1848-1849-cu illər İtaliya inqilabı

1848-1849-cu illər
inqilabları
Fransa
Avstriya imperiyası:
   Avstriya
    Macarıstan
   Çexiya
   Xorvatiya
   Voevodina
   Transilvaniya
   Slovakiya
   Qalisiya
   Sloveniya
   Dalmasiya və İstriya
   Lombardiya və Venesiya
Almaniya
   Cənubi Prussiya
İtaliya dövlətləri:
   Siciliya
   Neapol krallığı
   Papa vilayəti
   Toskana
   Pyemont
Polşa
Valaxiya və Moldoviya
Braziliya

1848–1849-cu illər İtaliya inqilabıAvstriya imperiyasına qarşı çevrilmiş burju-demokratik inqilab, 1848-ci il üsyanlarından biri.

İnqilab ərəfəsində ictimai-siyasi vəziyyət

[redaktə | mənbəni redaktə et]

XIX əsrin birinci yarısında İtaliya hələ də parçalanmış halda idi. İtaliya torpaqlarının bir hissəsi Avstriya imperiyasının, bir hissəsi isə Burbonların hakimiyyəti altında idi.

Papa XVI Qriqorinin ölümündən sonra yeni papa olmağa əsas 2 namizəd var idi. Bunlardan biri italiyalı digəri isə avstriyalı idi. Sonda Romadakı Fransa səfiri olan Rossinin fəal diplomatik səyləri nəticəsində , gözlənilənin əksinə olaraq İtaliyalı nümayəndə qalib gəldi. Əsl adı (Covanni Mariya Mastai-Ferretti olan Kardinal IX Piy (Papa Pius) adı ilə Roma Papası oldu. Bu İtalyanlarda böyük sevincə səbəb oldu. IX Piy hakimiyyətə gələn kimi islahatlara başladı. İsveçrə qvardiyası buraxıldı, siyası məhbuslara amnitsiya verildi, 1847-ci ilin martında senzura yumşaldıldı, liberal fikirləriylə fərqlənən kardinal Kutsini dövlət katibi təyin etdi, Romanın idarə olunması üçün senat yaradıldı, ilk dəfə dövlət şurası və nazirlər şurası yaradıldı. İyunun 5 –də italyanlardan ibarət mülki qvardiya yaradıldı. Bütün bunlar İtaliyaya böyük sürətlə yayıldı. İtalyanların əksəri Papanın islahatlarının öz dövlətlərində də keçirilməsini tələb edirdilər. Papanın islahatları və vətənpərvərliyi italyanlarda vahid İtaliya üçün onun ətrafında birləşmək düşüncələrini gücləndirdi. Əhalinin ilk çıxışları Sardiniya krallığında başladı. Əhalinin təzyiqləri nəticəsində, kral islahatlar keçirdi-Milli qvardiya yaradıldı, senzura yumşaldıldı, Dövlət Şurası yenidən təşkil olundu.

İnqilabın başlanması

[redaktə | mənbəni redaktə et]

İlk silahlı çıxışlar isə Neopol krallığında başladı.1848-ci ilin yanvar ayının əvvəllərindən təbliğata başlayan inqilabçılar , elan olunduğu kimi yanvar ayının 12-də Palermoda silahlı üsyana başladılar. Üsyan qalib gəldi , üsyan dalğası Siciliyaya da yaıldı , burada da qələbə qazanan üsyançılar Müvəqqəti Hökumət yaradirlar.1848-ci ilin mart ayında Sardiniya krallığında çıxışlar yenidən başladı , kral Karl Albert konstitutsiya verməyə məcbur oldu. Bunun ardınca digər İtaliya dövlətləri də konstitutsiya verməyə məcbur oldular. Danışdiğımız İtaliya dövlətlərindən fərqlı olaraq Lombardiya və Venesiya əyalətləri Avstriya imperiyasının hakimiyyəti altında idi. Burada almanlar əleyhinə 1848-ci ilin yanvarayından çıxışlar başladı. Avstriya əleyhinə siqaret qadağan edildi. Çünki tütün ticarətinə Avstriyalılar nəzarət edirdi. Bu çıxışların nəticəsi olaraq, Venesiyada 1848-ci ilin mart ayının 18-l Venesiya respublika elan olundu. Tarixə bu respublika Müqəddəs Marko meydanında elan olunduğu üçün Müqəddəs Mak Respublikası kimi düşmüşdür. Respublikanın rəhbəri Malin oldu. Milan üsyanı nəticəsində Avstriya qoşunları bir qala istisna olunmaqla Lombardiyadan tamamilə çıxarıldı.

Bütün İtaliya bu hadisələri həyəcanla izləyirdi , İtalyanların əsəs ümidi Sardinya kralı Karl Albertə idi , çünki ən güclü İtaliya dövləti onun dövləti idi , həmçinin də 1847-ci ildə keçirilən İtaliya Kənd Təsərrüfatı Cəmiyyətinin konfrasına yazdıgı məktubda bildirmişdi ki , Tanrı ona qismət etsə , o İtalıyanın birliyi uğrunda vuruşmağa hazırdır. Necə ki , Şeyx Şamil bunu Rusiyaya qarşı etmişdi. İndi bütün İtaliya ondan sözünün üstündə durmağı gözləyirdi. Lombardiya və Venesiyada olan hadisələr onu 1848-ci ilin 23 martında Avstriyaya müharibə elan etməyə vadar etdi. Ona Papalıdan və Neopoldan kömək üçün qoşun göndərildi, lakin Karl Albert bu qoşunları qəbul etmədi. Könüllü dəstələr isə geri dönməyə razı olmadılar. İlk döyüşlər Sardinya qoşunları üçün uğurlu oldu, lakin 1848-ci ilin iyul ayının 24-də Kustoza döyüşündə ağır məğlubiyyətə uğradılar. Bunun ardınca Karl Albert 1848-ci ilin avqust ayında Avstriya ilə Salasko sülhünü imzaladı. Sülhə görə müharibədən əvvəlki vəziyyət bərpa edildi.

Respublikaların yaranması

[redaktə | mənbəni redaktə et]

1848-ci ilin avqust ayında Toskanada çıxışlar daha da radikallaşır.Toskana hersoqu V Leopold məşhur İtaliya liberalları olan Montanelli və Qvaresenin iştirakı ilə liberallardan ibarət hökumət yaradır. Yeni hökumət İtalyanın birləşməsini müzakiə etmək üçün İtaliya dövlətlərini Bolonyaya dəvət edir. Papa bunu müdafiə edir. 1848-ci ildə Papalığın hökumət başçısı Rossinin müəmmalı qətlindən sona Roma əhalısı yenidən ayağa qalxır. Sonda Papa Romadan qaçmağa məcbur olur. Bundan sonra Cüzeppe HaribaldiCüzeppe Madzini Romaya gəlirlər.1849-cu ilin yanvar-fevral aylarında Müəssislər Məclisi çağırılır. Cüzeppe Haribaldinin səyləri nəticəsində Roma fevral ayının 8-də respublika elan olunur. Bu zaman Toskanada yenidən qalxan çıxışlar nəticəsində , Toskanada respullika elan olunur. Toskanada Madzini və Arminiyinin başçılığı ilə Triumbunat yaradılır. Triumbunatın tədbirləri :

  1. Kilsənin əmlakı müsadirə edilir və satışa qoyulur
  2. Mayorat ləğv edilir
  3. Dən üyüdülməsi üçün ödənilən vergi ləgv olunur
  4. Gömrük rüsumları azaldılır
  5. Sənaye və ticarət burjuaziyasına maliyyə güzəştləri edilir
  6. Varlı əhali üzərinə progressiz vergilər qoyulur

Bununla da inqilab gedişində İtaliyada 3 respublika yaradılır. Hər 3 respublika birləşmək haqqında qərar qəbul edir, lakin Papa kömək üçün Fransa , İspaniyaAvstriyaya müraciət edir.

Venesiyalılar Avstriyaya qarşı müdafiə olunarkən

İnqilabın yatırılması

[redaktə | mənbəni redaktə et]

Karl Albert bu zaman Avstriya ilə barışığı pozur və 1849-cu ilin mart ayının 20-də müharibə elan edir , lakin elə mart ayının 25-də Albert Chrzanowskinin başçılıq etdiyi Sardinya qoşunları Navaro döyüşündə ağır məğlubiyyətə düçar olur. Avqustda imzalanmış müqaviləyə görə Karl Albert taxtdan oğlu Emanuelin xeyrinə əl çəkir , müharibədən əvvəlki vəziyyət bərpa olunur , həmçinin Sardinya 65 milyon frank təzminat verir. 1849-cu ilin may ayında Toskanada inqilab yatırılır. Yalnız Roma və Venesiya qalır. Papanın çağırışı ilə Fransa qoşunları 1849-cu ilin may ayında Charles Oudinotın başçılığı ilə Romaya gəlir. Romanın müdafıəsinə Cüzeppe Haribaldı başçılıq edirdi. Madzını və Haribaldı arasında olan fikir ayrılıqları sonra Romanın müdafiəsi üçün böyük qoşunun yaradılmasına məne olur. İyul ayının 2-də Roma konstittusiyası qəbul olunur , lakin bu kağız üzərində qalır , çünki iyul ayının 3-də Roma Fransızlara təslim olur , Papa yenidən Romaya qayıdır. Respublika ləğv edilir. Avstriya qoşunları isə Venesiyanı mühasirəyə alır. Şəhərin müdafiasinə Danieli Manin və Guglielmo Pepe başçılıq edirdi.[1] Şəhər avqust ayının 24-də təslim olur. Bununlada İtaliya inqilabı yatırılır. İtaliyanın birləşdirilməsi uğrunda aparılmış iki müharibə uğursuzluqla nəticələnir. Demək olar ki , bütün İtaliya dövlətlərində qəbul edilmiş konstitutsiya sonda yalnız Sardinyada (Sardinya-Piemont krallığı) qüvvə də qalır.

  • Rapport, Michael. 1848: Year of Revolution (2010) səh. 79–93
  1. Denis Mack. Mazzini (1996)