Aşıq Şakir Hacıyev

Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri.[1]

Aşıq Şakir
Doğum tarixi 1922
Doğum yeri
Vəfat tarixi 1978
Fəaliyyəti aşıq, şair


Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.[2]1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir.

Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq.

Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur.

Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi. O, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanır.

Jurnalist Tofiq Abdullayevin qələmə aldığı "Aşıq Şakir" kitabında mərhum sənətkarın həyat və yaradıcılığından, ifaçılıq xüsusiyyətlərindən ətraflı bəhs olunur. Kitabda respublikamızın tanınmış elm və sənət adamlarının sənətkar haqqında xatirələri öz əksini tapıb.

Aşıq Şakir 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.[3]

1947-ci ildən aşıqlıq edən Aşıq Şakir 1978-ci ildə vəfat edib.

Aşıq Şakir Hacıyev məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olmuşdur.

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]
  • Seyfəddin Qəniyev. Şirvanlı Aşıq Şakir. Bakı, "Elm və təhsil", 2012, 100 səhifə.
  1. Abdullayev, T. Getməz qulaqlardan səsi Şakirin //Mədəni həyat.- 2014.- № 4.- S.27–30.
  2. Fərəcov, S. Unudulmaz aşıq-xanəndə: [aşıq Şakir haqqında] //Mədəniyyət.- 2014.- 14 may.- S. 15.
  3. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]