ABŞ-ın yerli xalqları (ing.Native Americans) — tez-tez "Amerikan yerli xalqları", "Hindular" və ya "İlk millətlər" adları ilə tanınır. Bu xalqlar minilliklər boyunca Şimali Amerika qitəsində məskunlaşmışdır və zəngin mədəniyyətləri, dilləri, inancları və tarixləri ilə tanınırlar. Yerli xalqların tarixi Avropalıların qitəyə gəlməsindən xeyli əvvəl başlayır.[1]
Yerli Amerika Xalqları rəsmi olaraq ABŞ Siyahıyaalma Bürosu[2], Büdcə İdarəetmə Bürosu və digər dövlət qurumları tərəfindən ABŞ vətəndaşlarına və ya rezident əcnəbilərə istinad etmək üçün istifadə edilən çətir terminidir. ABŞ-də yerli xalqların əhalisi ərazinin avropalı köçkünlər tərəfindən müstəmləkələşdirilməsi,[3][4][5][6][7]tədricən məhv edilməsi və öz ərazilərindən köçürülməsi, habelə avropalıların gətirdiyi infeksiyalar səbəbindən əhəmiyyətli dərəcədə azalmışdır.[8]
XVI əsrdən sonra Avropalı müstəmləkəçilərin gəlişi yerli xalqların həyatında dönüş nöqtəsi oldu. Yeni xəstəliklər, zorakılıq və torpaq itkiləri nəticəsində əhalinin əksəriyyəti məhv oldu.[9]Yerli xalqlar torpaqlarını müstəmləkəçilərə qarşı qorumağa çalışsalar da, çoxsaylı müharibələr və müqavilələr nəticəsində torpaqlarını itirdilər.[10] ABŞ hökumətinin siyasəti nəticəsində çox sayda yerli xalqlar zorla öz torpaqlarından çıxarılaraq başqa bölgələrə köçürüldü. "Göz yaşları cığırı" (ing."Indian Removal Act" (1830)) bu zorakı köçürmənin ən məşhur nümunəsidir.[11][12]
ABŞ hökuməti tərəfindən tanınmış qəbilələr öz torpaq rezervasiyalarında[13][14] xüsusi suveren hüquqlara malikdir. Bir çox yerli xalqlar ABŞ-ın müxtəlif bölgələrində yerləşən rezervasiyalarda yaşayır. Lakin bu ərazilər adətən sosial-iqtisadi çətinliklərlə üzləşir. Yerli xalqlar öz dillərini, mədəniyyətlərini və adət-ənənələrini qorumaq üçün fəal şəkildə çalışırlar. Yerli xalqların hüquqları uğrunda mübarizə bu gün də davam edir.[15]Standing Rock etirazları (2016) kimi hərəkətlər, onların ətraf mühit və torpaq hüquqlarını qorumaq səylərinin bir hissəsidir.
Aşağıda bəzi əsas qəbilə birlikləri göstərilib[16].
Siu (Lakota, Dakota, Nakota) — böyük düzənliklərdə yaşayan qəbilələr.[17][18]Ən məşhur liderlərdən biri Oturan Buğa (ing.Sitting Bull) idi.
Çeroki — şərqi ABŞ-də yerləşən və "Göz yaşları cığırı" ilə tarixi faciələri ilə tanınan qəbilə.
Navaxo (Dine) — ABŞ-ın ən böyük yerli qəbiləsidir və əsasən Arizona, Nyu-Meksiko və Utah bölgələrində yaşayırlar.
Apaçi — cənub-qərbi ABŞ-də yerləşən qəbilələr. Ceronimo onların ən məşhur liderlərindən biri idi.
İrokezlər Konfederasiyası (Haudenosaunee) — altı millətdən ibarət olan bu konfederasiya demokratiya prinsiplərinə əsaslanan idarəetmə sistemi ilə tanınır.[19][20]
Pueblo — əsasən cənub-qərb regionunda (Nyu-Meksiko) məskunlaşan və daş tikililəri ilə tanınan mədəniyyət.
↑Fenn, Elizabeth A. "Biological Warfare in Eighteenth-Century North America: Beyond Jeffrey Amherst". Journal of American History. 86 (4). March 2000: 1553. doi:10.2307/2567577. ISSN0021-8723. JSTOR2567577.
↑Wolfe, Patrick. "Settler colonialism and the elimination of the native". Journal of Genocide Research. 8 (4). December 1, 2006: 387–409. doi:10.1080/14623520601056240. ISSN1462-3528.
↑Denevan, William M. "The Pristine Myth: The Landscape of the Americas in 1492". Annals of the Association of American Geographers. 82 (3). 1992: 369–385. doi:10.1111/j.1467-8306.1992.tb01965.x.