Ağbulaq çayı (özb. Oqbuloq) — Özbəkistan Respublikasının Namanqan vilayəti və Daşkənd vilayətinin Bostanlıq rayonu ərazisindən axan çay. Çay Çatkal çayının sol solunu təşkil edir.
Ağbulaq çayı | |
---|---|
özb. Oqbuloq | |
Ölkə | Özbəkistan |
Mənbəyi | |
• Yüksəkliyi | 3500 m |
Mənsəbi | Çatkal |
• Yüksəkliyi | 964 m |
Uzunluğu | 43.3 km |
Su hövzəsi | 886 |
Hövzəsinin sahəsi | 886 km² |
|
Ağbulaq çayı Çatkal silsiləsinin moren göllərindən götürür. Bu gölllər çayın qidalandırıcısı rolunu oynayır. Ağbulağın dərəsi tektonik qırılma nəticəsində meydana gəlmişdir. Kumbel qırılmasının bir qolunu təşkil edir. Çay vadisi qədim şəkilə malikdir. Aşağı axarlarda çay sərt döngələrə malikdir. Çayın sağ sahili Sarqardon silsiləsi ilə əhatələnmişdir. Çay öz başlanğıcını 3500 metrdən götürür. Mənsəbi isə 964 metrdə yerləşir. Çayın uzunluğu 43.4 km, hövzəsinin sahəsi isə 886 km² təşkil edir. Mənsəbi Qırğızıstan və Özbəkistan sərhəsinə yaxın yerləşir. Çayın dağ bölgəsindən axması qidalandırıcı kimi qar sularının mühüm yer tutmasına səbəb olur.
Yuxari axarlarda Ağbulağı vadisi elədə hündür deyildir.
Orta və aşağı axarlarda ağbulaq daha çox qol qəbul edir (mənbədən mənsəbə doğru):
Müvafiq olaraq ən iri sonuncu üç çaydır.
Təqribi olaraq 3 km Koşmansayın mənsəbindən yuxarıda Arpapayın mənsəbində Ağbulağın sağ sahilində tərk olunmuş Ağbulaq qışlağı yerləşir. XX əsrin 60–70-ci illərində Ağbulağın və onun qollarında geoloji axtarış işləri aparılmışdır. Bu məqsədlə 1966-cı ildə Serkeli çayın Ağbulağa töküldüyü hissəyə qədər torpaq yol çəkilmişdir. Bu yerdəcə körpü inşa edilmişdir[1]. Görülən işlər bölgənin mənimsənilməsini asanlaşdırmağa xidmət edirdi. Ağbulağın qollarından olan Koşmansayın sağ sahilindı yeni mineral olan silisid marqans Mn5Si3 aşkarlanmışdır. 2008 ildə isə bu mineral Mavlyanovit adını almışdır. Sovet dönəmində Qaraarçi çayının töküldüyü yerə yaxın dəmir kəndir çəkilmişdirki, onunla insanlar rahat hərəkət edə bilirdilər[2]. Ağbulaq kifarət qəfər hidroenerji potensialına malikdir. "Özbəkenerqo" MMC tərəfindən çay üzərində güçü 60 МVт[3] olan stansiyanın tikintisi planlaşdırılır.
Hazırda Ağbulaq çayının turistlər tərəfindən ziyarət olunması iki ölkə arasında olan sərhəd problemi ilə əlaqədardır. Hazlrda verilən məlumatlar sovet dönəminə aiddir.