Ələsgər Həsən oğlu Sadıqov (Sadıxov) (23 sentyabr 1946, Naxçıvan) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2001), Naxçıvan MR meliorasiya və su təsərrüfatı naziri (1990–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1989–1990), Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1983–1988).
Ələsgər Sadıqov | |
---|---|
iyul 1991 – 2001 | |
Baş nazir | Becan Fərzəliyev Şəmsəddin Xanbabayev Əlövsət Baxşıyev |
1990 – 1991 | |
1989 – 1990 | |
Sədr | Afiyəddin Cəlilov |
Əvvəlki | Ağababa Abdullayev |
1983 – 1988 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1946 (77 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Ələsgər Həsən oğlu Sadıqov 23 sentyabr 1946-cı ildə Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuşdur.[1] 1962-ci ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1967-ci ildə həmin institutu mühəndis-hidrotexnik ixtisası üzrə başa vurmuşdur.[2]
Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1968-ci ildən 6 saylı Tikinti-Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, idarənin rəisi olmuşdur.[1] 1977–1983-cü illərdə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsinin rəisi və Naxçıvan MSSR meliorasiya və su təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir.[2]
Ələsgər Sadıqov 1983-cü ildə Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1988-ci ildən Naxçıvan "Aqrartikinti" trestinin rəisi, 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır.[1] 1991–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilmişdir.[2]
Ailəlidir, 3 övladı var.