3 bacı bədii serialı rejissor Səyavuş Hüseynli tərəfindən 2012–2014-cü illərdə çəkilmişdir. Film "Soy prodakşn"da istehsal edilmişdir. Üç bacı situasiyalı komediya serialı adından göründüyü kimi üç bacıdan bəhs edir.[3] Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur.[2] Serialda əsas rolları Ülviyyə Əliyeva, Tünzalə Əliyeva, Dilarə Əliyeva, Cəfər Namiq Kamal, Almaz Mustafayeva, Zemfira Əbdülsəmədova, Əsəd İsmayılov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə və Rövşən Kərimduxt ifa edirlər. Filmin adı 71-ci seriyadan dəyişdirilərək "3 bacı+1" oldu.
3 bacı | |
---|---|
Janr | komediya |
Rejissor | Səyavuş Hüseynli |
Prodüser | Oqtay Əliyev |
Ssenari müəllifləri |
Vüqar Hüseynov Səbuhi Bayramov |
Baş rollarda |
Əsəd İsmayılov |
Operator | Aydın Şirinsifət |
Bəstəkar | Tərlan Məmmədhüseynov |
Rəssam | Emil Mirzəyev |
İstehsalçılar |
Soy prodakşn[2] Space televiziyası |
İlk baxış tarixi | 15 noyabr 2012 |
Filmin digər adları |
Üç bacı 3 bacı+1 (71-ci seriyadan) |
Filmin növü | bədii serial |
Müddət | 30-40 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012-2014 |
Bölüm sayı | 140 seriya |
Rəng | rəngli |
Situasiyalı komediya serialında müxtəlif maraq, arzu və istəkləri olan, bir-birindən tamamilə fərqli üç bacı-Sevinc (Ülviyyə Əliyeva), Xoşbəxt (Tünzalə Əliyeva) və Səadət (Dilarə Əliyeva) kənddən şəhərə köçüblər. Onların hər birinin həyatdan öz gözləntiləri var. Sevinc təcrübə həvəskarıdır, Xoşbəxt şirniyyat dükanı işlədir, Səadət isə aktrisa olmaq niyyətindədir. Üç bacının ətrafında baş verən komik hadisələr serialın əsasını təşkil edir.
Xoşbəxt böyük bacıdır. Bacıların həm anası, həm də atasıdır desək yanılmarıq. Şirniyyat dükanı işlədir. Sevinc kiçik bacıdır. Fasiləsiz bilik almaq onun qidası, publisistik dillə danışmaq isə yaşayış tərzidir. Səadət ortancıl bacıdır. Qlamur həyata can atır, aktrisalığa isə qarşılıqsız sevgisi var.
Komik qonşu tipajları serialı daha da maraqlı edir. Xədicə (Zemfira Əbdülsəmədova)-hər birimizin belə bir qonşusu var. Kim nə geyinib, kimin arvadı necədir, kimin əri xəyanət edir və s. kimi xəbərləri qonşularla ələkdən keçirib yayır. Liftpulu yığmaq sadəcə hobbisidir. Qənimət (Əkbər Əlizadə) Xədicənin oğludur. Adətən görmüşük qız evdə dalaşıb anasının üstünə qayıdır, burada isə kişi arvadı ilə dalaşıb anasının evinə qayıdır. Maarif kişi (Cəfər Namiq Kamal) tək yaşayır, təqaüdçüdür, heç yerdə işləmir. Daha doğrusu işləyir, polis rəisi mayora. Tez-tez zəngləşirlər. Məhəllədə kimsə icazəsiz qaraj tikməyə hazırlaşanda, daşı daş üstə qoymaq istəyəndə, kiminsə xərcləri maaşından artıq olanda, kimsə dalaşanda, kimsə icazəsiz alver edəndə və s. bu tip hadisələrdə Maarifin xüsusilə dostu mayora zəng etməyi tutur. Həmçinin, internet xakeri Kübra (Almaz Mustafayeva), bütün sahə müvəkkili stereotiplərinin məcmusu olan sahə müvəkkili Salam (Mirsalam Mirsalamov), kiçik ofis müdiri, danışığını Sevincdən başqa heç kəsin başa düşmədiyi Sədrəddin (Tərlan Nur Yaşar), hər rəngdə pulu olan bank müdiri Vüsal bəy (Əsəd İsmayılov) serialın əsas obrazlarıdır.
Ssenarist: Vüqar Hüseynov, Səbuhi Bayramov
Rejissor: Səyavuş Hüseynli
Operator: Aydın Şirinsifət
Prodüser: Oqtay Əliyev
Rəssam: Emil Mirzəyev
Bəstəkar: Tərlan Məmmədhüseynov
Ülviyyə Əliyeva — Sevinc
Tünzalə Əliyeva — Xoşbəxt[1]
Dilarə Əliyeva — Səadət; özü[2]
Cəfər Namiq Kamal — Maarif kişi[4]
Almaz Mustafayeva — Kübra
Mirsalam Mirsalamov — Salam
Zemfira Əbdülsəmədova — Xədicə
Tərlan Nur Yaşar — Sədrəddin
Əkbər Əlizadə — Qənimət
Azər Baxşəliyev — Mərdan
Əsəd İsmayılov — Vüsal bəy
Şakan Ersan — Tarık[5]
Rövşən Kərimduxt — Ağır