"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi.[12]
Səkkiz yarım | |
---|---|
it. 8½ | |
Janr | komediya-dram[1], dram filmi[1], fentezi filmi[d][1] |
Əsas mövzu | Yaradıcılıq[1], film sənayesi[1] |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Operator | |
Bəstəkar | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 14 fevral 1963[7][8], 23 may 1963[9], 15 fevral 1963[10], 16 fevral 1963[10], 29 may 1963[10], 24 iyun 1963[10] |
Müddət | 138 dəq. |
Ölkələr | |
Dil | italyan dili |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | İtaliya |
IMDb | ID0056801 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz.
Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır.
Mənim personajım çıxış yolunu görmədiyi dolaşıq situasiyaya düşüb. Onun həyatında bəlkə də nədənsə tuta biləcəyi heç nə yoxdu. O, axınla birgə üzür, hərçənd, belə həyat onun özünə də dəhşətli sərsəmlik, mənasızlıq, məqsədsizlik kimi gəlir. Mən bir çox ölçülərdə insan mahiyyətinin, varlığının portretini ortaya çıxaran film yaratmaq istəmişəm. Daha doğrusu, insanın özündə ehtiva etdiyi bütün dünyanı göstərməyə çalışmışam. Ona görə insanı müxtəlif planlardan, daha doğrusu, onun fiziki həyatından, hisslərindən, arzularından, xəyallarından, xatirələrindən danışdığım film düşündüm. Bunu elə danışmaq lazım idi ki, xaotik, ziddiyyətli, dolaşıq ümumidən insan mahiyyəti bütün mürəkkəbliyi ilə meydana gəlsin.[13] |