Ağacan Əbiyev

Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.

Ağacan Abıyev
2005 – 2019
Seçki dairəsi2005 — 32 saylı Suraxanı üçüncü
2010 — 32 saylı Suraxanı üçüncü
2015 — 32 saylı Suraxanı üçüncü
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıAfət Həsənova
1987 – 2015
ƏvvəlkiS. Novruzov
SonrakıFuad Hacıyev
1997 – 2021
SonrakıAzər Əliyev
Avropa Boks Federasiyasının vitse-prezidenti
2002 – 2012
1984 – 23 yanvar 2009
SonrakıKəmaləddin Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 24 noyabr 1937(1937-11-24) (87 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi SSRİ əməkdar idman ustası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.

1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsini icra edib.

1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var.

Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri olub. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

"Şöhrət" və "Şərəf" 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir[1].

Rus və ingilis dillərini bilir.[2]

  1. "A.Q.Abiyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
  2. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]