Ağqarın ağdiş (lat. Crocidura leucodon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü.
Ağqarın ağdiş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ağqarın ağdiş |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kütləsi 3,7-13,6 qram, bədəninin uzunluğu 58-80,5 mm, quyruğu 30-39,2 mm, pəncələri 10,3-13,9 mm-dir. Bədənin üst tərəfi oxra-boz və ya qonurumtul-boz, bədənin yanları və alt tərəfi ağdır. V.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziyada C.l.kuzyakini sub sp. nov. yarımnövü yaşayır.
Avropada, Qafqazda, Ön və Mərkəzi Asiyada, Çində və Monqolustanda yayılmışdır. Azərbaycanın bütün ərazilərində qeydə alınmışdır. Düzənliklərə üstünlük verir. Dağlarda 1800–2000 m-dək hündürlükdə qeydə alınmışdır.
Geniş yayılmış, ancaq azsaylı yerqazanlara aiddir.
Çoxalması martın sonunda-aprelin əvvəlində başlayıb oktyabra qədər davam edir. İl ərzində 2-3 nəsil verir. Çoxalmasının müddətləri və davamlığı həm populyasiyanın vəziyyə-tindən, həm də yem və iqlim şəraitindən asılıdır. Yazda balaların sayı yayda və payızdakından çox olur. Qidasında böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, molyusklar, kərtənkələlər, siçankimi gəmiricilər aşkar edilmişdir. Bir çox zərərli cücüləri məhv etməklə meşə təsərrüfatına fayda verir.