Resenziya (latınca: resensio) — ədəbi tənqidin və jurnalistikanın əsas janrlarından biridir. Bir əsəri nəzərdən keçirmək, təhlil etmək, qiymətləndirmək hüququ deməkdir. Rəydə yeni əsər haqqında məlumat verilir, qısa təhlil və qiymətləndirmə yer alır. Latın dilindən tərcümədə "recensio" "baxış, dəyərləndirmə, qiymət, bir şey haqqında fikir" mənasını verir. Resenziya, bədii ədəbiyyat, sənət, elm, jurnalistika və s. əsərləri haqqında bir araşdırmaya (ilk növbədə tənqidi) əsaslanan bir janrdır. Nəzərdən keçirmənin mövzusu informasiya faktlarıdır - kitablar, broşuralar, tamaşalar, filmlər, TV şouları, oyunlar və s.[1][2]
Ədəbi tənqidi resenziyalar dərgilərin, qəzetlərin, bir sözlə mətbuatın yaranması ilə parallel şəkidə meydana çıxmışdır. Azərbaycan ədəbi tənqidində ilk resenziyalar Həsən bəy Zərdabi, Firidun bəy Köçərli tərəfindən yazılmışdır. Sonralar resenziya janrı inkişaf edərək Azərbaycan ədəbi tənqidinin əsas janrlarından birinə çevrilmişdir.[3]
Resenziyalar həcm baxımından böyük (grand resenziya) və kiçik (mini resenziya) ola bilər. Monoresenziyalarda bir əsər təhlilə cəlb olunur. Poliresenziyalarda isə iki və daha artıq əsər təqdiqat obyektinə çevrilə bilər.[4]
Resenziyalarda müəllif təqdimatı daha aktual, daha əhəmiyyətli edəcək tarixi, psixoloji, sosioloji analiz elementlərini aktiv şəkildə araşdırmaya cəlb edə bilər.[5][6]