13 səbəb (teleserial, 2017)

"13 səbəb"[1] və ya orijinal adı ilə "Niyəsi üçün 13 səbəb" (ing. 13 Reasons Why) — Cey Aşerin 2007-ci ildə nəşr edilmiş "13 səbəb" romanının Netflix üçün Brayan Yorki tərəfindən uyğunlaşdırılmış ssenarisi əsasında çəkilmiş ABŞ mistik-drama teleserialıdır.[2] Serialda hadisələr tələbə Kley Censen və onun intihar etmiş rəfiqəsi Hanna Beykerin ətrafında baş verir. Beyker intihardan əvvəl başına gəlmiş hadisələri audio kassetlərə yazaraq dostlarına miras qoyur, ölümündə kimlərin günahkar olmasını göstərir.

13 səbəb
Loqonun şəkli
Serialın birinci və ikinci mövsümlərinin təbliğat afişası
Serialın birinci və ikinci mövsümlərinin təbliğat afişası
Janr yeniyetmə draması
mistika
Əsaslanır Cey Aşerin 13 səbəb romanı
İlk baxış tarixləri 31 mart 2017
Prodüser Cozef İnkaprera
Yaradıcısı Brayan Yorki
Rollarda Dilan Minet
Ketrin Lenqford
Kristian Navarro
Alişa Boe
Brendon Flinn
Castin Prentis
Maylis Heyzer
Ross Batler
Devid Druid
Emi Harqvis
Derek Lyuk
Keyt Uolş
Yaş reytinqi +21
Şüar Eşidirsənsə, deməli gecikmisən. (ing. If you're listening, you're too late)
Bəstəkar Eskmo
Montajçı Leo Trombetta
İstehsalçı ölkə ABŞ ABŞ
Studiya July Moon Productions
Kicked to the Curb Productions
Anonymous Content
Paramount Television
Distribyutor:
Netflix
Dil ingiliscə
Rəng rəngli
Mövsüm sayı 2
Seriya sayı 26
Seriya vaxtı 49-61 dəq.
Telekanal Netflix
IMDb ID1837492
netflix.com/title/801174…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serialın şourannerləri Dayana Son və Brayan Yorkidir. Birinci mövsüm on üç seriyadan ibarət olmuşdur.[3][4] Serialın prodüserliyini July Moon Productions, Kicked to the Curb Productions, Anonymous Content və Paramount Television etmişdir. Əslində baş rolunu Selena Qomezin oynadığı bədii film kimi Universal Pictures tərəfinfən ekranlaşdırılması nəzərdə tutulmuş layihə, sonradan Netflix tərəfindən teleserial formatına uyğunlaşdırılmışdır. Qomez icraçı prodüser vəzifəsini yerinə yetirmişdir. Serialın on üç seriyası və "13 səbəb: Səbəblərin arxasında" adlı xüsusi əlavə Netflix tərəfindən 31 mart 2017-ci ildə yayımlanmışdır.

Serial, həm tənqidçilər, həm də izləyicilər tərəfindən əsasən müsbət qarşılanmış, mövzuya yanaşma və aktyor seçimi — xüsusilə Dilan MinetKetrin Lenqfordun baş rollara seçilməsi — yüksək qiymətləndirilmişdir.[5] İntiharcinsi təcavüz səhnələrinin detallı qrafik təsvir edilməsi, serial ətrafında bəzi mübahisə və müzakirələrə səbəb olmuşdur. 2017-ci ilin mayında serialın ikinci mövsüm üçün uzadılmasını elan etmiş[6] və yeni mövsümün 2018-ci ilin mayında yayımlanmışdır. 6 iyun 2018-ci ildə Netflix serialı üçüncü mövsümə qədər uzatdığını və üçüncü mövsümün 2019-cu ildə yayımlanacağını elan etmişdir.

Kley Censon sinif yoldaşı və sevdiyi qız olan Hanna Bakerın intihar etməsindən sonra evinin qabağında Hannanın hazırlamış olduğu kassetləri tapır. Kassetlərdə Hanna onu intihara cəzb edən şəxslər və onlar haqqında hekayələri danışır. Ölümünə 13 səbəb gətirən Hanna kassetləri haqqında danışdığı şəxslərin hamısının sıra ilə dinləməsini tələb edir. Kley kassetləri dinlədikdən sonra Hannaya pislik edənlərin cəzalandırılmasına çalışır.

  • Brayan d'Arsi Ceyms — Endryu "Endi" Beyker
  • Coş Hemilton — Mett Censen
  • Mişel Selen Enq — Kortni Kraymsen
  • Stiven Silver — Markus Kol
  • Ayona Aleksus — Şeri Holland
  • Tommi Dorfman — Rayan Şeyver
  • Sosi Bekon — Skye Miller
  • Brendon Larrakuent — Ceff Atkins
  • Timoti Qranaderos — Montqomeri de la Kruz
  • Stiven Ueber — Qari Bolan
  • Keiko Agena — Pem Bradli
  • Mark Pelleqrino — Deputi Stendall
  • Cozef Si Fillips — Cənab Devis
  • Sindi Çanq — Karen Dempsi
  • Henri Zaqa — Bred
  • Robert Qant — Todd Kraymsen
  • Vilson Kruz — Dennis Vaskez
Mövsümlər Seriyalar Orijinal yayım
İlk yayım Keçmiş yayım
1 13 31 mart 2017 (2017-03-31) TBA
2 13 18 may 2018 (2018-05-18) TBA

I mövsüm (2017)

[redaktə | mənbəni redaktə et]
Serialda
No.
Ad Rejissor Ssenari Orijinal efir vaxtı
1 "Kasset 1, Tərəf A" Tom MakKartiBrayan Yorki31 mart 2017 (2017-03-31)

Kley Censen evlərinin qapısının qabağında naməlum şəxs tərəfindən qoyulmuş audio kassetlərlə dolu qutu tapır. Atasının bumboksunda kassetlərə qulaq asmağa başlayan Censen, onların, sinif yoldaşı Hanna Beyker tərəfindən yazıldığını, Beykerin kassetlərdə nəyə görə intihar etməsini izah etdiyini öyrənir. Dostu Tonidən oğurladığı Walkman maqnitafonunda Kley birinci kassetə qulaq asmağa balayır və intiharın birinci səbəbini öyrənir. Hanna Castin Foli ilə olmuş ilk öpüşü haqqında xatirələrini və bu hadisənin necə məzhəkə mövzusuna çevrilməsini danışır. Xatirələrdə Kleyin Hannaya aşiq olması və onların dərsdən sonra birlikdə kinoteatrda işləmələri göstərilir.


Kassetin mövzusu: Castin Foli, Hannanın şəklini yayaraq onun seksual məzhəkə mövzusuna səbəb olur. 
2 "Kasset 1, Tərəf B" Tom MakKartiBrayan Yorki31 mart 2017 (2017-03-31)

Kasstedə Hanna məktəbə yeni gəlmiş iki şagirdlə dostluğundan bəhs edir. Onlardan biri, atası Hava Qüvvələrində işlədiyinə görə tez-tez yaşayış yerini və məktəbini dəyişməyə məcbur olab Cessika, digəri isə, onların kafedə qarşılaşdıqları Aleksdir. Bir müddət sonra Cessika və Aleks Hanna ilə yoldaşlığa son qoyurlar. Aleks Cessika ilə görüşməyə başladıqda isə Cessika Hannanı ələ salır. İntihardan sonra, Hannanın anası Oliviya, qızının dəftərində bir qeyd tapır və buna görə də Hannanın intihara təşviq edildiyini düşünməyə başlayır. Brays Uolkerin yoldaşları Kleyin kassetləri dinləməyə başladığından xəbər tuturlar.


Kassetin mövzusu: Cessika Devis, səhvən Alekslə olan münasibətlərinin pozulmasında Hannanı günahlandırır. 
3 "Kasset 2, Tərəf A" Helen ŞeyverDayana San31 mart 2017 (2017-03-31)

Aleks Stendall tərəfindən hazırlanmış "ən yaxşı/ən pis" siyahısında Hannanınn adının hallanması onun vəziyyətini bir az da çətinləşdirir. Məktəb direktoru ilə görüşməyə gələn Hannanın anası Oliviya Beyker qızına qarşı təzyiq və zorbalıq edilməsini üzə çıxarır. Kley, bəzi suallarına cavab tapmaq üçün Aleksə müraciət etsə də, Aleks onu Toniyə yönləndirir. Castin qısa müddəst əvvəl baş vermiş anlaşılmazlığı aradan qaldırmağa çalışdıqda, Brays Aleks və Kleyin keflənməsinə səbəb olur.


Kassetin mövzusu: Aleks Stendall, Hannanın arxasını "məktəbdə ən yaxşı arxa" adlandırmaqla, Cessika Devisin qısqanclığının daha da artmasına səbəb olur. 
4 "Kasset 2, Tərəf B" Helen ŞeyverTomas Higgins31 mart 2017 (2017-03-31)

Hanna rəfiqəsi Kortni ilə söhbət edərkən pəncərəsi qarşısında səs eşidir və stalkeri olduğunu deyir. Kortni ona, "cinayətkarı cinayət başında tutmağı" təklif edir. Stalkeri gözləyərkən onlar söhbət edir, yaxınlaşır və öpüşürlər. Bu zaman hadisə yerində olan stalker - məktəb fotoqrafı Tayler Daun, qızların şəklini çəkir və sabahı gün məktəbdə yayır. Bu hadisə, Hanna və Kortninin dostluğuna son qoyur. Bizim günlərdə, Taylerin çılpaq şəklini əldə edən Kley onu məktəbdə yaymaqla qisas alır.


Kassetin mövzusu: Tayler Daun, Hannanı izləyərək, onun Kortni ilə öpüşən şəklini çəkir və məktəbdə yayır. 
5 "Kasset 3, Tərəf A" Kayli Patrik AlvarezCuliya Biknell31 mart 2017 (2017-03-31)

Seksual orientasiyasının ortaya çıxmasından çəkinən Kortni, məktəbdə şaiyə yayaraq, şəkildəki qızların Hanna və açıq lezbiyan sinif yoldaşı Laura olduğunu deyir. Kortni, eyni zamanda Hanna ilə Castinin əlaqəsi haqqında şaiyə yayır ki, bu da qızın nüfuzuna daha ağır zərbə vurur. Bizim günlərdə, Kley, Kortni ilə Hannanın məzarını ziyarət edir. sinif yoldaşını itirdiyinə və buna əbəb olduğuna inanmaq istəməyən Kortni oranı tez tərk edir. Kleyin yanına gələn Toni ona, Hanna və Kleyin Qış balında rəqs etdiyi musiqinin yazıldığı kasseti verir. Daha sonra sinif yoldaşları Kleyi qorxudaraq kassetlər haqqında heç kimə xəbər verməməsini tələb edirlər. Polis onların maşınını saxlasa da, cərimə yazmadan buraxır və məlum olur ki, avtomobili idarə edən Aleksi atası polisdir.


Kassetin mövzusu: Kortni Kraymsen, şəkildəki qızlardan biri olmasının ortaya çıxmaması üçün, Hannanı zərbə altına qoyur. 
6 "Kasset 3, Tərəf B" Kayli Patrik AlvarezNik Şeff31 mart 2017 (2017-03-31)

Haqqında "yüngül xasiyyətli" olması haqqında çoxlu şaiyələr yayılmasına görə, Hannanın Müqəddəs Valentin günü münasibətiylə Markusla planlaşdırılan görüşü istənilən istiqamətdə inkişaf etmir. Bizim günlərdə, Montqomeri ilə dalaşan Aleks, onların hər ikisinin cəza almasına səbəb olur.


Kassetin mövzusu: Markus Kol, Valentin günü münasibətiylə təşkil edilmiş görüşdə Hannanı əxlaqsız hesab edərək onunla yatmaq istəyir. 
7 "Kasset 4, Tərəf A" Qreqq ArakiElizabet Benyamin31 mart 2017 (2017-03-31)

Zakın görüş dəvətindən imtina etdikdən sonra, o, məktəb layihəsi çərçivəsində Hannaya qarşı sabotaj etməyə çalışır. Bizim günlərdə, qisas olaraq, Kley Zakın maşını cızır. Kley qarabasmalar görməyə başlayır. Əvvəlcə onun gözünə bsketbol oyunu zamanı Hannanın cəsədi meydançanın ortasında görünür, daha sonra isə, tənəffüs zamanı məktəb audio sistemində Hannanın səsini eşidir.


Kassetin mövzusu: Zak Dempsi, Hannaya ünvanlanmış "pozitiv qeydlər"i oğurlayır və onun kömək təklifini rədd edir. 
8 "Kasset 4, Tərəf B" Qreqq ArakiKirk Mur31 mart 2017 (2017-03-31)

Ədəbi dairədə Hanna, eyni məktəbdə oxuduğu Rayan Şeyverlə tanış olur. Şeyver onun etibarını qazanaraq yazdığı şerlərdən birini məktəb qəzetində çap etdirir və gülünc hədəfinə çevrilməsinə səbəb olur. Bizim günlərdə, Toni Kleyə Hannanın ölüm gecəsindən danışır.


Kassetin mövzusu: Rayan Şeyver, Hannanın şerini icazəsiz çap edərək onu gülünc hədəfinə çevirir. 
9 "Kasset 5, Tərəf A" Karl FranklinHayli Tayler31 mart 2017 (2017-03-31)

Yay tətili zamanı keçirilən ziyafətdə Cessikanın otağında gizlənən Hanna, Brays Uolkerin Cessikanı zorlamasının şahidi olur. Bizim günlərdə, Kley Castinlə məsələni müzakirə edir, Castin Kleyə Cessikanın hadisədən xəbər tutmamasının yaxşı olacağını bildirir. Markus Kleyə xəbərdarlıq edərək ən pisin qabaqda olduğunu deyir.


Kassetin mövzusu: Castin Foli, sevgilisi Cessikanı zorlamış Braysın cəzasız qalmasına səbəb olur. 
10 "Kasset 5, Tərəf B" Karl FranklinNatan Luis Cekson31 mart 2017 (2017-03-31)

Ziyafətdən sonra Şeri və Hanna avtomobildə gedirlər və kiçik qəzaya düşürlər və stop işarəsini yerindən çıxarırlar, lakin, Şeri polisə zəng etmək istəmir. Hanna polisə zəng edib xəbər verənə kimi həmin yerdə daha bir avtomobil qəzası baş verir və nəticədə Kleyin dostu Ceff Atkins vəfat edir.


Kassetin mövzusu: Şeri Holland, avtomobil qəzasından sonra Hannanı ataraq qaçır və daha bir qəza baş verməsinə səbəb olur. 
11 "Kasset 6, Tərəf A" Cessika YuDayana Son31 mart 2017 (2017-03-31)

Kley nəhayət ki, öz kassetini dinləyir, bundan sonra özünü günahlandırır ki, Hannanın intiharının qarşısını almaq üçün kifayət qədər çalışmamışdır. Bizim günlərdə, Castin Cessikanın Braysın evində olmasını öyrənir, onun evinə gedir və baş verənləri etiraf edir. Oliviya Beyker kassetlərdə adları çəkilən şəxslərin adları yazılmış siyahı tapır, lakin bu siyahının nə anlama gəlməsini bilmir.


Kassetin mövzusu: Kley Censen, Hannanın sözünə qulaq asaraq ondan uzaqlaşır. Hanna qeyd edir ki, Kley bu siyahıya düşmək üçün heç bir şey etməmişdir, lakin, müəllif Kleyin də tam hekayəni bilməsi üçün onu bu siyahıya daxil etmişdir. 
12 "Kasset 6, Tərəf B" Cessika YuElizabet Benyamin31 mart 2017 (2017-03-31)

Valideynlərinin bank depoziti üçün nəzərdə tutduğu pulu itirən Hanna depressiyaya düşür və evdən çıxır. Gecə gəzərək o, Braysın evi tərəfə gəlir və ziyafət olduöunu görür. Məktəb yoldaşları Hannanı da dəvət edirlər. Ziyafət gecəsi Brays Hannanı da zorlayır. Bizim günlərdə Braysın evinə gedən Kley onunla dalaşır və Hannanı zorlamasını etirafa məcbur edərək, gizlincə onun səsini kassetə yazır. Oliviya Hevilend siyahıda adı qeyd edilmiş hər kəsin sorğuya çəkilməsini tələb edir. Seriya təcili tibbi yardım maşınının naməlum gəncin odlu silahdan özünə atəş açması xəbəri verməsi ilə başa çatır.


Kassetin mövzusu: Brays Uolker, Hannanı zorlayır. 
13 "Kasset 7, Tərəf A" Kayli Patrik AlvarezBrayan Yorki31 mart 2017 (2017-03-31)

Kassetləri kopyalaması üçün Kley Toniyə verir. Məktəb psixoloqu olan Cənab Porterin yanına gələn Hanna zorlanması haqqında ona danışır. Gizlincə psixoloqla danışmasını yazan Hanna, heç olmasa Porterin ona kömək edəcəyinə ümid edir. Lakin, gözlədiyi köməyi ala bilməyən Hanna evə gələrək intihar edir və ölür. Bizim günlərdə Cənab Porterin yanına gələn Kley Hannanın son günü haqqında danışır. Daha sonra Hannanın yazdığı kassetləri və əlavə olaraq Braysın etiraf səs yazısını psixoloqa verir. Sui-qəsd cəhdi edən Aleks istisna olmaqla, kassetlərdə adı keçən hər kəs dindirilir. Cessika cinsi təcavüzə məruz qalmasın atasına danışır.


Kassetin mövzusu: Cənab Porter, Hannanın vəziyyətini ciddi qəbul etmir və ona kömək edə bilmir. 


II mövsüm (2018)

[redaktə | mənbəni redaktə et]
Serialda
No.
Mövsümdə
No.
Ad Rejissor Ssenari Orijinal efir vaxtı
141 "İlk Polaroid" Qreqq ArakiBrayan Yorki18 may 2018 (2018-05-18)
Tayler məhkəmədə ifadə verir. Skay və Kley görüşürlər, lakin, Kley qızın üzündə Hannanın simasını gördükdən sonra onunla yatmamağa qərar verir. Cənag Porter Hanna və onun valideynlərinin təhqir olunduğu hamam otağında Braysla qarşılaşır. 
152 "İki öpüşən qız" Qreqq ArakiTomas Higgins18 may 2018 (2018-05-18)
Məhkəmə şahidlik etməsi üçün Kortnini dəvət edir və ondan Hanna ilə öpüşdüyü foto haqqında soruşulur. Cessika və Aleks susmaları üçün təhdid edilirlər. Etirazçılar Hanna üçün ədalət tələb edirlər. Kleyin evini tərk edən Skay onun xoşuna gəlmədiyini düşünüb intihara cəhd edir və xəstəxanaya yerləşdirilir. 
163 "Sərxoş fahişə" Karen MonkrieffMarissa Co Kerar18 may 2018 (2018-05-18)
Hədələrdən narahat olan Aleks və Kley Cessikanı Braysa qarşı şahidlik etməyə razı salmaq üçün çalışırlar. Kley, potensial şahid tapmaq üçün Tonidən kömək istəyir. 
174 "İkinci Polaroid" Karen MonKrieffHayli Tayler18 may 2018 (2018-05-18)
Kley Castini evə gətirsə də valideynlərindən gizlədir. Gələcəyinin necə olmasından narahat olan Markus məhkəmədə yalan danışır. Cessika və Aleks məktəbdən qaçaraq problemlərindən danışırlar. 
185 "Təbaşir maşını" Eliza HittmenNik Şeff18 may 2018 (2018-05-18)
Tayler və Sayrus autsayder statusunu qəbul edirlər. Aleks itirilmiş xatirələrini bərpa etməyə çalışır. Rayan və xanım Beyker həqiqətləri anlamaq üçün Hannanın şerlərini oxuyurlar. 
196 "Şübhənin sonundakı təbəssüm" Eliza HittmenCulya Biknell18 may 2018 (2018-05-18)
Kley Paloroidin hardan alınmasını aydınlaşdırmağa çalışır. Castin məktəbə gəlir. Zahanın Hanna haqqında üzə çıxardığı məlumat hamını təəccübləndirir. 
207 "Üçüncü Polaroid" Maykl MorrisBrayan Yorki18 may 2018 (2018-05-18)
Kimsə Markusu şantaj edir. Kley məhkəmədə ifadə verərək Hanna ilə birlikdə keçirdiyi gecədən və ona olan hisslərindən danışır. Cessika narahatlıq hiss edir. 
218 "Kiçik qız" Maykl MorrisFelişa Marye18 may 2018 (2018-05-18)
Hannanın valideynləri ciddi nəzarət altında olduğu müddətdə Cessika onlara yardım əlini uzadır. Castin tam gücü ilə təmiz qalmağa çalışır. Kley yenidən Skay ilə görüşür. 
229 "İtmiş səhifə" Ket KandlerRohit Kumar18 may 2018 (2018-05-18)
Tayler Sayrusun bacısı ilə görüşür. Cessika yenidən kimləsə romantik görüş üçün hazır olub-olmaması haqqında düşünür. Cənab Porter vaxtında Hannanın problemlərinə müdaxilə etmədiyinə görə təəssüf hissi keçirir. 
2310 "Gülümsəyin, qancıqlar!" Ket KandlerKirk Mur18 may 2018 (2018-05-18)
Toni keçmişi ilə bağlı sirrləri açır. Şeri oğlanların klubuna girə bilmək üççün plan hazırlayır. Cənab Porter Castinə kömək etməyə çalışır. Zak və Brays arasında qalmaqal baş verir. 
2411 "Brays və Xloya" Cessika YuMarissa Co Serar & Tomas Higgins18 may 2018 (2018-05-18)
Braysın məhkəmədə ifadə verməsindən sonra məktəbdə xaos başlayır. Cessika Xloyaya klub haqqında danışır və onun özündə olmadığı vaxt çəkilmiş şəkili göstərir. Aleksin yaddaşı yerinə gəlməyə başlayır. 
2512 "Polaroidlərlə dolu qutu" Cessika YuHayli Tayler & Brayan Yorki18 may 2018 (2018-05-18)
Kley və digərlərinə qarşı səslənən hədələrin müəllifinin kim olması məlum olur. Tayler məktəbin intizam qanunlarına görə cəza alır. Castin, gələcəyini təhlükə altında qoyaraq Braysa qarşı ifadə verir. 
2613 "Əlvida" Kayli Patrik AlvarezBrayan Yorki18 may 2018 (2018-05-18)
Bir ay sonra Hannanın yaxınları bir-birlərinə sakitlik tapırlar. Xanım Beyker Nyu-Yorka köçərək qızının arzusunu gerçəkləşdirməyi planlaşdırır. Məktəbin tualetində Taylerə oluunan hücum onu məktəbə silahlı basqın etməyə vadar edir. 


Selena Qomezin Hanna obrazını canlandırması şərti ilə romanın ekranlaşdırılması haqqını "Universal Studios" 8 fevral 2011-ci ildə almışdır.[9] 29 oktyabr 2015-ci ildə Netflix tərəfindən kitabın televiziya adaptasiyasının həyata keçiriləcəyi, Selena Qomezin isə icraçı prodüser kimi çıxış edəcəyi elan edildi.[10] Daha sonra, Tom MakKarti ilə ilk iki seriyanın çəkilməsi üçün razılıq əldə edilmişdir.[11] Serialda prodüser kimi "Anonymous Content" və "Paramount Television" çıxış etmiş, icraçı prodüser vəzifəsini isə Qomez, MakKarti, Coy Qorman, Maykl Şuqer, Stiv Qolin, Mendi Tifi və Kristel Leyblin həyata keçirmişlər.[11]

Çəkilişlər 2016-cı ilin yayında Kaliforniyanın Vallejo, Benisiya, San-Rafael, Krokett və Sebastopol kəndlərində aparılmışdır.[12][13] İlk mövsüm və xüsusi buraxılış 31 mart 2017-ci ildə Netflix tərəfindən çıxarılmışdır.[14]

Serialın ağır məzmunu və emosional gərginliyinə görə, çəkiliş meydanında aktyorlara kanisterapiya məqsədi ilə xüsusi seçilmiş itlər verilmişdir.[15]

7 may 2017-ci ildə Netflix serialın ikinci mövsüm üçün yeniləndiyini elan etmişdir. İkinci mövsümün qısa promosu serialın Facebook sosial şəbəkəsindəki 13 Reasons Why adlı səhifəsində təqdim edilmişdir.[16] İkinci mövsümün çəkilişlərinə 12 iyun 2017-ci ildə başlanılsa[17] da, Şimali Kaliforniyada baş verən meşə yanğınlarına çəkilişlər yarımçıq saxlanılmışdır.[18] İkinci mövsümün istehsalı 2017-ci ilin dekabrında tamamlanmışdır.[19] İkinci mövsümün bütün seriyaları 18 may 2018-ci ildə təqdim edilmişdir.[20]

6 iyun 2018-ci ildə Netflix serialın üçüncü mövsüm üçün uzadılması haqqında məlumat yaymış və yeni mövsümün 2019-cu ildə çıxarılmasını planlaşdırdıqlarını demişdir.[21]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Serial, tənqidçilərdən əsasən müsbət rəylər almış, xüsusilə serialda qaldırılmış mövzulara yanaşma, aktyor heyətinin işi, rejissor işi, hekayə, vizual effektlər, mənbə materialı ilə iş və qarnlıq mövzulara yetkin yanaşma qiymətləndirilmişdir.

Rəy aqqreqatoru "Rotten Tomatoes"da serial, 42 rəy əsasında 86% reytinqlə 7.28/10 balla qiymətləndirilmişdir. Sayt tənqidçilərinin konsesusunda oxuyuruq: "13 səbəb bestseller olan mənbə materialını yaxşı vizual materialla tamamlayır."[5] "Metacritic"də 16 tənqidçi rəyinə əsasən 76/100 balla qiymətləndirilən serial "əsasən müsbət rəylər" almışdır.[22]

"IGN"dən Cessi Şedin serialı 9.2/10 balla qiymətləndirərək "möhtəşəm" adlandırır, serialın "çox güclü və ürək parçalayan" olmasını qeyd edir və "XXI əsrin ən yaxşı məktəb dramaları arasında yer tutması"nı vurğulayır.[23] "The Boston Globe"dan Metyu Gilbert seriala parlaq rəy verərək yazır ki, "drama hissiyyatlı, maraqlı və ən əsası tıxanıqlıq yaratmayandır".[24] "Variety" jurnalından Morin Rayan qeyd edir ki, serial "heç şübhəsiz ki, səmimi, həm də bir çox cəhətdən yaradıcılıq baxımından uğurludur" və onu "mütləq baxmağa lazım" hesab edir.[25] "Entertainment Weekly"dən Li Qrinblatt bütün mövsümü B+ balı ilə qiymətləndirir və qeyd edir ki, serial "gənc, özünü itirmiş və bizim dünya üçün həddən artıq kövrək olmanın nə ilə nəticələnə biləcəyini açıq göstərir."[26] "The Hollywood Reporter"dən Deniel Feynberq də serialı qiymətləndirərək "gənc nəslin şərəfli adaptasiyası" adlandırır, aktyor işi, rejissor işi, aktuallıq və baxımlığı serialın müsbət tərəfləri kimi qeyd edir.[27]

Aktyor heyətinin işi, xüsusilə Ketrin Lengfordun canlandırdığı Hanna, Dilan Minnettin canlandırdığı Kley obrazları müxtəlif tənqidçilər tərəfindən qeyd edilmiş və təriflənmişdir. "IGN"dən Şedin aktyor heyətinin işini qiymətləndirərək, Minnett və Lenqfordun performansını xüsusi qeyd edərək yazır: "Lenqford baş rol olan Hanna obrazında parlaqdır…və o, Hannanın optimizim və dərin kədərini öz simasında yaxşı əks etdirir. Minnetin canlandırdığı Kley obrazı bir qədər daha soyuq və çəkingən olsa da, aktyor işin öhdəsindən mükəmməl gələrək, əksər hallarda çətin görünən rolu lazımınca canandıra bilir."[23] "The Boston Globe"dan Gilbert, Lenqford və Minnet arasındakı kimyanı qiymətləndirərək deyir ki, "bu iki gənc aktyoru birlikdə izləmək böyük həzzdir", "IGN"dən Şedin isə bununla razılaşaraq əlavə edir ki, "tez-tez onların birlikdəliyinin ən yaxşı hissəsi, hisslərini bir-birinə etiraf edə bilməyən iki yeniyetmənin düzgün axımlı isti münasibətləridir." "The Hollywood Reporter"dən Feynberq hər iki aktyorun işini qiymətləndirir: "Lenqfordun ürək parçalayan açıqlığı sizi qeyri-mümkünlüyünü bildiyiniz taleyə inanmağa sövq edir. Aktrisanın dinamik diapazona malik performansı, Minnetti çətin vəziyyətə salaraq, iki obrazın əhval-ruhiyyəsi arasındakı fərqi daha qabarıq göstərməyə məcbur edir."[27]

"Variety" jurnalından Rayan yalnız baş rol ifaçılarını deyil, ikinci dərəcəli rolları ifa edən aktyorların işini də qiymətləndirərək, xüsusilə Hannanın anasını canlandırmış Keyt Ualşın ifasını vurğulayır və aktrisanın "yaradıcılığının ən yaxşı işi" adlandırır.[25] Seriala müsbət rəy verən Rayan, Feynberq və Şedin ikinci dərəcəli rol aktyorlarının (xüsusən Alişa Boe, Mayls Heyzer və Kristian Navarronun canlandırdıqları Cessika, Aleks və Toni obrazlarını) işlərini vurğulayırlar. "Indiewire"dən Liz Şennon Miller serialdan zövq aldığını bildirərək onu B+ balı ilə qiymətləndirir və ikinci dərəcəli aktyor heyətində irqi və gender balansının saxlandığını vurğulayır.[23][25][27][28]

Serial haqqında rəy bildirmiş tənqidçilərin qeyd etdiyi digər bir məsələ isə serialda qaldırılan ciddi problemlərə yetkin yanaşmadır. Bu məsələ, "Indiewire"dən Miller tərəfindən qiymətləndirilir və qeyd edir ki, "hekayənin böyüklər üçün nəzərdə tutulmuş hissələri inandırıcı və dürüst səslənir", lakin o, bu xüsusiyyətin teleserialın məzmununu daha da ağırlaşdırdığını qeyd edir.[28]"The Hollywood Reporter"dən Feynberq də qeyd edir ki, serial baxış üçün çox çətindir[27], "IGN"dən Şedin isə qeyd edir ki, seriala baxış "həddən artıq ağır və təzyiq edicidir…kifayət qədər güc alıcı təcrübədir, xüsusilə hissələrin toplaşaraq vahid mənzərə yaratdığı sonlarda seialın izlənilməsi çox çətindir."[23]

Feynberq serialda rejissor işini qiymətləndirərək deyir: "Tom MakKarti, Qreqq Araki və Karl Franklinin də daxil olduğu Sandens meylli rejissorlar qalereyası performanslarını yaxşı saxlayırlar",[28] "The Boston Globe"dan Gilbert isə hekayə nəqlini qiymətləndirir: "Hekayə nəqli texnikası güclüdür, çünki biz bir saat ərzində əvvəlki seriyaya əsaslanan, lakin Hannanın həyatının yeni aspektlərini işıqlandıran və yeni personajları təqdim edən məzmunla qarşılaşırıq. Tədricən serialın fonu daha da zəngin və dərin olmağa başlayır."[24]

Yeniyetmə qorxusunu təsvir etdiyinə görə, serial həm də ciddi tənqidlərə məruz qalmışdır. "The New York Times"dan Mayk Heyli yazır ki, "serialda Hannanın məqsədinə əminliyi inandırıcı verilmir. Bu, ictimai işçinin gördüyü işi tez-tez xatırlatması kimi süni təsir bağışlayır." O, həm də, Kleyin ard-arda hər seriyada bir kasseti dinlədiyi süjet xəttini tənqid edərək yazır: "Bunun, süjet xətti qurmağa xidmət etməkdən başqa heç bir anlamı yoxdur. Seriyalar davam etdikcə siz özünüzü Kleyə qarşı qoyaraq, tez bir zamanda onun bütün kassetləri dinləməsini istəyəcəksiz."[29]

"The Guardian"dan Rebekka Nikolson serialın bir çox xüsusiyyətlərini, o cümlədən Minnett və Uelşin aktyor işini qiymətləndirsə də, süjet xəttini bəyənməmişdir. Məktəb həyatından bəhs edən "Çılğınlar və axmaqlar" və "Mənim həyatım adlandırılan şey" kimi seriallardan fərqli olaraq, "13 səbəb, niyə" serialının yaşlılar tərəfindən bəyənilməsinə də skeptik yanaşır: "Serial, incə hisslərlə əlaqəli istənilən qorxunc hərəkətin dəhşətli nəticəyə gətirib çıxaracağı ictimai məzmunun çatdırılması işinə həddən artıq aludə olub."[30]

"Washington Post"un televiziya tənqidçisi Henk Styuver serialı "qarışıq" və "inandırıcı olmayan" adlandırır və yazır: "13 seriya və bitmək bilməyən 13 saat – passiv-aktiv, inanılmaz sıxıcı, pis yazılmış və insanın enerjisini alan serial, ABC-nin köhnə "Afterschool" verilişləri kimi banal görünərək depressiya, rişxənd və intihar mövzularını aça bilmir." O, əlavə edir ki, "Hannanın kasset yazıları, getdikdən sonra insanların onun yoxluuna necə reaksiya verəcəyi haqqında düşünən yeniyetmənin fantaziyalarıdır."[31]

"San Francisco Chronicle"dan Devid Viqand seriala mülayim şərh verərək deyir ki, xüsusilə Hanna personajının uyğunsuz xarakterini bəyənməəyib. Lenqfordun "möhtəşəm aktyor işini" tərifləyən Viqan qeyd edir ki, "Elə olur ki, biz sadəcə personaja inanmırıq, onların etdikləri hərəkət və ya dedikləri sözlər bizim inamımızla üst-üstə düşmür…Hannanın düzgün olmayan hissləri onu dalana aparır. Sözsüz ki, eniyetmələr həmişə qarışıq və mürəkkəb hisslər yaşayırlar, lakin serial sərhədləri keçərək, bunu inanılmaz həddə çatdırır."[32]

Serial, yeniyetmələrin real həyatda hansı problemlərlə üzləşmələri, emosional qapalılığın necə intihara yol açmasını göstərdiyinə görə də təbliğ edilmişdir. Bəzi insanlar Hannanı sevərək onun qayğısına qalmış, qəhrmanı intihara sürükləyən səbəbləri qəbul etmişlər.[33]

Cəmiyyətə təsiri

[redaktə | mənbəni redaktə et]

Təsvir edilən intihar və özünə-qəsd səhnələrinə görə, serial, cəmiyyətdə ciddi fikir ayrılıqlarına səbəb olmuş və nəticədə Netflix hər seriyanın başlanğıcında ciddi xəbərdarlıq yerləşdirməyə məcbur olmuşdur. Məktəb psixoloqları və pedaqoqlar serialla bağlı həyəcan təbili çalmışlar. Florida ştatının Palm-Biç qraflıq məktəblərinin superintendantının sözlərinə görə, onlar rəsmi olaraq valideynlərə müraciət edərək, məktəblərdə intihar və özünə-qəsd hallarının artması, qarşılaşılan bu cür hallarda bəzi tələbələrin "fikirlərini Netflix vasitəsiylə yayımlanan "13 səbəb" serialı əsasında formalaşdırmaları" haqqında məlumat vermişlər.[34]

Avstraliyada 12–25 yaşlı gənclərin psixi sağlamlığının mühafisəzi xidməti ilə məşğul olan "Headspace" təşkilatı, 2017-ci il aprel ayının sonunda məlumat yayaraq, teleserialın qrafik məzmunu ilə bağlı xəbərdarlıq etmiş və ölkədə yayımlanmasından sonra xidmətə gələn zənglərin artdığını bildirmişdir.[35][36][37]

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında[n 1] 2009–2012-ci illərdə ən yüksək intihar sayı göstəricisinə malik olan[39][40] Yeni Zellandiyada teleserialın qrafik məzmunu nəzərə alınaraq, Film və Ədəbiyyat Klassifikasiyası idarəsi tərəfindən, 18 yaşına çatmış fərdlərin tək, daha az yaşlıların isə yalnız valideyn və ya himayədarın nəzarəti altında izləməyə icazə verən yeni "RP18" reytinqi yaradılmışdır.[41][42]

Mübahisələrə cavab olaraq, icraçı prodüserlərdən biri olan müğənni Selena Qomez teleserialı müdafiə etmişdir. O, Associated Press agentliyinə verdiyi müsahibədə bildirir ki, "Cey Aşerin yazdığı kitab əvvəlcədən gözəl faciə, mürəkkəb və həyəcanlı əsər kimi nəzərdə tutulmuşdu və biz yaradıcılıq prosesində ilkin mənbəyə sadiq qalmışıq." "Biz bunu ədalətlə etmişik və bəli, [cavab reaksiyası] gələcək, heç nəyə baxmayaraq. Bu, müzakirə üçün heç də sadə mövzu deyil və mənim bəxtim gətirib ki, mövzu ilə işləmək imkanı əldə etmişəm."[43]

2017-ci ilin aprelində Milli Məktəb Psixoloqları Assosiasiyası (ing. National Association of School Psychologists) tərəfindən yayımlanmış bəyannamədə deyilir: "Tədqiqatlar göstərmişdir ki, bir şəxsin intiharının görünməsi və ya bu haqqda xəbər, psixi xəstəlikdən əziyyət çəkən gənclərin intihara əl atmasına gətirən çoxsaylı faktorlardan biridir."[44] Assosasiya tərəfindən bütün ölkə məktəblərinə məktublar göndərilmiş və serialla bağlı xəbərdarlıq edilmişdir.[45]

2017-ci ilin mayında Klinik Uşaq və Yenyetmə Psixologiyası Cəmiyyəti (ing. Society of Clinical Child and Adolescent Psychology) tərəfindən nəşr edilmiş bəyannamədə də, serialın zəif psixoloji vəziyyətə malik gənclər arasında özünə-qəsdə səbəb ola biləcəyi, həmçinin bu cür gənclərlə işləyən mütəxəssislərin iş vasitələrinin yararsız hala gətirməsi qeyd edilmişdir.[46] Netflixə ünvanlanmış tələbnamədə isə hər seriyadan sonar psixi sağlamlıq resurslarının göstərildiyi teqlərin yerləşdirilməsi, depressiyaintihar simptomlarının ixtisaslaşmış mütəxəssislər tərəfindən effektiv müalicə edilməsi haqqında qeydin göstərilməsi tələb edilmişdir.

Klinik psixoloqlar Deniel Cey Reydenberq və Erika Martinez, həmçinin, "Teen Vogue" jurnalının psixi sağlamlıq vəkili MolliKeyt Klayn, serialın Verter effekti yarada biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişlər.[47][48][49] Lakin, Şimal-Qərb Universitetinin Ailə İnstitutunun məsləhətçisi Erik Bison qeyd edir ki, "bir serialın kimisə intihara sövq edəcəyi inandırıcı deyil."[44]

Psixi sağlamlıq üzrə mütəxəssislər də, intihar hallarının qarşısının alınması üçün filmlər və bədii ədəbiyyatda intihar səhnlərinin təsvirindən qaçınmağa çağıran müraciətə əhəmiyyət vermədən "açıq intihar səhnələrini göstərən serial"ı tənqid etmişlər.[50] Hannanın intiharını kiçik detallara kimi qrafik və nəqli təsvir edən mövsüm finalı bu baxımdan daha çox tənqid edilmişdir.[51] Serialın ssenari müəlliflərindən biri olan Nik Şeff isə müdafiə mövqeyində dayanaraq bildirir ki, serial, intiharın "sakit getmək" olması haqqında mifin dağıdılmasına istiqamətlənmişdir, həmçinin, o, özünün necə intihardan çəkindirilməsini xatırlamış, sağ qalmış intiharçılardan bunun necə ağrılı və dəhşətli olmasını öyrənmişdir.[52]

Milli Məktəb Psixoloqları Assosiasiyasının bəyannaməsində həm də o, tənqid edilir ki, serialda Hannaya rişxənd edilməsi və qeyri-ciddi münasibət göstərilməsi onun intiharına səbəb olmuşdur, halbuki bu ciddi faktorlardan biri olsa da, rişxənd daha çox psixi xəstəliyi olan şəxsi intihara gətirib çıxara bilər. Minneapolisdə məktəb məsləhətçisi olan Aleks Moen ümumilikdə serialın süjetini müzakirə edir: "ümumilikdə təsvir edilir ki, intihar etsəz də siz yaxınlarınızla ünsiyyətdə ola bilərsiz, və insanlar qəfildən sizi anlamağa başlayacaqlar, nələr yaşadığınıcı və qğrılarınızın dərinliyini başa düşəcəklər…Cazibədar, sentimental oğlan sizə vurulacaq və sizin qisasınızı alacaq, beləliklə siz yaşaya biləcəksiz."[51]

Digər məsləhətçilər isə, Hannanın Cənab Porterə müraciət etmək cəhdində onun şagirdin açıq suisidal göstəricilərini gösdən qaçırması, həmçinin hadisəni törədənin adını çəkmədən zorlama ilə bağlı polisi xəbərdar etməkdən imtina etməsini tənqid edirlər. Moenin sözlərinə görə, məktəb məsləhətçiləri populyar mədəniyyətdə adətən qeyri-effektiv və kobud təsvir edilsələr də, bu dəfə bütün çərçivələrdən çıxaraq qeyri-etik və qeyri-leqal təsvir edilmişdir. "Slate" jurnalına verdiyi müsahibədə o, qeyd edir: "Bu, gülüncdür! Məsləhətçilər polis deyil. Biz tədqiqat başlamalı deyilik. Biz gördüyümüz iş və aldığımız məlumatla bağlı hər bir məlumatı polisə çatdırmalıyıq."[51]

2017-ci ilin mayında Kanada Psixi Sağlamlıq Assosasiyası (ing. Canadian Mental Health Association) və İntiharların Qarşısının Alınması Mərkəzi (ing. Centre for Suicide Prevention) birlikdə, Milli Məktəb Psixoloqları Assosiasiyasının qaldırdığı məsələlərə toxunan bəyannamə yayımlamışdır. Kanada Psixi Sağlamlıq Assosasiyası teleserialın intiharı qlamurlaşdıracağından ehtiyat edir, həmçinin bəzi insanların, xüsusilə yeniyetmələrin fikirlərini səhv istiqamətə yönləndirə biləcəyini bildirir. Həmçinin Hannanın intihar səhnəsinin Kanada Psixi Sağlamlıq Assosasiyası və Amerika Suisidioloqlar Assosasiyasının məsləhətlərinə uyğun gəlmədiyi vurğulanmışdır. KPSA və İQAM "günbəgün yayılmaqda olan bu sağlamlıq probleminin" işıqlandırılmasında serialın rolunu yüksək qiymətləndirsələr də, əlavə etmişlər ki, işıqlandırma təhlükəsiz vəə məsuliyyətli şəkildə edilməlidir. Mediada intihar səhnələrinin və intihar mövzusunun təsvirinin intihar hallarının artmasına təsirindən bəhs edərkən qeyd edilir ki, "Onlar, səbəb olaraq yalnız rişxənd hadisəsini göstərməklə intiharı sadələşdirə bilərlər, Hollivud süjetinin əsasına qoymaqla, intiharı romantikləşdirə bilərlər, izləyicilərin, xüsusilə gəclərin psixologiyasına pis təsir edəcək qədər dəqiqlik intihar səhnələrinin qrafik təsvirini verə bilərlər, intiharın başqalarına dərs vermək üçün yaxşı yol olması kimi səhv düşüncələr yaranmasına səbəb ola birlərlər."[53][54]

  1. Latviya 1 iyul 2016-cı ildən təşkilata üzv olduğuna görə hesabatda həmin ölkənin göstəriciləri nəzərə alınmamışdır.[38]
  1. "13 səbəb". Ali and Nino (az.). 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 noyabr 2022.
  2. "'Spotlight's Brian d'Arcy James Cast In Netflix Series '13 Reasons Why', Joins TNT Pilot 'Civil'". Deadline. June 15, 2016. September 22, 2016 tarixində arxivləşdirilib.
  3. Andreeva, Nellie. "Diana Son Joins Selena Gomez's Netflix Series '13 Reasons Why' As Showrunner". Deadline. February 26, 2016. September 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  4. 1 2 3 4 5 6 7 8 9 Andreeva, Nellie. "'13 Reasons Why' Netflix Series: Dylan Minnette & Katherine Langford Lead Cast". Deadline. June 8, 2016. September 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  5. 1 2 "13 Reasons Why: Season 1 (2017)". Rotten Tomatoes. Fandango. April 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  6. "'13 Reasons Why' Renewed for a Second Season at Netflix". Variety. May 7, 2017. May 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2017.
  7. 1 2 3 Andreeva, Nellie. "'13 Reasons Why': Kate Walsh To Co-Star In Netflix Series, Derek Luke Also Cast". Deadline. June 10, 2016. September 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2017.
  8. Petski, Denise. "'13 Reasons Why' Casts Amy Hargreaves; Frances Conroy In 'The Mist'". Deadline. June 23, 2016. October 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2016.
  9. Schwartz, Terri. "Selena Gomez To Star In '13 Reasons Why': Movie, adapted from Jay Asher's young adult novel, looks back at a girl's reasons for committing suicide". MTV News. February 9, 2011. April 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2012.
  10. "Netflix Gives Selena Gomez's '13 Reasons Why' Straight-To-Series Order". Deadline (ingilis). October 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2015.
  11. 1 2 Andreeva, Nellie. "Spotlight's Tom McCarthy To Direct & Produce Selena Gomez's Netflix Series '13 Reasons Why' From Paramount TV". Deadline. February 25, 2016. July 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2016.
  12. Mara, Janis. "Marin Netflix series shoot brings economic benefits". Marin Independent Journal (ingilis). June 23, 2016. April 4, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  13. Mara, Janis. "Selena Gomez-produced Netflix series shooting in Marin brings economic benefits". The Mercury News. June 24, 2016. February 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  14. Petski, Denise. "'13 Reasons Why Gets Netflix Premiere Date". Deadline. January 25, 2017. February 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  15. Keaney, Quinn. "How Netflix's 13 Reasons Why Is the Most Important YA Adaptation Yet". PopSugar Celebrity UK. April 7, 2017. April 11, 2017 tarixində arxivləşdirilib.
  16. "13 Reasons Why Renewed for Season 2 By Netflix". E! Online (ingilis). May 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  17. Fuller, Becky. "13 Reasons Why Season 2 Begins Filming". Screen Rant. June 12, 2017. December 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2018.
  18. Andreeva, Nellie. "'13 Reasons Why' Shuts Down Production Due To Devastating Northern California Wildfires". Deadline Hollywood (ingilis). October 11, 2017. April 23, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2018.
  19. Roker, Sarah. "13 Reasons Why season 2 has wrapped filming, ahead of a 2018 launch on Netflix". Digital Spy. December 12, 2017. June 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2018.
  20. Spangler, Todd. "'13 Reasons Why' Season 2 Premiere Date, Trailer Revealed". Variety. April 30, 2018. May 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2018.
  21. Andreeva, Nellie. "'13 Reasons Why' Renewed For Season 3 By Netflix". Deadline Hollywood. June 6, 2018. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2018.
  22. "13 Reasons Why: Season 1 reviews". Metacritic. April 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  23. 1 2 3 4 Schedeen, Jesse. "13 Reasons Why: Season 1 Review". IGN. April 5, 2017. April 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  24. 1 2 Gilbert, Matthew. ""Yes, '13 Reasons Why' is for young adults. It's still very good."". The Boston Globe. March 29, 2017. April 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  25. 1 2 3 Ryan, Maureen. "TV Review: '13 Reasons Why' on Netflix". Variety. March 21, 2017. April 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  26. Greenblatt, Leah. "13 Reasons Why: EW review". Entertainment Weekly. March 22, 2017. April 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2017.
  27. 1 2 3 4 Fienberg, Daniel. "'13 Reasons Why': TV review". The Hollywood Reporter. March 27, 2017. April 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  28. 1 2 3 Miller, Liz Shannon. "'13 Reasons Why' review: Netflix brings a brutally adult edge to a tale of teen suicide". Indiewire. March 31, 2017. April 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  29. Hale, Mike. "Review: '13 Reasons Why' She Killed Herself, Drawn Out on Netflix". The New York Times. March 30, 2017. April 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  30. Nicholson, Rebecca. "13 Reasons Why review – sex, drugs and mixtapes in Netflix's high-school horror show". The Guardian. March 31, 2017. April 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  31. Stuever, Hank. "'Thirteen Reasons Why' shows how adults can really mess up teen angst". The Washington Post. March 30, 2017. April 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  32. Wiegand, David. "'13 Reasons' why Netflix drama works despite gimmickry". SFGate. March 29, 2017. April 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017 2017.
  33. Greenblatt, Leah. "13 reasons why: EW review". Entertainment Weekly. March 22, 2017. May 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
  34. Balingit, Moriah. "Educators and school psychologists raise alarms about '13 Reasons Why'". The Washington Post. May 2, 2017. December 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  35. "13 Reasons Why: Headspace issues warning over new Netflix show". Community Newspaper Group. April 18, 2017. April 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2017.
  36. "Netflix series 13 Reasons Why under fire from mental health experts". news.com.au. April 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 19, 2017.
  37. "headspace: dangerous content in 13 Reasons Why". headspace.org.au. April 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  38. "List of OECD Member countries – Ratification of the Convention on the OECD". Oecd.org. November 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2017.
  39. "The Social Report 2016 – Te pūrongo oranga tangata". Ministry of Social Development - New Zealand Government. April 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  40. Mconnell, Glenn. "The highest rate of teen suicide in the developed world". Stuff.co.nz. August 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2017.
  41. "New Zealand teens can only watch Netflix show 13 Reasons Why with their parents". BBC. April 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  42. "13 Reasons Why: Censors make new RP18 rating for controversial Netflix show". stuff.co.nz. 2017-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  43. Roberts, Kayleigh. "Selena Gomez Responds to the '13 Reasons Why' Backlash". Elle. April 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 29, 2017.
  44. 1 2 Howard, Jacqueline. "Why teen mental health experts are focused on '13 Reasons Why'". CNN. April 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  45. Blistein, Jon. "Netflix Adds More Advisory Warnings to '13 Reasons Why'". Rolling Stone. May 2, 2017. May 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  46. "Division 53 SCCAP Statement on 13 Reasons Why". clinicalchildpsychology.org. 2017-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  47. MollyKate, Cline. "Why '13 Reasons Why' Can Be Triggering for People Coping With Mental Illness". Teen Vogue. April 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  48. Miller, Korin. "13 Reasons Why Is Not the Force for Mental Health Awareness People Say It Is". Self. April 13, 2017. April 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  49. Thorbecke, Catherine. "'13 Reasons Why' faces backlash from suicide prevention advocacy group". ABC News. April 18, 2017. April 24, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  50. "Recommendations - Reporting on Suicide". April 8, 2017 tarixində arxivləşdirilib.
  51. 1 2 3 Martinelli, Marissa. "13 Reasons Why's Controversial Depiction of Teen Suicide Has School Counselors Picking Up the Pieces". Slate. May 1, 2017. May 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  52. Sheff, Nic. "13 Reasons Why Writer: Why We Didn't Shy Away from Hannah's Suicide". Vanity Fair. April 13, 2017. August 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
  53. "CMHA National Statement Responding to Netflix Series: 13 Reasons Why - Canadian Mental Health Association". May 4, 2017 tarixində arxivləşdirilib.
  54. National Association of School Psychologists. (2017). 13 Reasons Why Netflix series: Considerations for educators (handout). Bethesda, MD: Author. at nasponline.org Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine "Arxivlənmiş surət" (PDF). Archived from the original on June 6, 2017. İstifadə tarixi: July 21, 2017. Yoxlanılıb:21 iyul 2017

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]