Orlando gecə klubu gülləbaranı (ing.Orlando nightclub shooting, həmçinin Orlando gecə klubu qırğını[6][7][8] (ing.Orlando nightclub massacre)) - ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda 12 iyun 2016-cı il radələrində səhərə yaxın baş vermiş gülləbaran hadisəsidir. Hadisə nəticəsində qatil də daxil olmaqla 51 nəfər ölmüş, 53 nəfərdən çox insan isə yaralanmışdır.[9][10]
Hadisə 12 iyun2016-cı ildə ABŞ-nin Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gey gecə klubunda baş vermişdir. Hücum baş verdiyi vaxt klubda hər həftə şənbə günü təşkil olunan yığıncaq təşkil olunmuşdu ki, bu yığıncağa da daha çox Latın Amerikan mənşəli müştərilər gəlirdilər.[20] Təxminən 2:00 am radələrində klubda 320 nəfər[21] olduğu vaxt Mətin atəş açmağa başlamışdı. O, AR-15-tipli tüfəng və tapança ilə silahlanmışdı.[21][22][23] Orlando Polis Departamentinin gecə klubunda əlavə vaxtla çalışan polis zabiti Mətinə cavab atəşi açmışdı.[24] Tezliklə həmin zabitə daha iki polis zabiti qoşulmuş və Mətini ələ keçirməyə çalışmışlar.[25][26] Daha sonra klubda irəliləyən[21][26][27] Mətin məkanın sahiblərini girov götürmüşdü.[21][22][23] Hadisə yerinə OPD və Oreync qraflığının şerif idarəsindən 100-ə yaxın polis zabiti cəlb olunmuşdu.[22]
Klubun içində əsir alınmış şəxslər hadisənin baş verdiyi zaman yaxınlarına və dostlarına zəng etmiş və sms-lər yazmışlar. Onlardan bəzisi silah səsləri eşitməsini xəbər vermişdir.[28][29] Bir çoxları yüksək musiqi səsi və qaranlıqla müşayiət olunan panika və qarışıqlıq mühitini təsvir etmişdir. Hadisə zamanı klubda olanlardan biri hücumçudan qorunmaq üçün tualetdə cəsədlərin altında gizlənmişdir.[30] Artistlərdən bəzisi gülləbaran başlayan kimi qrim otağında gizlənmiş, daha sonra isə polisin köməkliyi ilə hava soyuducusu xətti ilə xilas edilmişdir. Barmen xanımlardan biri şüşə barın arxasında gizlənməyə müvəffəq olmuşdu.[30] Bar sahibləri isə yaralananlara kömək etməyə çalışmışlar. 2:11 a.m.-də gülləbaranın başlamasından doqquz dəqiqə sonra klubun Facebook səhifəsində “Hər kəs “Pulse”-dan çıxsın və qaçsın” deyə məlumat yazılmışdı.[31]
Onlarla ilkin müdaxilə dəstələri, o cümlədən OPD polis zabitləri, Oreync qraflıqından olan millət vəkilləri və FBI agentləri, həmçinin həkimlər və yanğınsöndürənlər baş verən hadisələri təsvir etmişlər.[34] Münaqişəni sakitlləşdirmək üçün danışıqlar olmamışdır[35], çünki, Mətin içəri girərək klubdakı şəxsləri əsir almışdır.[2][34] Zabitlər əvvəlcə onun təhlükəli ola biləcək hansısa xüsusi cihazla silahlandığını düşünsələr də, sonradan bu fikir özünü doğrultmamışdır.[36] Hadisənin xüsusiyyətini nəzərə alan polis əməkdaşları insidentin qiymətləndirilməsi, zirehli maşınların gəlməsi və kifayət qədər personala malik olmalarının müəyyən edilməsi üçün üç saat ərzində gözləməli olmuşlar.[22]
Saat 2:22 a.m.-də Mətin 9-1-1-ə zəng edərək İŞİD-ə sadiqliyini etiraf etmişdir. Zəng zamanı o həm də Boston marafonu terror hücumunu törətmiş Tamerlan və Coxar Tsarnayevlərin adını çəkmişdir.[22]
3:58 am-də OPD klubda silahlı atışma baş verməsi və çoxsaylı yaralıların olması haqqında məlumat yaymışdır. OPD rəsmiləri vətəndaşlara klubun yerləşdiyi əraziyə yaxınlaşmamağı məsləhət görmüşdür.[22]
Təxminən 5:00 am-də binaya daxil olan SWAT zabitləri qoruyucu sədlər istifadə etməklə irəliləmiş və Mətinin fikrini yayındırmaq üçün iki fleş-partlayış törətmişlər.[37] On bir zabitin iştirak etdiyi atışmada Mətin öldürülmüşdür.[38] Beş dəqiqə sonra polis bomba heyətinin nəzarət edilən bir partlayış törətməsini elan etmişdir.[22][35] Saat 5:53 am-də Mətinin öldürülməsi təsdiqlənmişdir.[22] Əməliyyat nəticəsində 30 əsir azad edilmiş, bir zabit isə gözündən güllə zərbəsi alaraq hospitala yerləşdirilmişdir.[11][39][40] Polislər kluba daxil olduqdan sonra içəridə 39 nəfərin, küçədə isə iki nəfərin öldürülməsi dəqiqləşdirilmişdir.[2][37]
Hadisə nəticəsində ən azı 49 nəfər həlak olmuş, 53 nəfər isə ağır yaralar alaraq yerli xəstəxanalarda cərrahi müdaxiləyə məruz qalmışdır.[2][9][11][41][42][43][44][45] Bu göstəricilər ilə hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran[46][47], ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət[48] və 2001-ci ilin 11 sentyabr terror hadisələrindən sonra ABŞ-də ən böyük terror hadisəsi[30][49] kimi tarixə keçmişdir.
Hadisə yerində 38 nəfərin öldürüldüyü elan edilmiş, 11 nəfərin isə xəstəxanaya çatdırıldıqdan sonra ölməsi müəyyən edilmişdir.[30][37] Gecə klubundan üç məhəllə aralıda yerləşən Orlando Regional Tibb Mərkəzi ən yaxın xəstəxana olduğuna görə yaralıların bir çoxu oraya aparılmış, lakin, şəhərdəki digər iki xəstəxana da bəzi yaralıları qəbul etmişdir.[34] Aşağıdakı şəxslərin qətlə yetirilməsi təsdiqlənmişdir[50]:
Gülləbarandan sonra hadisəni təşkil edən və törədən şəxsin 29 yaşlı Ömər Mətin adlı şəxs olması müəyyən edilmişdir[9]. ABŞ vətəndaşı olan Mətin Nyu-Hayd Park, Nyu-Yorkda, Kuins borosu ərazisində doğulmuşdur.[51][52] Valideynləri əfqan[53][54] mənşəli olan Mətin özü isə müsəlman[54] olmuşdur. Gülləbaran hadisəsini törətdiyi zaman o, Orlando şəhərindən 160 km (100 mil) aralıda yerləşən Florida ştatının Fort Pirsi şəhərində yaşayırdı.[55][56][57] Cinayətin törədilməsi zamanı Nur Zahi Salman adlı ikinci həyat yoldaşı ilə evli olan Mətinin azyaşlı oğlan uşağı da vardı.[58] İstintaqla məşğul olan mütəxəssislərin Associated Press-ə verdiyi məlumata görə Salmanın həyat yoldaşının belə bir iş planlaşdırmasını bildiyi güman edilir, lakin yalnız bu gümana əsaslanaraq onu ittiham etmək mümkün deyil.[59]
2006-2007-ci illərdə Mətin yeddi ay ərzində Florida İslah İdarəsində həbsxana gözətçisi kimi çalışmışdır. 2007-ci ildə Mətin “G4S Secure Solutions” tərəfindən mühafizəçi vəzifəsinə işə götürülmüş və ömrünün axırına kimi bu vəzifədə çalışmışdır.[60][61] Şirkət Mətinin iki dəfə sınaqdan keçirildiyini bildirir - ilk dəfə işə götürüldüyü zaman, ikinci dəfə 2013-cü ildə - hər iki dəfə təhlükəli hal aşkar edilməmişdir.[62] Mətin aktiv şəkildə çalışaraq odlu silah daşıma lisenziyası və mühafizəçi lisenziyası almışdır.[63] O, psixoloji testdən keçirilmiş və cinayətə meyllilik aşkar edilməmişdir.[64] Keçmiş kolleqası Mətini “əsəbi və qeyri-sabit” şəxs kimi təsəvvür edərək deyir ki, o, “tez-tez insanların öldürülməsindən danışır, geylər, zəncilər, qadınlar və yəhudilərə nifrətini ifadə edirdi.”[29][65]
2009-cu ildə Mətin ilk dəfə ailə qursa da, dörd aydan sonra ayrılmışdır; cütlüyün ayrılması 2011-ci ilin iyulunda rəsmiləşdirilmişdir. Gecə klubunda gülləbaran hadisəsinin baş verməsindən sonra onun keçmiş həyat yoldaşı deyir ki, Mətinin “ciddi daxili narahatlıqları var idi”; i əlavə edir ki, Mətin ona fiziki təzyiq göstərmiş və steroidlərdən istifadə etmişdir.[66][67][68]
2011-2012-ci illərdə Mətin ümrə üçün iki dəfə Səudiyyə Ərəbistanına səfər etmişdir.[69] Səudi rəsmiləri ilə müzakirələrdən sonra FBI direktoru Ceyms Komi demişdir ki, bu səfərlər zamanı hər hansı təhlükəli əlaqələrin olması aşkar edilməmişdir.[69][70]
2013-2014-cü illərdə Mətin FBI-ın maraqlandığı şəxs olmuşdur. Tədqiqatlara Mətinin kolleqalarına Əl-Qaidə ilə qohumluq əlaqəsinə malik olması və Hizbullahın üzvü olması haqqında məlumat verməsindən sonra başlanmışdır.[71] 2014-cü ildə Mətinin Suriyaya gedərək orada bombalı terror aktı törətmiş ABŞ vətəndaşı Moner Məhəmməd Əbu Salha ilə əlaqəsi olmuşdur. Bu iki araşdırma ilə bağlı Mətin üç dəfə dindirilmiş, şübhəli bir məqam aşkarlanmadığına görə hər iki tədqiqat bağlanmışdır.[63][72][73]
Polis akademiyasında Mətinlə bir yerdə təhsil almış yoldaşlarından biri (KİV-də adı yayımlanmayıb) Mətinin onunla romantik münasibətdə olmasını, dərsdən sonra birlikdə müxtəlif gey barlarda birlikdə vaxt keçirdiklərini, həmçinin Mətini gey hesab etdiyini deyib.[74] O, həm də bildirib ki, Mətin “cəmiyyətdən təcrid olunmuş” həyat sürürdü və “heç kim onu sevmirdi”.[75]“Orlando Sentinel”in verdiyi məlumata görə hadisə zamanı klubda olmuş insanlardan ən azı dörd nəfəri Mətinin onlarca dəfə kluba gəlməsini görmüşdür. Bəzi hallarda Mətin bir küncə çəkilərək içmiş, bəzi hallarda isə o dərəcədə sərxoş olmuşdur ki, səsküy salmışdır.[51] Şahidlərdən biri gülləbaranın başlamasından bir saat əvvəl Mətini klubdan kənarda tanımış (daha sonra telefonunu yoxlamaq üçün FBI-a təqdim etmişdi), gülləbarandan bir il əvvəl isə gey tanışlıq proqramında Mətinlə “Jack'd” adı altında yazışmışdır.[76] Digər bir şahidin sözlərinə görə Mətin geylərlə onlayn ünsiyyət üçün Grindr və Adam4Adam proqramlarından istifdə etmiş və hər iki saytda şəkillərini yayımlamışdır.[74] Üçüncü şahid isə Mətinin klubda kişilərlə yaxınlıq etməyə çalışmasını demişdir.[77]
Ömər Mətinin atası Siddiq Mir Mətin bildirir ki, hadisənin baş verməsindən bir neçə ay əvvəl Ömər Mayaminin Beysayd Marketpleys ərazisində gey cütlüyün öpüşməsini görmüşdür və ola bilsin ki, bu hadisə onu motivasiya edən səbəblərdən biri olmuşdur.[78][79] İki gün sonra tədqiqat prosesində oğlunun seksual maraqlarının ortaya çıxmasından sonra atası səsləndirdiyi ehtimaldan imtina etsə də, oğlunun gizli homoseksual və ya biseksual həyat yaşamasından xəbərsiz olmasını və buna inanmadığını demişdir.[80]
NBC News-un verdiyi məlumata görə Mətinin həyat yoldaşı bir dəfə onu "Pulse" barına qovmuşdu, çünki, əslində o, barda olmaq istəyirdi.[81] Tədqiqatçıların məlumatına görə hədəf axtarışında olan Mətin ilk öncə Orlando ərazisində yerləşən Walt Disney World parkına gəlmişdi.[69]
Gülləbaranın baş verməsindən əvvəl Mətin Port Sent-Luis də qanuni yolla iki adlu silah əldə etmişdir.[82]
“OneBlood”ın çağırışından sonra bir çox insanlar yerli qanvermə mərkəzləri və qanmobayllar qarşısında növbəyə düzüldülər.[83][84] Qan ianələrinin çoxalması və hadisənin gey barda baş verməsi uzun müddətdir müzakirə olunan və xeyli tənqid edilən kişi ilə cinsi əlaqədə olmuş kişinin qan donoru olmasını məhdudlaşdıran qanunu yenidən diqqət mərkəzinə gətirdi.[85][86] Mərkəzi Floridadakı LGBT Cəmiyyəti Mərkəzi sağ qalanlar üçün məsləhət mərkəzi təşkil etdi.[87] Kampinq Uorld Stadionunda zərərçəkənlərə yardım mərkəzi açılmışdır.[88]
Əməliyyat zamanı polisin tətbiq etdiyi taktikanı tənqid edən mütəxəssislər əvvəllər baş vermiş bu cür hadsələri nümunə almalı olan polisin hətta özü üçün böyük təhlükə olmasına baxmayaraq təcili şəkildə kluba girməli və təhlükəli şəxsi neytrallaşdırmalı olduğunu bildirmişlər.[89]
Facebook “Təhlükəsizlik yoxlaması” (ing.Safety Check) sistemini aktivləşdirmişdir ki, Orlando ərazisində olanlar yaxınlarına təhlükəsizlikdə olmaları haqqında məlumat verə bilsinlər və bu həmin funksiyanın ABŞ ərazisi üçün ilk tətbiqi olmuşdur.[90][91]
Gülləbarandan sonra ABŞ ərazisindəki ticarət molları, kinoteatrlar və konsert zalları kimi məkanlarda təhlükəsizlik qaydaları gücləndirilmiş[92], gey prayd festival təşkilatçıları və Prayd ayı çərçivəsində təşkil olunacaq digər tədbirlərin təşkilatçıları əlavə təhlükəsizlik qaydaları nəzərə almaqla yanaşı, həm də çoxsaylı polis heyəti cəlb etmək qərarına gəlmişlər.[92][93]
Orlando Polis Şefi Con Mina qeyd edir ki, Mətinin bədənindən SIG Sauer MCX yarım-avtomat tapançanın güllələri aşkarlanmışdır.[94][95][96] Mətin ümumilikdə klubdakı şəxslər və polisə 202 dəfə atəş açmışdır.[97] Mətinin avtomobilindən A .38 Smith & Wesson revolveri aşkarlanmışdır ki, bu silah da gülləbaran zamanı istifadə olunmamışdır.[96]
Mina gülləbaran hadisəsini “tənha canavar”ın daxili terrorizm aktı adlandırmışdır. Oreync qraflığının şerifi Cerri Deminqs deyir ki, “Baş vermiş bu hadisəni daxili terrorizm aktı kimi qiymətləndirmək olar.” İslam haqqında verilmiş suala FBI agenti Ronald Hopper belə cavab verir: “Ehtimal etmək olar ki, şəxs bu və ya digər bir ideologiyaya meylli olmuşdur. Lakin, hazırda bu haqqda konkret nəsə demək mümkün olmadığından biz bütün versiyalar üzərində çalışırıq.”[21] Mina demişdir ki, Mətin lokal ərazidə cinayəti planlaşdırmış və hazırlıq görmüşdür. FBI gülləbaran haqqında məlumat almaq üçün qaynar xətt yaratmışdır.[87]
13 iyun 2016-cı ildə FBI direktoru Ceyms Komi müxbirlərə deyir: “Biz hələ də, bu hadisənin ABŞ-dən kənarda sifariş edilmiş bir cinayət olması və ya hansısa terror şəbəkəsi ilə əlaqəsi haqqında bir məlumat əldə edə bilməmişik.” ABŞ Kəşfiyyat Birliyi bildirir ki, “böyük ehtimal ki, qatil ən azı qismən internet vasitəsiylə radikallaşdırılmışdır”[73] və tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, “o, xarici terror təşkilatlarından ilhamlanmış və ya nümunə götürmüşdür.”[98] Komi həmçinin qeyd edir ki, o, FBI-ın iş və metodlarını nəzərdən keçirəcək. Mətinə qarşı hansısa başqa bir davranışın göstərilməsi haqqında verilmiş suala isə o cavab vermişdir ki, “...sözün düzü mən hələ də bu sualın dəqiq cavabını verə bilmərəm.”[99]
ABŞ rəsmiləri bildirirlər ki, ola bilsin, İŞİD Mətini birbaşa əlaqə[100], təlim və ya instruktaj olmadan ilhamlandıra bilərdi[101][102][103]; məsələn 2015-ci ildə San Bernardinoda baş vermiş hücumun təşkilatçısı “avto-radikallaşdırılmış” şəxs olmuşdur.[29][104] İsrailin Milli Təhlükəsizlik Tədqiqatları İnstitutundan Yoram Şveytzer qeyd edir ki, Mətin İŞİD-in adını törətdiyi əməli məşhurlaşdırmaq üçün istifadə etmişdir və hadisədən əvvəl İŞİD-in bu şəxs haqqında məlumatlı olması inandırıcı deyil.[101]
Gülləbaranın baş verməsindən sonra federal, ştat və yerli hüquq-mühafizə orqanlarının (FBI, ATF, Florida Hüquq-Mühafizə İdarəsi, Sent-Luis şerifi və Fort-Pirs Polis İdarəsi) nümayəndələri Mətinin Fort Pirs və Port Sent-Luisdə yaşadığı evlərdə olmuşlar. Fort Pirsdəki evdə yoxlama aparılarkən mümkün partlayıcı materiallarda qorunmaq üçün axtarış dəstəsinə bomba təhlükəsizləşdirici heyət də daxil edilmişdir.[105]
Gülləbaran zəif qorunan vətəndaş obyektlərinə yönləndirilmiş yüngül məqsədli daxili terrorizm kimi qiymətləndirilmişdir.[106] Gülləbarandan sağ xilas ola bilmiş Peyşens Karter bildirir ki, Mətin ABŞ-nin onun ölkəsini bombalamağı dayandırmasını istəyirdi.[107][108]
Florida Qubernatoru Rik Skott bütün zərərçəkənləri dəstəkləyən bəyanat yaymış və təxirəsalınmaz əməliyyatlar mərkəzinin insident monitorinqi keçirdiyini bildirmişdir.[109] Skott Floridanın Oreync qraflığı[110], şəhər meri Buddi Dayer isə Orlando şəhərində fövqəladə vəziyyət elan etmişdir.[111]
Obama administrasiyası zərərçəkənlərə baş sağlığı verən bəyannamə yaymışdır. Prezident Barak Obama müraciət edərək istintaqın aparılmasında federal hökumətə istənilən kömək etməyə və cəmiyyətdə ehtiyac olacaq istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirmişdir.[112] Nitqində o, hadisəni “nifrət aktı” və “terror aktı” adlandırır.[56][113][114] Həmçinin prezident bütün ölkə ərazisində dövlət bayraqlarının yarıya qədər endirilməsi haqqında proklomasiya imzalamışdır.[115] 13 iyunda Ağ Ev prezidentin 16 iyunda zərərçəkənlərin ailəsi ilə görüşmək üçün Orlandoya gedəcəyini açıqlamışdır.[116] Obama demişdir ki, “Pulse” “yalnız bir gecə klubu deyildir. – Bura həmrəylik, hüquqların və imkanların genişləndirilməsi, insanların maarifləndirməni artırmaq, öz fikirlərini söyləmək və vətəndaş haqqlarını qorumaq üçün bir yerə toplaşdıqları yerdir.”[117] 16 iyunda Prezident Obama Vitse-prezident Co Baydenlə birgə Orlandoya gələrək memoriala çiçək qoymuş və vəfat etmiş şəxslərin ailə üzvləri ilə görüşmüş, onlar qarşısında nitq söyləmişdir.[118]
Amerikan Müsəlman Cəmiyyəti birmənalı olaraq hücumu pisləmişdir.[119][120] Ölkə boyunca bütün məscidlərdə hadisə zamanı öldürülmüş şəxslərin xatirəsinə dualar oxunmuşdur.[121] Mətinin hərdən ziyarət etdiyi Florida məscidi bəyanatla çıxış edərək hadisəni pisləmiş və ölənlərin ailəsinə başsağlığı vermişdir.[122] Hadisəni “dəhşətli” adlandıran Amerika-İslam Münasibətləri Şurası (AİMŞ) qurbanların ailəsinə başsağlığı verərək deyir: “Müsəlman cəmiyyəti amerikan vətəndaşlarımıza qoşularaq istənilən şəxs və ya qrup tərəfindən törədilmiş bu cür dəhşətli hadisələri pisləyir.” AİMŞ müsəlmanları qan vermə aksiyasında və qurbanların ailəsinə dəstək üçün maddi yardımda iştiraka səsləmişdir.[119][123]
ABŞ prezidentliyinə namizədlər, Konqres üzvləri, digər siyasi fiqurlar, xarici liderlər və müxtəlif selebritilər baş vermiş hadisəni müxtəlif şəkildə pisləyərək, qurbanların ailələrinə başsağlığı vermişlər. ABŞ-nin müxtəlif şəhərlərində, eləcə də bir çox ölkələrdə insanlar hadisə qurbanlarını yad etmək üçün bir yerdə toplaşaraq ABŞ bayraqları və LGBT bayraqları qaldırmış, amerikan xalqı və LGBT cəmiyyəti ilə həmrəylik elan etmişlər.[124] Vigils were held, or are being planned, in various cities and countries around the world to mourn those who were killed in the shooting.[125]
Ştatın ən böyük LGBT hüquqları qrupu olan “Equality Florida” hadisə qurbanlarının ailələrinə yardım etmək üçün kompaniya başlamış də ilk on saat ərzində $767,000 toplaya bilmişdir.[90][126][127] 15 iyunda məbləğ $4.25 milyona çatmışdır ki, bu da “GoFundMe” üçün rekord nəticə olmuş, buna baxmayaraq məbləğ artmağa davam etmişdir.[128][129][130] Digər bir yardım kompaniyası isə Orlando meri Buddi Dayer tərəfindən başladılmış “OneOrlando” kompaniyasıdır.[131] Hadisənin baş verdiyi yerin yaxınlığında “Walt Disney World Resort” əyləncə parkına sahib olan “The Walt Disney Company” merin kompaniyasına $1 milyonla dəstək olmuşdur.[132][133]
Mətinin atası Siddiq Facebook-dakı sosial hesabı vasitəsiylə dari dilində yaydığı müraciətdə oğlunun əməllərindən bəhs etmişdir.[134]
İŞİD hadisə ilə bağlı heç bir açıqlama verməsə də, terrorçu qrup tərəfdaşları tərəfindən idarə edildiyi güman olunan “Online Dawah Operations” adlı “Telegram” hesabında Mətinin törətdiyi terror təriflənmişdir.[135] Bəzi xəbər agentlikləri hadisəyə görə öhdəliyin İŞİD tərəfindən üzərinə götürülməsini bildirmişlər.[136][137] Bu məlumatlar Amaq xəbər Agentliyinin[138] “Orlando, Floriada gey gecə klubunda İŞİD tərəfindən törədilmiş gülləbaranda 100 nəfər öldürülməsi” haqqında xəbərinə istinadən yayımlanmışdır.[139] 13 iyunda İŞİD-in radio stansiyası Əl-Bayan bildirmişdir ki, Mətin “Xilafətin Amerikadakı əsgərlərindən biri idi” lakin onların gülləbaran haqqında heç bir göstərişi olmamışdır.[101]
↑Jones, Elliott. "Who is Omar Mateen?". Treasure Coast Newspapers. June 12, 2016. June 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2016.
↑"Mass shooting at Pulse nightclub in Orlando, Florida". The Australian. June 12, 2016. June 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2016. The FBI has described the shooting as "an act of terrorism" and say they suspect the shooter had ties to radical Islam.
↑"Omar Mateen's Wife Tried to Talk Him Out of Orlando Attack, Sources Say". NBC News. 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-15. Omar Mateen's wife, Noor Zahi Salman, told the FBI she was with him when he bought ammunition and a holster, several officials familiar with the case said. She told the FBI that she once drove him to the gay nightclub, Pulse, because he wanted to scope it out.
↑Weaver, Jay; Ovalle, David. "Terror enemy No. 1: Lone wolves like Orlando killer Omar Mateen". The Miami Herald. June 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 16, 2016. One person, perhaps beset by some mix of mental and personal issues, who 'self-radicalizes,' proclaiming an affinity for Islamic extremists and acting on it alone with easily accessible high-powered weapons. That's what investigators believe the 29-year-old security guard from Fort Pierce did on Sunday morning, killing 49 and wounding 53 others at the Pulse nightclub in Orlando.