.

Çingiz xanın "Böyük ağ bayrağı" doqquz qotazlı imiş. İri ağ qotaz ortada, qalan səkkiz qotaz onun çevrəsində yerləşdirilibmiş. Çingiz xan inandığı əyanları vəzifəyə təyin edərkən də onlara doqquz günaha batmamaq andı içirərmiş. Əks halda, həmin kimsələr amansız cəzaya düçar edilərmiş. Çingiz xanın təyin etdiyi cərimələrin qədəri də doqquz sayına əsaslanıbmış. Qəbahətin dərəcəsinə görə bu cərimənin miqdarı doqquz doqquz, beş doqquz, üç doqquz, bir doqquz imiş. Monqol-Çin hökmdarlarının bir-birinə göndərdikləri hədiyyələr də "doqquz ağ" adlanırmış. "Doqquz ağ" hədiyyə bir ağ dəvədən, səkkiz ağ atdan ibarət olurmuş.

"Kitabi-Dədə Qorqud"da başqa saylarla tutuşdurmada doqquz sayının fəallığı üstündür. Bu da Oğuz tayfalarının təşkilat sistemi ilə bağlı məsələdir. Nədir bu məsələ? Oğuz dastanının Uyğur versiyasında bildirilir ki, günlərin bir günü Oğuz xanın Tanrıya müraciəti zamanı göydən — Günəşdən işıqlı, Aydan parlaq bir şüa düşür. Oğuz xan görür ki, bu şüanın ortasında bir qız oturub. Oğuz xan gözəllikdə bərabərsiz olan bu qızla evlənir. Onların üç oğlu olur: Gün xan, Ay xan, Ulduz xan. Aradan bir müddət keçir. Yenə günlərin birində Oğuz xan ovda olarkən gölün ortasında ucalmış ağacın oyuğunda gözləri səmadan da mavi, saçları dalğa, dişləri inci tək olan bir qız görür. O bu qızla da evlənir. Oğuzun bu qadından da üç oğlu doğulur. Onlara Göy xan, Dağ xan, Dəniz xan adları qoyulur. Səmavi qadın və ondan doğulanlar daha sayğılı, nüfuzlu sayıldıqlarından Oğuz xan onları sağ tərəfində, o birini isə sol tərəfində oturdarmış. Beləliklə, bu oturma qaydası, yəni Oğuz xan özü, iki xanımı, altı oğlu (1+2+6=9) Oğuz təşkilat quruluşunun başlanğıcı olur.

Oğuz xanın səmavi qadınından olmuş oğlanlarından artan nəsil "Kitabi-Dədə Qorqud"da Bozoklar, ağac oyuğunda görüb evləndiyi qadından olan oğlanlarından çoxalanlar Ucoklar adlanırlar. Odur ki, Oğuzun doqquz say quruluşlu təşkilat sistemi "Kitabi-Dədə Qorqud"dakı ənənələrdə də qorunmuşdur. Burada da Bozoklar tirəsindən olanlar üstün sayılırlar. Onlar "…yalnız orduda deyil, eləcə də hökmdar hüzurundakı rəsmi toplanışlarda, yuq adlanan ümumi matəm ayinlərində də məclisin sağ tərəfində, özlərinə məxsus yerdə oturarmışlar". Bir sıra xalqlarda on sayı ortaya çıxana qədər doqquz sayı, ümumiyyətlə, say sisteminin sonuncusu sayılmışdır.

Türk mədəniyyətində 9 rəqəmi: Türk və altay mifologiyasında, xalq mədəniyyətində, xalq inancındaşamanizmdə müqəddəs rəqəmdir. Dokuz, tokus, tuğız, tugıs, dokıs, toğuz, tokız olaraq da deyilir. Doqquzun qatları da yenə əhəmiyyətli rəqəmlərdəndir. Doqquz Tuğ, Doqquz Oğuz, Doqquz Boy, Doqquz Yer, Doqquz Göy kimi… Tuva Respublikasının paytaxtı olan Kızış şəhərinin yaxınlığında Doqquz Bulaq adı verilən bir su qaynağı vardır. Türklərdə 9, şəklində bir sıralama əhəmiyyət qazanır. Boşnaklarda Bosniya çayının 99 qaynaqdan bəsləndiyi deyilir. Monqollarda cənubda 99, şimalda 77 tanrı vardır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011,"Doqquz Arxa" köhnə dövrlərdə soyluluk göstərmə baxımından, bir adamın atasından etibarən geriyə doğru doqquz atasının sayılıb açıqlanmasıdır. Nart dastanı|Nart dastanlarında da zaman-zaman bu rəqəmə rast gəlinir. Məsələn Demirci Debetin doqquz oğlu olduğu deyilir.

  • Doqquz ədədimürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir. Doqquzu həm də 10-a qədər istənilən ədədə vurduqda alınan ədədin rəqəmlərinin cəmi 9 alınır 2x9=18 1+8=9, 3x9=27 2+7=9 və s.
  • Flüor elementinin sıra nömrəsidir.

İnam və etiqadlarda

[redaktə | mənbəni redaktə et]

Tale rəqəmi doqquz olan uşaqlar böyüyənə qədər onlardan bir çox şey öyrənəcəksiniz. Onlar güclü cazibə qüvvəsinə, hərtərəfli istedada və zəngin düşüncə tərzinə malik olur. Fərasəti ilə hər kəsi valeh edir. Bir qədər şıltaq olsalar da, kimsəyə əziyyət vermirlər. Adətən, ailənin bütün problemlərinin həllini öz üzərlərinə götürürlər. Çox nadir hallarda prioritetlərini dəyişirlər. "Doqquzlar"dan müxtəlif peşə sahibi çıxır. Nəvazişə olan ehtiyaclarını büruzə verməsələr də, buna böyük ehtiyacları var. Bəzən valideynlər unudur ki, bu ciddi görkəmli uşaqlar bəzən oynamaq, dəcəllik etmək istəyir. Onlara diqqət yetirin. Etiraz etsələr də, bağrınıza basın və qayğı göstərin. Nəticədə qarşınızda həddən artıq səmimi və qayğıkeş insan görəcəksiniz. Onlar hara getsələr də, axırda sizin isti ocağınıza qayıdacaqlar.

Qurani-Kərimdə

[redaktə | mənbəni redaktə et]
  • Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri o laraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş) fasiq bir camaatdır!"[1]Qurani -Kərimdən .