Aşkelon (ivr. אַשְׁקְלוֹן) və ya Əsqəlan (ərəb. عسقلان) — İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri.
Şəhər | |
Aşkelon/Əsqəlan | |
---|---|
ivr. אַשְׁקְלוֹן, ərəb. عسقلان | |
31°40′ şm. e. 34°34′ ş. u.HGYO | |
Ölkə | İsrail |
Bölgə | İsrail cənub dairəsi |
Mer | İtamar Şimoni |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə. 950 |
İlk məlumat | XX əsr |
Sahəsi | 47 km² |
Mərkəzin hündürlüyü | 10 m |
Saat qurşağı | UTC+2 |
Əhalisi | |
Əhalisi | 130 660 nəfər (2015) |
Sıxlığı | 2 780 nəf./km² |
Milli tərkibi | Yəhudilər - 88.4% |
Rəsmi dili | İvrit dili|İvrit |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +972[1] |
Poçt indeksi | 78***[2] |
Digər | |
www.ashkelon.muni.il | |
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır.
Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225). Xəlifə Ömər, Kayseriyyəni fəth edən Suriya valisi Müaviyəyə yazdığı məktubda Fələstinin geri qalan yerlərinin fəthinə davam etməsini əmr etmişdir. Bu əmir üzərinə Müaviyə 640-cı ildə Askalanı fəth etdi və oraya əsgəri birliklər yerləşdirdi. Digər bəzi rəvayətlərdə isə Əmr ibn Asın daha öncə buranı fəth etmiş olduğu, ancaq Askalan əhalisinin rumların (Bizanslılar) onlara yardım etmələri üzərinə aparılan andlaşmanı pozmuş olduqları və Müaviyənin buranı Xəlifə Ömərin vəfat etdiyi 644-cü ildə yenidən fəth etdiyi bildirilir. Xəlifə Ömər və Xəlifə Osman Əsqalanı bəzi kimsələrə iqta etmişdilər. Rumlar Abdullah b. Zübeyr zamanında Əsqalanı yıxdılar və xalqını da oradan çıxardılar. Əbdülməlik b. Mərvan xəlifə olunca şəhəri yenidən inşa və təhkim etdi; ayrıca buraya bir çox insan yerləşdirərək onlara torpaq iqta etdi. Abbasi xəlifəsi Mehdinin 772-ci ildə burada bir məscid və minarə tikdirdi, qazılarda olan kitabələrdən anlaşılır.
Erkən dövrdə şəhər əsasən mizrahi yəhudiləri tərəfindən məskunlaşmışdır. Hazırda da əhalinin əksər hissəsini mizrahi yəhudiləri təşkil edir. 1950-ci ilin əvvəllərində çox sayda Cənubi Afrika yəhudiləri Aşkelon şəhərində məskunlaşmışdır. Bu hadisədən sonra Britaniya yəhudilərinin də immiqrasiyası başlamışdır. Efiopiya və Rusiya yəhudilərinin köçü isə 1990-cı illərin əvvəlində başlamışdır.
Şəhərdə 19 ibtidai, 9 orta-ixtisas və ali təhsil məktəbi yerləşir. Burada yerləşən Aşkelon Akademik Kolleci 1998-ci ildə açılmışdır və hazırda bu təhsil ocağında minlərlə tələbə təhsil alır. Aşkelon şəhərində Harvard Universitetinin arxeoloji yay məktəbi fəaliyyət göstərir.