1812-ci il uvertürası

Təntənəli 1812-ci il uvertürası, op 49 (rus. Торжественная увертюра «1812 год») — rus bəstəkar Pyotr Çaykovski tərəfindən 1812-ci il Fransa-Rusiya müharibəsində Napoleon Bonapartın Böyük Ordusunun məğlub edilməsinə həsr olunmuş və daha çox 1812-ci il uvertürası[2] kimi tanınan konsert uvertürasıdır.

1812-ci il uvertürası
rus. Торжественная увертюра «1812 год»
Toplarla birlikdə uvertüranın ifası, Melburn, 2005
Toplarla birlikdə uvertüranın ifası, Melburn, 2005
Bəstəkar Pyotr Çaykovski
Tonallıq mi-bemol major
Forma təntənəli uvertüra
Opus op. 49
Yazılma tarixi 1880
Premyera
İthaf olunub Fransa-Rusiya müharibəsi
Musiqi alətləri
orkestr[1], Döyüş topu
Dinlə
Əsərin Skidmor Kollec Orkestrı tərəfindən ifa səsyazması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uvertüranın premyerası 20 avqust 1882-ci ildə[3] Moskvada baş tutmuşdur. Rusiyanın 1812-ci il qələbəsinə ithaf edilmiş Xilaskar Məsih kafedralında həyata keçirilmiş debüt ifa zamanı dirijor İpploit Altani olmuşdur.[4] Nyu-Yorkda Karnegi zalının açılışına həsr olunmuş ifa zamanı isə Çaykovski özü orkestra drijorluq etmişdir.[5] Bu böyük Avropa bəstəkarından birinin ABŞ-yə etdiyi ilk səfərlərdən biri idi.[6]

15 dəqiqə davam edəm uvertüra daha çox musiqidə istifadə olunmuş silah atışı səsləri, çayms zınqırovları və finalda top atəşi açılması ilə məşhurdur. Əsər ənənəvi olaraq hər il ABŞ-da Müstəqillik Günü atəşfəşanlığını müşayət etmək üçün ifa edilir. Şelkunçik, Yatmış gözəlQu gölü balet süitaları ilə yanaşı “1812-ci il uvertürası” Çaykovskinin ən məşhur əsərlərindən biridir.[7] davay

Yazılma tarixi

[redaktə | mənbəni redaktə et]

Tarixi-siyasi fon: I Napoleonun Rusiyaya hücumu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Fransa-Rusiya müharibəsi
Fransız ordusunun Rusiyadan çəkilməsini göstərən rəsm əsəri, rəssam: İllarion Pryanişnikov, 1874

7 sentyabr 1812-ci ildə Moskvadan 120 km cənubda yerləşən Borodino ərazisində I Napoleonun ordusu ilə Mixail Kutuzovun rəhbərlik etdiyi Rusiya ordusu qarşılaşır. Borodino döyüşü 100.000-dən çox insanın ölümü ilə nəticələnir və sahə döyüşlərində təcrübəli olan fransızlar qalib gəlirlər. Lakin, bu qələbə Pirr qələbəsi olur.[8]

Ehtiyyatları tükənmək üzrə olan fransızlar Moskvaya doğru irəliləyirlər və kiçik müqaviməti qıran Napoleon şəhəri ələ keçirir. Çar I Aleksandrın təslim olacağını gözləyən fransızlar Moskavnı ələ keçirdikdən sonra tamamilə boşaldılmış və böyük bir hissəsi hərbiçilər tərəfindən yandırılmış xarabalıqla qarşılaşırlar.

Qış ehtiyyatı olmayan Napoleon geri çəkilməyə məcbur olur. 19 oktyabrdan dekabra qədər davam edən bu çəkilmə zamanı fransızlar bir neçə problemlə üzləşməli olurlar: aclıq, tif, soyuq, kazakların müntəzəm hücumları və ordunun ölkədən çıxmasına mane olmağa çalışan rus ordusu. Noyabrda Napoleon ordunu tərk edir və onun Böyük Ordusu Polşa ərazisində təhlükəsiz yerə çatdıqda on dəfə kiçilmiş vəziyyətdə olur.[9]

Əsərin sifariş edilməsi

[redaktə | mənbəni redaktə et]
Uvertüranın premyerası 1882-ci ildə Xilaskar Məsih kafedralının həyətində baş tutur.

Rusiya qələbəsinin əbədiləşdirilməsi üçün Çar I Aleksandr tərəfindən inşası sifariş edilmiş Xilaskar Məsih kafedralının inşası 1880-ci ildə yekunlaşmaq üzərə idi; 1881-ci ildə isə Çar II Aleksandrın tacqoymasının 25 illik yubileyi qeyd olunmalı idi; həmçinin 1882-ci ildə Moskvada Ümumrusiya bədii-sənaye sərgisinin keçirilməsi planlaşdırılırdı. Çaykovskinin yaxın dostu və müəllimi olan Nikolay Rubinşteyn ona təntənəli mərasimlərdə ifa etmək üçün musiqili pyes yazmağı təklif edir. 12 oktyabr 1880-ci ildə Çaykovski əsər üzərində çalışmağa başlayır və altı həftə sonra işi tamamlayır.

Təşkilatçılar premyeranın kilsə qarşısındakı meydanda keçirilməsini, orkestrın hərbi musiqiçilər dəstəsi tərəfindən dəstəklənməsini, Xilaskar Məsih kafedralının zəngləri ilə yanaşı ətrafdakı kilsələrin də zənglərinin istifadə edilməsi və notlarda yazıldığı kimi toplardan atəş açılmasını planlaşdırırdılar. Lakin, bu plan baş tutmur. Çakin, Çar II Aleksandrın martda öldürülməsi layihəyə marağı artırır. 1882-ci ildə təşkil edilmiş Ümumrusiya bədii-sənaye sərgisi zamanı uvertüra tikintisi davam edən kilsənin yanında qurulmuş çadırda təqdim edilir.[4] 26 may 1883-cü ildə isə kilsənin inşası tamamlanır.[10]

Buna baxmayaraq, Çaykovski himayədarı Nadejda fon Mekkə şikayətlənərək yazır ki, “festival əsərlərinin dirijoru deyil” və Uvertüra “yüksək səsli olsa da, yazdığım digər işlərlə müqayisədə bədii dəyəri daha aşağıdır, çünki mən onu həvəssiz və sevgisiz yazmışam”. Çaykovskinin əsərin yazılmasına cəmi 6 həftə sərf etməsinə baxmayaraq, uvertüra bəstəkarın kataloqundakı işlər arasında ən çox ifa edilənlərdən biri olmaqla, onun mülkiyyətini zənginləşdirməyə davam edən azsaylı əsərlərdən biri olaraq qalmaqdadır.[11][12][13]

Rusiyada kommunizm dövründə əsərin Çar himni melodiyası Mixail Qlinkanın Çar uğrunda həyat operasının finalından olan “Yaşa, yaşa, müqəddəs Rus!” (rus. Славься, славься, святая Русь!) melodiyası ilə əvəz eidlir. SSRİ-nin süqutundan sonra əsərin original notları bərpa edilir.[14]

Digər kontekstlərə uğunlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Sonradan ilhamlandırıcı patriotik himn kimi uvertüra digər kontekstlərə uyğunlaşdırılmış və rus qələbəsindən daha çox başqa mövzularla əlaqələndirilmişdir. ABŞ-da “1812-ci il uvertürası” 4 iyul 1974-cü ildə Boston Pops orkestrı tərəfindən Artur Fidlerin seçimi əsasında Müstəqillik günündə ifa edildikdən sonra[15][16] geniş məşhurluq qazanmışdır.[17]

Böyük Britaniya bəstəkarı Malkolm Arnold özünün “A Grand, Grand Overture” adlı əsərini uvertüraya parodiya kimi yazmış və ABŞ prezidenti Herbert Huverə həsr etmişdir.[18]

İnstrumentasiya

[redaktə | mənbəni redaktə et]

“1812-ci il uvertürası” aşağıdakı heyətdən ibarət orkestrla ifa olunmaq üçün yazılmışdır::[19]

  • Nəfəsli alətlər dəstəsi: Bu hissədə “Açıq” saxlanılmış instrumentasiyanın “istənilən mis nəfəsli alətlə” tamamlana biləcəyi qeyd edilir. Qapalı məkanlarda ifa zamanı bu hissənin ifasının orqana həvalə edilməsi də mümkündür. Hissənin hərbi və ya mars musiqi dəstələri tərəfindən ifası da mümkündür. Qeyd: nəfəsli alətlər dəstəsi və ya onu əvəz edən alətlər yalnız finalda istifadə edilir.
  • Taxta nəfəsli alətlər: 1 fleyta-pikkolo, 2 fleyta, 2 qoboy, 1 ingilis qoboyu, 2 soprano klarnet və 2 faqot
  • Metal nəfəsli alətlər: 4 F valtorn, 2 B♭ kornet, 2 E♭ truba, 3 trombon (2 tenor, 1 bass) və 1 tuba
  • Zərb alətləri: litavr, böyük bass orkestr barabanı, kiçik baraban, boşqab, buben, üçbucaq, karillon
  • Simli alətlər: I & II skripka, alt, violonçel, kontrabas
  • Artilleriya: bir döyüş topu batareyası və ya mərasim sahə artilleriyası

Karillon bəzən boru formalı zənglərlər, carillon ifasının səsyazması ilə və hətta kilsə zəngləri ilə də əvəz edilir. Döyüş topu atəşi səsinin olduğu hissələr bəzən top atəşi səsyazması ilə, bəzən isə Qustav Malerin Altıncı simfoniyasında olduğu kimi taxta və ya metal çəkic zərbəsinin səsi ilə əvəz edilir. Qapalı məkanlarda ifa zamanı top atəşi səsini əvəzləmək üçün bass baraban və ya qonq/tam-tam səsindən də istifadə olunur.

Musiqi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əsər Pravoslav kilsəsinə məxsus “Müqəddəs xaç troparı (həmçinin “İlahi, öz xalqını xilas et” adıyla tanınır) adlı həzin rus melodiyasının violonçel və iki alt vasitəsiylə ifası ilə başlayır.[20]

|

\relative c' {
\key ges \major \time 4/4 
bes''8-. \p bes16( ces bes8-.) as( ges) ges-. as( es)
ges-. ges-. es4-> ges8( f16 ges as8-.) es-.
bes'4->( es,8) es-. es( ges) f-. es-.
bes'4->(\< es,8) es-. es( ges) f-. es-.\!
bes'-.(_\markup{\italic{poco più}\dynamic f} bes-. bes-. bes-.) bes-> des16( bes as8-.) f(
ges) ges-. es4-> ges8( f16 ges as8-.) es-.
bes'4->( es,8) es-. es( ges) f-. es-.
bes'4->( es,8) es-. es16(\> f) ges-. ges-. f( es) des-. ces-.\!
}

Bu hissə işğalın qısa zamanda bitməsi üçün dua edən rus xalqını təmsil edir. Daha sonra fransız ordusunun hücumunu göstərmək üçün Fransanın dövlət himni olan Marselyeza səslənir. Fransızların getdikcə Moskvaya yaxınlaşmalarını göstərən hissə “Marselyeza” və rus xalq musiqisinin rəqabəti şəklində səslənir və iki ordunun döyüşməsini göstərir. Bu hissədə toplardan beş dəfə atəş açılır və bu atəşlər Borodino döyüşünü göstərir. Bu hissədə “Marselyeza”nın melodiyası daha qabarıqlaşır və rus xalq musiqisini batırır.

Bundan sonra gələn uzun eniş fransızların Moskvadan geri çəkilməsini təmsil edir. Bu hissənin sonunda əsərin başlanğıcında istifadə edilən himn melodiyası sələnir. Bunu duaya cavab kimi qiymətləndirmək olar. Uvertüranın finalında on bir top atəşi açılır və Tanrı çarı qorusun! melodiyası səslənir.[21]

Milli motivlərin anaxronizmi

[redaktə | mənbəni redaktə et]

Uvertürada “Marselyeza” Fransa dövlət himni kimi istifadə edilsə də, 1795-ci ildə o, Napoleon Bonapart tərəfindən qadağan edilmiş və 1805-ci ildə başlayan Rusiya hücumu zamanı istifadə edilməmişdir. Əsər Fransa dövlət himni kimi 1879-cu ildə - uvertüranın sifarişindən bir il əvvək bərpa edilmişdir ki, bu da onun Çaykovski tərəfindən nəyə görə istifadə edilməsini izah edə bilər.[22] I Napoleon rejiminin qeyri-rəsmi himni olmuş Veillons au salut de l'Empire mahnısı 1882-ci ilə kimi unudulmuş, “Marselyeza”nın əhəmiyyəti isə rus zadəganları arasında bilinən idi.

Çaykovskinin dövründə Rusiyanın dövlət himni Tanrı çarı qorusun! olsa da, 1812-ci ildə bu əsər hələ yazılmamışdı. 1815-ci ilə kimi Rusiyanın dövlət himni olmamış, həmin tarixdən 1833-cü ilə kimi isə himn, Tanrı kraliçanı qorusun! melodiyası ilə oxunan Rusların duası (rus. Молитва русских) olmuşdur.[23]

Əsərdə “İlahi, öz xalqını xilas et” melodiyası ordunun işğalından azad olmaq haqqında duanı ifadə edir.


{
\clef bass \key c \minor \time 3/4
\set Score.tempoHideNote = ##t
\tempo 4 = 60
r4 r4 \clef tenor <bes es'>8-.( <bes es'>-.) \mf
<d' f'>4(\< <es' g'>)\! <bes es'>8-.( <bes es'>-.)
<d' f'>8(\< <es' g'>) <es' as'>-.( <es' as'>-.) <es' as'>4\!~
<es' as'>2.\>
<es' g'>8-.( \mf <es' g'>-. <es' g'>-. <es' g'>-.) <es' g'>4~
<es' g'>\< <es' g'> <es' g'>
<d' f'>4.\f <d' f'>8-.( <d' f'>8-. <d' f'>8-.)
<es' g'>2 <c' es'>4 \mf
<d' f'>(\< <es' g'>) <bes es'>\!
<d' f'>8\<( <es' g'>) <es' as'>-.( <es' as'>-. <es' as'>-. <es' as'>-.\!)
<es' as'>-.(_\markup{\italic{cresc.}} <es' as'>-. <es' as'>-. <es' as'>-.\!) <es' as'>-.( <es' as'>-.
<es' as'>-. <es' as'>-.\!) <es' as'> <es' g'> <es' as'>4~
<es' as'>2.
}

Həmin himnin bir hissəsi “Bütün pravoslav xristianlara düşmənləri üzərində qələbə bəxş et” kimi tərcümə olunur. Bu himni əsərə əlavə etməklə Çaykovski Tanrının pravoslav ruslara fransızlar üzərində qələbə bəxş etdiyini göstərir.[24] Sonradan “Marselyeza” melodiyasının güclü səslənməsi rusların sanki məğlub olduqlarını göstərir. Daha sonra “İlahi, öz xalqını xilas et”“Tanrı çarı qorusun!” melodiyalarının birlikdə səslənməsi “Marselyeza”nın melodiyasını əvəz edir və bu zaman fonda zınqırovlar səslənir. Bu zınqırovlar Moskva kilsələrinin zənglərinə işarə edir.[25] Əsərdə zənglərin istifadə edilməsi mühüm əhəmiyyət daşıyır, belə ki, pravoslav inancında kilsə zəngləri İlahi səsi kimi qəbul olunur.[26]

İfa praktikası

[redaktə | mənbəni redaktə et]

Canlı ifa zamanı müasir dövrdə yaxşı öyrədilmiş hərbi personal və müasir döyüş topları istifadə edilir. 1800-cü illərdə istifadə edilən topların isə iki dəqiqə ara ilə on altı atışı dəqiqliklə həyata keçirməsi mümkün deyildi.[27]

Səsyazma tarixi

[redaktə | mənbəni redaktə et]

Əsərin məlum olan ilk orkestr səsyazması Kral Albert Holl tərəfindən Lendon Ronaldın dirijorluğu ilə top atəşləri və zınqırovlar xaric heç bir zərb alətinin iştirakı olmadan yazılmış və 1916-cı ildə “His Master’s Voice” tərəfindən 12 düymlük plastində satışa çıxarılmışdır.[28] Kral Opera Orkestrı tərəfindən təxminən həmin dövrdə edilmiş səsyazmasında da atəş açılmamışdır.[29]

Antal Doratinin dirijorluğu ilə 1954-cü ildə Minneapolis Simfonik Orkestrı ilə Vest-Pointdə yazılmış və Mercury Records tərəfindən yayımlanmış səsyazmasında Nyu Heyvendəki Yel Memorial Karillonundan və ABŞ-dakı yeganə Napoleon dövrü qoşa atan fransız topundan istifadə edilmişdir. İlk yayım zamanı valın bir tərəfində uvertüra, digər tərəfində isə Dims Teylorun top və zınqırov səslərinin istifadəsi haqqında mətni oxuması səslənirdi. Sonrakı yayımlanmalarda valın bir tərəfində uvertüra və Dims Teylorun mətni, digər tərəfində isə Çaykovskinin İtalyan kapriççiosu səsləndirilmişdir. 5 aprel 1958-ci ildə stereofonik səsyazma zamanı Riversayd kilsəsindəki Lora Spelman Rokfeller Memorial Karillonundan istifadə olunmuşdur. Bu yayımlanmada da Çaykovskinin “1812-ci il uvertürası”“İtalyan kapriççosu” birləşdirilmiş, qeydlər isə yenidən Dims Teylor tərəfindən səsləndirilmişdir. Sonrakı yayımlanmalar zamanı “1812-ci il uvertürası”Bethovenin Vellinqtonun qələbəsinin London Simfonik Orkestrı və topların iştirakı ilə yazılmış səsyazması bir valda birləşdirilmişdir.[30]

Kennet Olvinin “Decca” üçün yazılmış ilk səsyazmasında top atəşi yerinə yavaşladılmış odlu silah atəşindən istifafə olunmuşdur. 1963-cü ildə Robert Şarplz və London Festival Orkestrının ifasında yayımlanmış səsyazması sonradan “Decca” tərəfindən kvadrofon səsə uyğunlaşdırılmışdır.

Black Dyke Band əsərin nəfəsli alətlər orkestrı üçün uyğunlaşdırılmış variantının səsyazmasını həyata keçirmişdir. Qrupun “Symphonic Brass” albomuna daxil olan bu səsyazmasında original notlarda olduğu kimi top atəşlərindən istifadə edilmişdir.[31]

1967-ci ildə “Deutsche Grammophon” üçün Herbert fon Karayanın drijorluğu, Berlin Filarmoniya OrkestrıDon Kazakları Xorunun ifasında uvertüranın səsyazması həyata keçirilmişdir.[32]

1971-ci ildə CBS tərəfindən çıxarılmış[33] səsyazması Yujin Ormandinin drijorluğu ilə Filadelfiya orkestrı tərəfindən yazılmış və səsyazması zaman Mormon Tabernakl Xoru və real top atəşi səslərindən istifadə edilmişdir. Böyük Britaniya rok-zərbçisi Kozi Pouell 1979-cu ildə çıxarılmış Over The Top albomuna daxil olan eyni adlı mahnının sonunda uvertüranın musiqisindən istifadə edilmişdir.

Əsərin ilk rəqəmsal səsyazması 1979-cu ildə “Telarc” üçün Sinsinnati Simfonik Orkestrı tərəfindən həyata keçirilmişdir. Həmçinin bu səsyazmasında XIX əsrə aid tam çaplı hərbi topların atışından istifadə edilmişdir. Bu səsyazması “Telarc”ın bestselleri olmaqla qısa zamanda populyarlıq qazanmış və hi-fi səsyazma metodunun sınaqlarına başlanmasına səbəb olmuşdur. Yalnız ən yaxşı və daha düzgün qurulmuş alətlər top atəşi səslərinin düzgün səslənməsinə imkan vermis, səsyazması isə dinləyicilərin audio texnikalarının sıradan çıxmaması üçün düzgün quraşdırmaya səsləyən xəbərdarlıqla müşayət edilmişdir..[34][35][36] 1989-cu ildə “Swingle Singers” qrupu əsərin a kapella versiyasını yazdırmış və bu səsyazması qrupun “1812” adlı albomuna daxil olmuşdur.[37]

1990-cı ildə Çaykovskinin 150 illik yubiley tədbirləri çərçivəsində uvertüra bəstəkarın gənclik şəhəri olan Sankt-Peterburqda Sankt-Peterburq Filarmoniya Orkestrının ifasında yazılmış və 1880-ci il notunda olduğu kimi 16 döyüş topundan atəş açılmışdır. Bu səsyazması bəstəkarın məzarına mümkün qədər yaxın ərazidə həyata keçirilmişdir. Festival ABŞ televiziyasında ilk dəfə 9 mart 1991-ci ildə göstərilmişdir.[38][39] 2012-ci ilin sentyabrında Borodino döyüşünün 200 illik yubileyi münasobəti ilə Texasdan olan "The Invincible Czars" qrupu uvertüranın rok versiyasını ifa etmişdir.[40] Qrup ilk dəfə bu əsərlər Bartsvill, Oklahomada baş tutan 20-ci ənənəvi OK Motsart klassik musiqi festivalında klasssik musiqi orkestrı üzvləri ilə birlikdə çıxış etmiş, finalda isə atəşfəşanlıq edilmişdir.[41]

  1. https://www.youtube.com/watch?v=5R5tOTgfz4I.
  2. "Tchaikovsky Research : The Year 1812, Op. 49 (TH 49)". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2019.
  3. Lax, Roger; Frederick Smith. The Great Song Thesaurus. Oxford: Oxford University Press. 1989. səh. 230. ISBN 978-0-19-505408-8.
  4. 1 2 Felsenfeld, Daniel. Tchaikovsky: A Listener's Guide Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, p. 54. Amadeus Press, 2006.
  5. Cross, Milton. The Milton Cross New Encyclopedia of the Great Composers and Their Music, Volume 2. Doubleday. 1969. 1034.
  6. Ewen, David. Musicians since nineteen hundred: performers in concert and opera. Hw Wilson Company. 1978. 186. ISBN 0-8242-0565-0.
  7. Robinson, Harlow. Rzhevsky, Nicholas (redaktor). The Cambridge Companion to Modern Russian Culture. Cambridge University Press. 2012. 268. ISBN 978-1-107-00252-4.
  8. "Battle of Borodino". Encyclopædia Britannica. 2010. January 21, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2020.
  9. Zamoyski, Adam. Moscow 1812: Napoleon's Fatal March. London: Harper Collins. 2004. ISBN 0-00-712375-2.
  10. "Cathedral of Christ the Saviour: History". May 15, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2020.
  11. "Official website of the Cathedral of Christ the Saviour". Cathedral of Christ the Saviour. April 1, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2020.
  12. "Cathedral of Christ the Savior in Moscow: A Russian Allegory". 2008-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2020.
  13. "Churches Around the World Archive". 2008-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2020.
  14. "Russian national anthem "God Save the Tsar" in Tchaikovsky's music". 2006-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25. "Arxivlənmiş surət". Archived from the original on July 10, 2006. İstifadə tarixi: April 25, 2020.
  15. Everett Evans. "How did the '1812 Overture,' become a Fourth tradition?". Hearst Newspapers. June 29, 2012. November 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2020.
  16. Matthew Linder. "Independence Day Staple, the "1812 Overture" is a Story of God's Sovereignty Over Human History". Christ and Pop Culture. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2020.
  17. Andrew Druckenbrod. "How a rousing Russian tune took over our July 4th". Post-Gazette. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2020.
  18. "Malcolm Arnold – A Life in Symphonies". September 23, 2016. November 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2020.
  19. Tchaikovsky, Piotr Ilyich. 1812 overture: Marche slave, and ; Francesca da Rimini. Courier Dover Publications. 1996. ISBN 0-486-29069-7. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2020.
  20. "Lord Save Thy People and the 1812 Overture". orthodoxwoman (ingilis). September 14, 2012. March 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2019.
  21. Green, Aaron. "The History of Tchaikovsky's 1812 Overture". ThoughtCo. January 30, 2018. April 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2020.
  22. Ross, Stewart (2002). The French Revolution Events and outcomes. Evans Brothers, p. 69. ISBN 0-237-52292-6.
  23. Bohlman, Philip Vilas. The Music of European Nationalism: Cultural Identity and Modern History. ABC-CLIO. August 2004. səh. 157. ISBN 978-1-85109-363-2. July 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2011.
  24. Micholic, Peter. "Aftershocks of 1812: Nationalism and Censorship in Tchaikovsky's 1812 Overture". Adventures in Music History and Literature at St. Olaf. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2019.
  25. Starmer, W. "The Great Bell of Moscow". The Musical Times. 57 (887). 1916: 442.
  26. Batuman, Elif. "The Bells". The New Yorker. 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  27. Mordden, Ethan. A guide to orchestral music: the handbook for non-musicians (Reprint, illustrated). Oxford University Press US. 1986. ISBN 978-0-19-504041-8.
  28. ""Landon Ronald" at damians78s.co.uk". 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04. "Arxivlənmiş surət". Archived from the original on November 5, 2012. İstifadə tarixi: May 4, 2020.
  29. Smith, Alfred Emanuel. "New Outlook-Volume 145". Outlook Publishing Company, Inc. 1927. 24. 24 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2020.
  30. Kozinn, Allan. "Wilma Cozart Fine, Classical Music Record Producer, Dies at 82". New York Times. September 24, 2009. 17 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2020.
  31. "Symphonic Brass". Naxos.com. 1 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2020.
  32. "Peter Tchaikovsky*, Don Cossack Choir Serge Jaroff*, Berlin Philharmonic Orchestra*, Herbert von Karajan – Overture 1812 • Marche Slave • Romeo And Juliet". Discogs (ingilis). 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2020.
  33. "Eugene Ormandy, Philadelphia Orchestra*, Mormon Tabernacle Choir, Valley Forge Military Academy Band – Tchaikovsky: 1812 Overture". Discogs. 19 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2020.
  34. Robert Woods. "Bob Woods on Tchaikovsky's 1812 Overture and the History of Telarc". Youtube. October 5, 2018. November 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2020.
  35. Margaret Graham, J. Gordon Holt. "Recording of October 1979: The Telarc 1812 Overture". Stereophile. August 29, 2017. Archived from the original on October 29, 2019. İstifadə tarixi: May 4, 2020.
  36. Erich Kunzel, (Cincinnati Symphony Orchestra conductor). "Tchaikovsky 1812 Overture LP 180g Vinyl Cincinnati Symphony Orchestra Erich Kunzel Telarc Records USA". Vinylgourmet. 17 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2020.
  37. "1812 – The Swingle Singers". 2021-12-11 tarixində arxivləşdirilib.
  38. Americans Do Tchaikovsky in Russia Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine by Daniel Cariaga
  39. Review/Television; Soviet Concert Honors a Favorite Son Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine By James R. Oestreich
  40. "Napoleon's 1812 Bicentennial Indoor Picnic". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04. "Arxivlənmiş surət". Archived from the original on September 27, 2013. İstifadə tarixi: May 4, 2020.
  41. "OKMozart!". 2012-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04. "Arxivlənmiş surət". Archived from the original on August 7, 2012. İstifadə tarixi: May 4, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]