2-ci Ordu Korpusu (erm. 2-ին բանակային կորպուս) — Ermənistan ordusunun Geğarkunik vilayətinin Çaxırlı məntəqəsində yerləşən regional hərbi birləşməsi.[1][2] 2-ci Ordu Korpusu Birinci dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.[3]
2-ci Ordu Korpusu | |
---|---|
Ölkə |
Birinci Qarabağ müharibəsində Ağdam döyüşü zamanı digər əlavə qüvvələrlə yanaşı, 2-ci Ordu Korpusu da şəhərin ələ keçirilməsində iştirak etmişdir.[4] 29 sentyabr 2015-ci ildə korpusu Ermənistanın müdafiə naziri Seyran Ohanyan ziyarət etmişdir.[5]
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan KİV-ləri məlumat yaymışdılar ki, korpusun şəxsi heyəti xeyli canlı qüvvə və texnika itkisi səbəbindən Kəlbəcərdən geri çəkilməyə məcbur olmuşdur.[6]
19 yanvar 2023-cü ildə Ağkilsə kəndində hərbi kazarmada baş vermiş yanğın nəticəsində korpusun 15 hərbçisi həlak olmuş, 7-si yaralanmışdır.[7] Bu, Ermənistan Silahlı Qüvvələri tarixində ən ölümcül qeyri-döyüş hadisəsi idi və nəticədə komandir Vahram Qriqoryan istefaya göndərilmişdir.[8]