Afət Əbil qızı Həsənova (3 sentyabr 1960, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı.
Afət Həsənova | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Afət Həsənova 1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olub. 1967–1977-ci illərdə Quba şəhər 3 №-li orta məktəbdə təhsil alıb. 1979–1983-cü illərdə isə indiki Moskva Humanitar Elmlər Universitetində tarix üzrə ali təhsil alıb.
Afət Həsənova ailəlidir, 2 övladı var.
İlk əmək fəaliyyətinə 1977-ci ildə Quba rayonunda başlayan Afət Həsənova 2001–2012-ci illərdə Slavyan Universitetində (BSU) tədqiqat laboratoriyasının elmi işçisi olmuş, 2012–2015-ci illərdə Quba RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, 2015–2020-ci illərdə isə Suraxanı RİH başçısının müavini vəzifəsində çalışmışdır.
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 32 saylı Suraxanı III dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Afət Həsənova, 65,10% səslə VI çağırış Milli Məclisin deputatı seçildi.[1] 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Afət Həsənova, Milli Məclisin elm və təhsil Komitəsinin, təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, habelə İntizam Komissiyasının üzvü oldu.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]