Açıq elm

Açıq elmin cədvəli.

Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat.[1][2] Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir.[3] Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək,[4] elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq,[5] ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur.

Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur.[6][7]

Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları,[8][9] eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir.[10]

Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır.[11][12] Müasir dövrdə elmi məlumatların nə dərəcədə paylaşılması ilə bağlı mübahisələr gedir.[4] Açıq elm hərəkatına səbəb olan ziddiyyət elm adamlarının ortaq resurslara çıxış əldə etmək istəyi ilə ayrı-ayrı qurumların digər qurumlar öz resurslarından istifadə etdikdə mənfəət əldə etmək istəyi arasındadır.[13] Bundan əlavə, açıq girişin statusu və onun təşviqi üçün mövcud olan resurslar bir akademik tədqiqat sahəsindən digərinə fərqlənə bilər.[14]

Elmi piratlıqdan fərqi[redaktə | mənbəni redaktə et]

Açıq elm uğrunda hərəkatın populyarlığı getdikcə daha geniş vüsət alır. Elmi piratlıqdan fərqli olaraq onun tərəfdarları elmi informasiyaya leqal− açıq girişə keçməyə və məqalələri elə nəşrlərdə dərc etdirməyə çalışırlar ki, onları oxumaq və isdifadə etmək ödənişsiz və məhdudiyyətsiz olsun. Bu ideyanın tərəfdarları elmə girişin astanasını aşağı salmağı təklif edirlər, onlar belə hesab edirlər ki, hər bir arzu edən insan tədqiqatlarda iştirak etmək hüququna malik olmalıdır. Bu axında olan layihələri "vətəndaş elmi" (citizen sciense) və ya "elmi kraudsorsinq" adlandırırlar. Belə proqramlar çərçivəsində məsələn, kompüter oyunlarının isdifadəçiləri – iştirakçıları zülalın və ya RNT-nin lazımı konformasiyasının axtarışı ilə məşğul ola bilərlər, bununla da onlar peşəkar alimlərə kömək etmiş olurlar. Əgər onlar qiymətli bir kəşf etmiş olsalar – əsl elmi məqalənin həmmüəllifləri olarlar. Açıq girişə dəqiqləşdirilməyə ehtiyacı olan "xam" məlumatlar da qoyula bilər – məsələn, astronomik müşahidələr və ya genlərin oxunması.[15]

Tənqidi[redaktə | mənbəni redaktə et]

Bu hərəkatın tənqidçiləri göstərirlər ki, belə məlumatlar zərərli isdiqamətə isdifadə oluna bilər – məsələn, təhlükəli virusların genləri haqqındakı məlumatlar bioloji silah yaradanlara komək edə bilər. Digər tərəfdən, arzu edən hər kəsə məqalələrin oxumaq hüququnun verilməsi siyasəti dərc etdirməzdən əvvəl öz nəticələrini daha diqqətlə əsaslı surətdə yoxlamaq zərurətinə gətirib çıxarır. Eləcə də açıq elm yeni, qeyri-standart həllərin axtarışına yardım edir, böyük həcmli məlumatların öhdəsindən gəlməyə və elmi cəmiyyət daxilində sürətli informasiya mübadiləsinə kömək edir. Elə görünür ki, açıq elm uğrunda hərəkat elmi piratlığa ziddir, ancaq görüşlərdəki bu fərq illüziyadır. Elmi piratların özlərinin qeyd etdiyi kimi onların fəaliyyətinin əsas məqsədi – nəşriyyatı elmi informasiyaya intellektual mülkiyyətin hüquq sxemlərinin çox köhnəldiyinə və tədqiqatın nəticələrini monopolizə etmək səylərinin baş tutmayacağına əmin etməkdir. Çünki proqramçılar istənilən qadağanı dəf etməyi öyrənirlər. Nəşriyyatlar pullu abunənin mənasız olduğunu dərk etdikdə dünya ümumi açıq giriş lisenziyasına keçəcəkdir. Qələcəyi acıq elm tərəfdarları və elmi (piratlar) məhz belə görürlər.[15]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Woelfle, M.; Olliaro, P.; Todd, M. H. "Open science is a research accelerator". Nature Chemistry. 3 (10). 2011: 745–748. Bibcode:2011NatCh...3..745W. doi:10.1038/nchem.1149. PMID 21941234.
  2. Parsons, Sam; Azevedo, Flávio; Elsherif, Mahmoud M.; Guay, Samuel; Shahim, Owen N.; Govaart, Gisela H.; Norris, Emma; O’Mahony, Aoife; Parker, Adam J.; Todorovic, Ana; Pennington, Charlotte R. "A community-sourced glossary of open scholarship terms". Nature Human Behaviour (ingilis). 6 (3). March 2022: 312–318. doi:10.1038/s41562-021-01269-4. ISSN 2397-3374. PMID 35190714 (#bad_pmid). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-10.
  3. Vicente-Saez, Ruben; Martinez-Fuentes, Clara. "Open Science now: A systematic literature review for an integrated definition". Journal of Business Research. 88. 2018: 428–436. doi:10.1016/j.jbusres.2017.12.043.
  4. 1 2 Gomes, Dylan G. E.; Pottier, Patrice; Crystal-Ornelas, Robert; Hudgins, Emma J.; Foroughirad, Vivienne; Sánchez-Reyes, Luna L.; Turba, Rachel; Martinez, Paula Andrea; Moreau, David; Bertram, Michael G.; Smout, Cooper A.; Gaynor, Kaitlyn M. "Why don't we share data and code? Perceived barriers and benefits to public archiving practices". Proceedings of the Royal Society B: Biological Sciences. 289 (1987). 30 November 2022: 1–11. doi:10.1098/rspb.2022.1113. PMC 9682438 (#bad_pmc). PMID 36416041 (#bad_pmid).
  5. Hou, Jianhua; Wang, Yuanyuan; Zhang, Yang; Wang, Dongyi. "How do scholars and non-scholars participate in dataset dissemination on Twitter". Journal of Informetrics (ingilis). 16 (1). 1 February 2022: 101223. doi:10.1016/j.joi.2021.101223. ISSN 1751-1577. many believe that broader dissemination and public engagement in science are vital elements of open science [...] In the context of open access and open science, it is envisaged that digital resources would be extensively used to support and reinforce research activities (Araujo, 2020). Remarkably, open data are considered as the basis of innovation (Duus & Cooray, 2016). The propagation of publicly available datasets can offer an opportunity for governments, businesses, and entrepreneurs to obtain economic, social, and scientific benefits ( Sadiq & Indulska, 2017; Tennant et al., 2016). To ensure the authenticity and repeatability of science, several fund projects and journals require
  6. FOSTER Consortium. "What is Open Science?". Zenodo. 26 November 2018. doi:10.5281/zenodo.2629946. 27 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2020.
  7. Tennant, J; Beamer, J E; Bosman, J; Brembs, B; Chung, N C; Clement, G; Crick, T; Dugan, J; Dunning, A; Eccles, D; Enkhbayar, A; Graziotin, D; Harding, R; Havemann, J; Katz, D; Khanal, K; Norgaard Kjaer, J; Koder, T; Macklin, P; Madan, C; Masuzzo, P; Matthias, L; Mayer, K; Nichols, D; Papadopoulou, E; Pasquier, T; Ross-Hellauer, T; Schulte-Mecklenbeck, M; Sholler, D; Steiner, T; Szczesny, P; Turner, A. "Foundations for Open Scholarship Strategy Development". MetaArXiv. doi:10.31222/osf.io/b4v8p. 13 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2020.
  8. Eve, Martin. Open Access and the Humanities Contexts, Controversies and the Future. Cambridge University Press. 2014. doi:10.1017/CBO9781316161012. ISBN 978-1316161012.
  9. Knöchelmann, Marcel. "Open Science in the Humanities, or: Open Humanities?". Publications. 7 (4). 19 November 2019: 65. doi:10.3390/publications7040065.
  10. Tennant, Jon; Argawal, Ritwik; Baždarić, Ksenija; Brassard, David; Crick, Tom; Dunleavy, Daniel; Evans, Thomas; Garnder, Nicholas; Gonzalez-Marquez, Monica; Graziotin, Daniel; Greshake Tzovaras, Bastian; Gunnarsson, Daniel; Havemann, Johanna; Hosseini, Mohammad; Katz, Daniel; Madan, Christopher; Manghi, Paolo; Marocchino, Alberto; Masuzzo, Paolo; Murray-Rust, Peter; Narayanaswamy, Sanjay; Nilsonne, Gustav; Pacheco-Mendoza, Josmel; Penders, Bart; Pourret, Olivier; Rera, Michael; Samuel, John; Steiner, Tobias; Stojanovski, Jadranka; Uribe-Tirado, Alejandro; Vos, Rutger; Worthington, Simon; Yarkoni, Tal. "A tale of two 'opens': intersections between Free and Open Source Software and Open Scholarship". SocArXiv. OSF. 2020-03-04. doi:10.31235/osf.io/2kxq8. İstifadə tarixi: 15 February 2021.
  11. "Machado, J. "Open data and open science". In Albagli, Maciel & Abdo. "Open Science, Open Questions", 2015".[ölü keçid]
  12. David, P. A. "Understanding the emergence of 'open science' institutions: Functionalist economics in historical context". Industrial and Corporate Change. 13 (4). 2004: 571–589. doi:10.1093/icc/dth023.
  13. David, Paul A. "Can "Open Science" be Protected from the Evolving Regime of IPR Protections?". Journal of Institutional and Theoretical Economics. 160 (1). March 2004: 9–34. doi:10.1628/093245604773861069. JSTOR 40752435.
  14. "Open Science | A Guide to Open Access, Publishing Market and Recent Developments". 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-10.
  15. 1 2 Открытая научная библиотека КиберЛенинка

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]