Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü.
Ağacan Abıyev | |
---|---|
2005 – 2019 | |
Seçki dairəsi | 2005 — 32 saylı Suraxanı üçüncü 2010 — 32 saylı Suraxanı üçüncü 2015 — 32 saylı Suraxanı üçüncü |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Afət Həsənova |
1987 – 2015 | |
Əvvəlki | S. Novruzov |
Sonrakı | Fuad Hacıyev |
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi | |
1997 – 2021 | |
Sonrakı | Azər Əliyev |
Avropa Boks Federasiyasının vitse-prezidenti | |
2002 – 2012 | |
Azərbaycan Boks Federasiyasının prezidenti | |
1984 – 23 yanvar 2009 | |
Sonrakı | Kəmaləddin Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1937 (86 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib.
1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsini icra edib.
1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var.
Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri olub. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
"Şöhrət" və "Şərəf" 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir[1].
Rus və ingilis dillərini bilir.[2]