2019 UEFA Millətlər Liqası Finalları — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir.[1] Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[2] Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir.
2019 UEFA Millətlər Liqası Finalları | |
---|---|
Fase Final da Liga das Nações da UEFA de 2019 | |
39°00′02″ şm. e. 9°00′17″ q. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | |
Ev sahibi şəhər | Portuqaliya |
Tarix | 5–9 İyun |
Başlama tarixi | 5 iyun 2019 |
Bitmə tarixi | 9 iyun 2019 |
Komanda sayı | 4 |
Stadion sayı | 2 (2 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Portuqaliya (1-ci dəfə) |
Gümüş medalçı | Niderland |
Bürünc medalçı | İngiltərə |
Dördüncü yer | İsveçrə |
Yarış statistikası | |
Oyun sayı | 4 |
Qol sayı | 9 (matç başına: 2.25) |
Tamaşaçı sayı | 127067 (matç başına: 31767) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Kristiano Ronaldo (3 qol) |
Ən yaxşı oyunçu | Bernardo Silva |
Ən yaxşı gənc oyunçu | Frenki de Yonq |
2021 → |
Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu
Millətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur.[3][4][5]
Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi.[6] Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.[7]
Millətlər Liqasının Finalları tək oyundan ibarət olan görüşlərdən ibarətdir. Əgər normal oyun vaxtı bərabərliklə başa çatarsa, dördüncü oyunçu əvəzetməsinə icazə verilən 30 dəqiqələlik əlavə vaxt oynanılacaq.[8] Əgər yenə qalib müəyyənləşməzsə, qalib penalti zərbələri ilə müəyyən ediləcək. Turnirin bütün oyunlarında qol xətti texnologiyasından istifadə ediləcək.[9] 3 dekabrda UEFA Millətlər Liqası Finallarında video köməkçi hakim (VAR) sistemindən istifadə ediləcəyini açıqlamışdır.[10]
Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır.[11]
Qrup | Komanda | Təsnifat mərhələsi tarixi |
UML Reytinqi Noyabr 2018 |
FİFA Reytinqi Aprel 2019 |
---|---|---|---|---|
A1 | Niderland | 19 noyabr 2018 | 3 | 16 |
A2 | İsveçrə | 18 noyabr 2018 | 1 | 8 |
A3 | Portuqaliya (ev sahibi) | 17 noyabr 2018 | 2 | 7 |
A4 | İngiltərə | 18 noyabr 2018 | 4 | 4 |
Portuqaliya 3 dekabr 2018-ci ildə İrlandiyanın Dublin şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında ev sahibi ölkə olaraq elan edilmişdir.[12][13] Millətlər Liqası Finalları üçün sadəcə A diviziyasının komandaları namizədlik verə bilər və dörd iştirakçıdan yalnız biri ev sahibi olaraq seçilə bilər. Millətlər Liqası Finalları hər biri ən azı 30000 tamaşaçı tutumuna malik iki stadionda baş tutmalıdır. İdeal olaraq, stadionlar ev sahibi olan ölkədə bir-birindən təxminən 150 km məsafəyə qədər yerləşməlidir.[14][15]
9 mart 2018-ci ildə UEFA İtaliya, Polşa və Portuqaliyanın finalı keçirməkdə maraqlı olduqlarını və namizədliklərini verdiklərini açıqlamışdır. Sənədləri vermək üçün son tarix 31 avqust 2018-ci il kimi təsdiq olunmuşdur. Üç assosiasiya da A3 qrupunda yer aldığından qrupun qalibi UEFA-nın tələblərinə cavab verəcəyi təqdirdə ev sahibi ölkə kimi təyin olunacaqdı.[16] Öz qrupunda Polşa İtaliyanı mübarizədən kənarlaşdıran Portuqaliyanın potensial ev sahibi olma şansını daha da artırdı.[17] Bununla da Portuqaliya A3 qrupunun qalibi oldu və finallara vəsiqə qazandı.[18] Beləliklə, ölkə UEFA İcraiyyə Komitəsinin 2018-ci il dekabrın 3-də təsdiqləyəcəyi ev sahibi hüququnu avtomatik olaraq əldə etdi.[2]
Namizədlik sənədlərində Portuqaliya Futbol Federasiyası Portuda yerləşən Draqao stadionu və Gimarayeşdə yerləşən "Eştadio Afonso Henrikez" stdaionlarını irəli sürmüşdür.[2]
Portu | Gimarayeş | |
---|---|---|
Draqao stadionu | Eştadio Afonso Henrikez | |
Tutumu: 50033 | Tutumu: 30000 | |
Hər bir milli komanda üçü qapıçı olmaqla turnirin açılış görüşünə on gün qalmış 23 oyunçudan ibarət olan heyəti təqdim etməlidir. Əgər bir oyunçu turnirin ilk görüşünə qədər zədələnərsə və ya ciddi xəstələnərsə, siyahıda başqa bir oyunçu ilə əvəz olunmalıdır.[9]
Yarımfinallar | Final | |||||
5 iyun – Portu | ||||||
Portuqaliya | 3 | |||||
9 iyun – Portu | ||||||
İsveçrə | 1 | |||||
Portuqaliya | 1 | |||||
6 iyun – Gimarayeş | ||||||
Niderland | 0 | |||||
Niderland (ə.v) | 3 | |||||
İngiltərə | 1 | |||||
Üçüncülük uğrunda görüş | ||||||
9 iyun – Gimarayeş | ||||||
İsveçrə | 0 (5) | |||||
İngiltərə (pen.) | 0 (6) |
5 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Draqao stadionu, Portu Tamaşaçı: 42 415[19] Hakim: Feliks Brix |
}}
Portuqaliya[20]
|
İsveçrə[20]
|
|
|
Oyunun adamı:
Köməkçi hakimlər:[20]
|
6 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Eştadio Afonso Henrikez, Gimarayeş Tamaşaçı: 25 711[22] Hakim: Kleman Tyurpen |
Niderland[23]
|
İngiltərə[23]
|
|
|
Matçın adamı:
Hakim köməkçiləri:[23]
|
9 iyun 2019 14:00 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Eştadio Afonso Henrikez, Gimarayeş Tamaşaçı: 15 742[25] Hakim: Ovidiu Haçeqan |
İsveçrə[26]
|
İngiltərə[26]
|
|
|
Matçın adamı:
Köməkçi hakimlər:[26]
|
9 iyun 2019 19:45 (Qərbi Avropa yay vaxtı ilə) |
|
Draqao stadionu, Portu Tamaşaçı: 43 199[28] Hakim: Alberto Undiano Malenko |
Portuqaliya[29]
|
Niderland[29]
|
|
|
Matçın adamı:
Köməkçi hakimlər:[31]
|
4 oyunda 9 qol olmaqla, matç başına ortalama 2,25 qol atıldı.
Qapıçı | Müdafiəçilər | Yarımmüdafiəçilər | Hücumçular |
---|---|---|---|
Cordan Pikford | Deyli Blind Vircil van Dayk Ruben Diaş Nelson Semedo |
Frenki de Yonq Jorjinyo Viynaldum Bruno Fernandes |
Kristiano Ronaldo Bernardo Silva Cerdan Şakiri |
SOCAR-ın təqdim etdiyi turnirin ən yaxşı gənc oyunçu mükafatına 23 yaşa qədər futbolçular seçilə bilərdi. Bu titula Niderlandlı futbolçu Frenki de Yonq sahib oldu.[33]
Turnirin ən gözəl qolu | |||
---|---|---|---|
Oyunçu | Rəqib | Hesab | Mərhələ |
Kristiano Ronaldo | İsveçrə | 2–1 | Yarı Final |
2018-ci ilin oktyabr ayında UEFA komandalara veriləcək pul mükafatının məbləğlərini açıqladı.[35] Ümumiyyətlə, UEFA Millətlər Liqasının A diviziyasında iştirak edən 12 assosiasiyaya 2,25 milyon € verilir. Finallarda iştirak edən 4 komandanın hərəsinə bir daha 2,25 milyon € dəyərində pul mükafatı təqdim edilir.
Bundan əlavə, finallarda iştirak edən klubların tutduqları yerlərə görə yenə pul verilir:
Belə çıxır ki, turnirin qalibi olan klub toplam 10,5 milyon avronun sahibi olur.